Previous Next
Bağla

Müəssisələrdə İKT-dən necə istifadə olunur?

24-12-2015 11:26
Müəssisələrdə  İKT-dən necə istifadə olunur?

Daha əvvəlki yazılarımızda Azərbaycanın əsas İKT göstəricilərinə görə öz qonşuları ilə müqayisəsiniev təsərrüfatlarında informasiya və kommunikasiya texnologiyalarının mövcudluğu, istifadə haqda statistik məlumatlardan bəhs etmişdik.

Bu dəfəki yazımızda isə müəssisələrdə mövcud olan informasiya və kommunikasiya texnologiyalarından, onlardan istifadə haqda bəhs edəcəyik.

2014-cü ildə müəssisələrdə olan kompüter sayı 2010-cu ilə nisbətən 107 min 300 artaraq 253 min 600-ə çatıb. İnternetə qoşulmuş kompüterlərin sayı isə 154 min 130-dur. Yəni, müəssisələrdə olan kompüterlərin 60.8 faizi internetə qoşulmayıb.

2014-cü ildə ölkədəki müəssisələrin 58.6 faizi kompüterdən istifadə edib. Burada əsas pay isə işçi sayı 50-dən yuxarı olan müəssisələrə düşür. Kompüterlərdən ən az istifadə olunan müəssisələr isə işçi sayının 5-dən az olduğu müəssisələrdir:

Fəaliyyət göstərən müəssisələrin yalnız 45.7 faizində internetdən istifadə edilib. Burada da yenə əsas pay işçi sayı 50-dən yuxarı olan müəssisələr düşür. İnternetdən ən az istifadə olunan müəssisələr isə eynilə işçi sayı 5-dən az olanlardır:

Müəssisələrdə kompüterdən istifadə etmiş işçilər ümumi işçi sayın nisbəti 32.4 faiz, internetdən istifadə etmiş işçilərin isə faizlə nisbəti 24.2 faizdir:

Kompüterdən və internetdən istifadə etmiş işçilərin gender bölgüsünə baxdıqda kişilərin qadınlara kiçik fərqlə üstünlük etdiyini görürük:

2014-cü ildə internetə çıxışı olmuş müəssisələrin kompüterdən istifadə etmiş müəssisələrin sayında xüsusi çəkisi 78.1 faiz olub.

Müəssisələrin internetə qoşulma növlərinə görə bölgüsünə baxdıqda görürük ki, dial-up modemlərdən istifadədə kəskin azalma, əvəzində isə genişzolaqlı internet qoşulmalarında artım görürük:

Ümumi olaraq müəssisələrdəki informasiya və kommunikasiya texnologiyalarının mövcudluğu, onlardan istifadə haqda bunu demək olar ki, ölkədəki müəssisələrin təxminən 60 faizi kompüterdən, 46 faizi isə internetdən istifadə edib. Müəssisəslərdəki işçilərin isə yalnız üçdə biri kompüterdən və beşdə biri internetdən isitfadə edib.

Belə deyə bilərik ki, bu rəqəmlər müəssisələrimizin təkcə informasiya və kommunikasiya texnologiyalarının tətbiqindən geridə qaldığını yox, eyni zamanda onların qazandırdığı fayda və imkanlarda da məhrum olduğunu göstərir.

 

Qeyd edək ki, bu müəssisələrə kənd təsərrüfatları və işçilərinin sayı beşdən az olan ticarət obyektləri daxil deyil.

Murad Məmmədzadə 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

İnternet istifadəçilərinin sayı artıb

27-03-2012

500 mindən çox evin internetə çıxışı yoxdur -Statistika

01-12-2015

Naxçıvan MR-də İnternet istifadəçilərinin sayı 350 mini ötüb

23-05-2015

Ev təsərrüfatlarında olan stolüstü kompüterlərin sayı azalıb

06-09-2025

Məktəblərdəki kompüterlərin sayı 19 faizdən çox artıb

08-09-2025

İnternet istifadə etməyən gənclər hansı regionda yaşayır?-Hesabat

23-11-2017

İstifadəçilər İnternetə daha çox hansı vasitə ilə qoşulur?

16-07-2015

Yer kürəsinin hər ikinci sakini İnternetdən istifadə edəcək

27-05-2015

Bu il şirkətlərə qarşı kiber-hücumların sayı iki qat artıb

25-12-2015

Azərbaycanda kişilər internetdən daha çox istifadə edir

01-09-2016

Rabitə sahəsində 6 minə yaxın qadın çalışır

09-03-2013

İnternetdə milyardlar uçuşur

29-01-2011

Ay ərzində 100 dəqiqə mobil rabitə ilə danışıq üçün orta tarif 6,9 manatdır

25-05-2015

İnternetdən ən çox hansı yaş qrupu istifadə edir?

02-08-2017

Şəhər və kəndlərində əhalinin internetdən istifadə göstəriciləri açıqlanıb

10-03-2025

“Mobil İnternet fərdi kompüterlərdən istifadəni azaltmır”

01-06-2015

Azərbaycanda internetdən istifadə edənlərin sayı artıb

22-09-2015

Azərbaycan internet istifadəçiləri göstəricilərinə görə öndədir

22-10-2015

Texnologiyaların uşaqlara təsiri

07-04-2015

ABŞ sakinləri arasında smartfon və planşet sahiblərinin sayı məlum olub

31-10-2015

Sosial şəbəkələr elektron poçtdan güclü çıxdı

10-03-2009

Qəbələdə İnternet xidmətlərindən istifadə edənlərin sayı artıb

23-07-2015

Kompüterlərin 60 faizdən çoxu Windows 10 ilə işləyəcək

09-12-2015

Dünya əhalisinin yarısından çoxu internetdən istifadə edə bilmir

22-09-2015





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə