Previous Next
Bağla

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi yenidən qurulur?

07-02-2018 10:30
 Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi yenidən qurulur?

“Qardaş, bu Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi ki var, onların dayanacaqlarda monitorları quraşdırılıb.

O aparatların başı əvvəldən xarabdır, heç bir intellektuallığı, nə bilim çoxbilmişliyi də yoxdur.

Gör neçə ildir ki, dayanacaqlarda həmin monitorlar quraşdırılıb, soruşun, görün hansı sərnişin avtobus gözləyəndə ordakı qrafikə, intervala baxır?!”

“Monitorların başı xarabdır”

Xeberler.az bildirir ki, Bakı sakini Ziyad Axundov AzEuroNews.com-a belə deyir. Bu mərkəzin təzədən qurulacağı xəbərini alar-almaz şəhər sakinləri arasında sorğu keçirmişik.

Eləcə də sözügedən monitorların işlək olub-olmadığını araşdırmışıq. Məlum olur ki, nə o monitorlar işləyir, nə sərnişinlər istifadə edir, nə də düzgün interval göstərir.

Vidadi Qasımov hər gün Bakıxanov qəsəbəsində Komsomol dairəsindən metronun Neftçilər stansiyası yaxınlığındakı işinə gedir.

Onun sözlərinə görə, indiyə qədər dayanacaqda 49 və ya 113, 208 nömrəli marşrutları gözləyəndə həmin monitordakı intervala uyğun gəlməyiblər:

“Bunların hansı işi düzdür ki, qurduqları aparatlar da düz-əməlli işləyə?! Bu pul tələsi idi, babat pul sildilər, monitorlar da lazım olmadı.

O vaxt Ziya Məmmədov bir ətək pul aldı dövlət büdcəsindən, sonra xımır-xımır yedi. Dövlətin malını yeyənin burnundan ilmə-ilmə gəlir. Axı bu monitorların kimə köməyi dəyib? İndi də avtobus sahəsində xaosdur.

Sadəcə, şoferlərin gündəlik planı, öz qrafiki var, sərnişinlər də buna öyrəşiblər. Bura guya Avropadır ki, dayanacaqda monitora baxıb, sənin marşrutunun haçan gələcəyini təyin edəsən?

Ona görə də təzədən bu sistemin qurulması boş söhbətdir. İndi də bu sahəyə nəzarət edənlər pul silmək üçün çırmanıblar”.

Biri 10 min dollarlıq monitorlar

Şəhərin mərkəzi yollarındakı avtobus dayanacaqlarında da monitorlar işləmirlər. İşlək olanlar isə intervalı doğru göstərmirlər. Sərnişinlərin də onlara etibarı yoxdur.

Kukla teatrının qabağındakı dayanacaqdan Bayıla gedən 120 nömrəli marşrutu gözləyən Mirzə Əmirov deyir ki, mərkəzi təzədən qurub pul silmək lazım deyil:

“Ondansa, marşrutların hamısını kart sisteminə keçirsinlər, şoferlərə maaş tətbiq etsinlər, intervalı nizamlasınlar, sürücülərin davranışına nəzarəti gücləndirsinlər, 30 nəfərlik avtobusa 48 nəfəri yığmağa, hər addımbaşı saxlamağa imkan verməsinlər”.

Rəsmi məlumata görə, bu sistemin işləməsi üçün dayanacaq və avtobuslarda 40 mindən çox avadanlıq qurulub, nəqliyyatın hərəkəti ümumi sahəsi 120 kvadratmetr olan monitor vasitəsilə idarə edilir.

Dayanacaqlarda qurulmuş monitorların hər biri dövlətə 10 min dollara başa gəlib. İndisə 100 milyon manat vəsait hesabına qurulan Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi yenidən qurulacaq.

Bu barədə Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev danışıb. M.Ağayev bildirib ki, NİİM BNA-nın yaranmasından 4 il sonra yaradılıb.

Ölkə başçısının 26 oktyabr 2007-ci il tarixli Fərmanı ilə nəqliyyat sahəsində İdarəetmə sistemi formalaşdırmaq, nəqliyyat axınının effektiv idarəedilməsini təmin etmək üçün Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) yaradılıb.

Mərkəz sabiq nəqliyyat naziri Ziya Məmmədovun dövründə 100 milyon manata yaxın vəsait hesabına ərsəyə gəlmişdi. 2011-ci ilin sonunda açılışı olan Mərkəz fəaliyyətə başladığı gündən etimadı doğrultmayıb.

Bakıda bu sistemin quraşdırılması üçün Cənubi Koreyanın “SK C&C” şirkəti ilə razılıq 2008-ci ildə əldə olunub.

Amma onun gətirilməsi və quraşdırılması 2012-ci ilə təsadüf edib. Paytaxtda bu sistemin işləməsi üçün təkcə dayanacaqlara 611-dən çox avadanlıq quraşdırılıb.

NİİM yaradıldıqdan sonra xeyli vəsait xərclənərək şəhərdəki bütün dayanacaqlar dəyişdirilib yeniləri ilə əvəzləndi, bütün dayanacaqlar elektron manitorlarla təchiz edildi.

Əslində monitorlar marşrutların gediş-gəliş vaxtını, aradakı intervalı, tıxac olan əraziləri, havanın temperaturunu və sair kimi daha önəmli məlumatları operativ olaraq göstərməli idi.

Lakin fəaliyyətə başladığı gündən gözləntilər özünü doğrultmadı. Hazırda əksər monitorlar işləmir, bir çoxları sıradan çıxıb, bəziləri isə yağış suyunun təsirindən yararsız hala düşüb. İndi Z.Məmmədovdan sonra növbə BNA direktoru Vüsal Kərimlinindir…

Xeberler.az-da da məsələ ilə bağlı dəfələrlə məqalələr, araşdırma yazılar qeyd edilib. Belə ki, uzun müddətdir NİİM hansı quruma həvalə olunacağı müzakirə edilir

 

 Xeberler.az

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi hara yoxa çıxıb?

17-10-2017

Ekspert : Nə üçün nəqliyyatımız intellektual formada idarə olunmur ?

22-02-2019

Ekspert: Nəqliyyat intellektual idarə olunurmu ?

12-09-2022

Sürücülər internetdə qınaq obyekti olacaq

14-10-2015

Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzinə yeni rəhbər təyin edilib

27-04-2022

Avtobus İnformasiya terminallarından 200-ü işləmir

30-10-2017

Nəqliyyat sistemi intellektual formada idarə olunurmu?

25-05-2015

BNA-nın Bakı Şəhər İcra Hakimiyyətinə, NİİM-in isə DİN-ə verilməsi nəyi dəyişəcək?

08-02-2022

NİİM hansı quruma həvalə olunacaq?

18-11-2015

NİİM tıxaclardan yayınmaq üçün rəqəmsal həllər hazırlayır

07-12-2022

DİN-in tabeliyinə verilmiş şirkətin adı və rəhbəri dəyişdirilib

27-07-2022

130 milyonluq Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzi haradadır ?

06-04-2019

BNA Nəqiyyatın İntellektual İdarəetmə Sistemindən imtina edibmi?

27-03-2019

Bakıda Wi-Fi-lı avtobus fəaliyyətə başlayıb

05-11-2015

NİİM-ə yeni baş direktor təyin edilib

20-08-2015

NİİM sükan arxasında mobil telefondan istifadə edən sürücülərə müraciət edib

29-08-2023

Ekspert: Mövcud olmayan layihəyə 20 milyon dövlət vəsaiti necə verilib?

21-11-2019

Ekspert: Nəqliyyatın yeni intellektual idarəetmə modeli necə olacaq?

03-09-2020

Yeni məlumat-izləmə lövhələri quraşdırılıb

29-05-2015

Avtobuslar yeni nəzarət sistemi ilə izlənəcək

20-10-2015

Nəqliyyat sistemini NİİM idarə edir, yoxsa başqaları?

30-05-2015

İşıqforların vaxtı dəyişdirilir

24-08-2015

Yeni yaradılan "Nəqliyyatın İntellektual İdarəedilməsi Sistemi" özünü doğruldacaqmı?-ŞƏRH

03-02-2023

Metroda müasir monitorlar quraşdırılıb-Foto

20-05-2016





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə