Banklar tərəfindən kreditlərin verilməsi üçün istifadə edilən elektron arayışların sayı 2014-cü ilin dekabr ayı ərzində 25 612 olub ki, bu da noyabr ayına nisbətən 67% çoxdur.
Xeberler.az-ın Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzinə istinadən verdiyi xəbərə görə, e-arayışların sayı sentyabrda 2 915, oktyabrda 10 384, noyabrda 15 295 ədəd təşkil edib. Bu da öz növbəsində banklar tərəfindən e-arayışların tətbiqinin oktyabrda kəskin artımını göstərir.
Ötən ilin sentyabr-dekabr ayları ərzində istehlak kreditlərinin verilməsi üçün e-arayışlardan istifadənin 26 148-i və ya 48,24%-i "Bank of Baku" ASC, 20 129-u və ya 37,13%-i "Unibank" ASC, 5 525-i və ya 10%-i "Acccess Bank" QSC-nin payına düşüb.
"Vətəndaşa aid fərdi məlumatlar üzrə elektron arayışın verilməsi" elektron xidmətindən hazırda həmçinin "Bakı Ticarət Bankı" ASC, "Mugan Bank" ASC, "Bank Respublika" ASC, "AGBank" ASC, "Rabitəbank" ASC və Azərbaycan Beynəlxalq Bankı faydalanır.
"Elektron Hökumət" portalının təqdim etdiyi statistikaya əsasən, 2014-cü ilin sentyabr-dekabr ayları ərzində vətəndaşlar "Vətəndaşa aid fərdi məlumatlar üzrə elektron arayışın verilməsi", "Əmək müqaviləsi bildirişləri barədə məlumatların işçilər tərəfindən əldə edilməsi" və "İş yerinə dair arayış" e-xidmətlərdən 275 937 dəfə istifadə ediblər.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri