Previous Next
Bağla

Nəqliyyatla bağlı bütün məlumatlar bir saytda

11-09-2017 15:57
Nəqliyyatla bağlı bütün məlumatlar bir saytda

Bakı Nəqliyyat Agentliyinin 141 Çağrı Mərkəzinin fəaliyyəti ən son texnoloji yeniliklər nəzərə alınmaqla yenidən qurulur.

Bu gün 141 Çağrı Mərkəzinin alo141.az internet portalının təqdimatı keçirilib.

Xeberler.az-ın məlumatına görə, sayt multifunksional bir portal olaraq, istifadəçilərə Bakı şəhərinin ictimai nəqliyyatından istifadə, eyni zamanda, digər əhəmiyyətli məlumatları təqdim edir.

Sayt 3 dildə - azərbaycan, rus və ingilis dillərində istifadəyə verilib. Əsas menyuda siz, BNA-nın ALO141 Çağrı Mərkəzi haqqında ümumi məlumatla, paytaxtın ictimai nəqliyyat sistemində ən son xəbərlərlə və ən çox soruşulan sualların cavabları ilə tanış ola bilərsiniz.

Hazırda portalda 6 əsas bölmə işlənib hazırlanıb.

Bildirilib ki, gələcəkdə istifadəçilərin də fikirləri və təklifləri nəzərə alınmaqla, digər faydalı bölmələrin də istifadəyə verilməsi nəzərdə tutulur.

Saytda ilk bölmə ”Şikayət və Təkliflər” bölməsidir. Vətəndaşlar BNA-nə bna.az rəsmi internet səhifəsindən birbaşa və ya elektron poçt ünvanımıza məktub göndərməklə, eyni zamanda Facebook sosial şəbəkəsində BNA-nın rəsmi səhifəsinin ismarıc bölməsi və şərhlər vasitəsilə müraciət edə bilirlər.

Bundan əlavə, ALO141 Çağrı Mərkəzinə telefon vasitəsilə olan müraciətlərlə yanaşı, portalda məhz "Şikayət və təkliflər" bölməsi ilə istifadəçilər BNA-nə rəsmi müraciət edə biləcəklər. Bu bölmədə ictimai nəqliyyat ilə bağlı hər növ təklif və ya şikayətləri həftənin 7 günü 24 saat olmaqla ad, soyad, telefon nömrəsi və müraciətin aid olduğu kateqoriyanı seçməklə ünvanlaya bilərlər.

İkinci bölmə, “Necə getməli” (Gediş planı) adlanır. Bu bölmədə, istifadəçilərə səfərlərini əvvəlcədən planlaşdırmaq üçün iki sadə üsul təqdim edilir:

1. Hal-hazırda olduğu ünvanı və gedəcəyi ünvanı qeyd etməklə;

2. A və B nöqtələrini "maus"un sol düyməsi ilə hal-hazırda olduğu və gedəcəyi ünvanın üzərinə daşıyaraq. Burada, hansı məsafəni piyada, hansı avtobusla və ya metronun yaşıl və ya qırmızı xətti ilə gediləcəyi, dayanacaqların sayı, ictimai nəqliyyatda istifadə olunacaq zaman, eyni zamanda istifadəçinin şəxsi minik avtomobili ilə necə getməli olduğu və sərf edəcəyi zaman göstərilir.

Üçüncü bölmə, “Taksi” bölməsidir. Bu bölmədə, hazırda Bakı şəhərində sifarişli taksi xidməti ilə məşğul olan şirkətlər barədə məlumat almaq mümkündür.

Növbəti - dördüncü bölmə isə “Avtobuslar” bölməsidir ki, burada, istənilən marşrutun nömrəsini seçməklə, xəritədə həmin marşrutun getdiyi yolu, əsas dayanacaqları və xəttin uzunluğunu görmək olar.

Bütün bölmələrdə olduğu kimi, burada da xəritə və peykdən görünüş mümkündür. Beşinci bölmə “Nəqliyyat mübadilə mərkəzləri-HAB-lar” ilə bağlıdır.

Bu bölmədə hazırda fəaliyyət göstərən HAB-lar barədə məlumat, həmin HABlara daxil olan və çıxan marşrutların siyahısı və son dayanacağı haqqında məlumat almaq mümkündür.

Eyni zamanda, HAB-da olan marşrutun üzərinə klikləməklə, "Avtobuslar" bölməsinə keçid etmək olar.

Və sonuncu “Yollarda vəziyyət” bölməsidir. Bu bölmədə paytaxt yollarındakı tıxaclar barədə məlumat əldə etmək mümkündür.

Bölmənin xəritəsi Google üzərində yığılıb.

 Günel

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Bakı Nəqliyyat Agentliyinin mobil əlavəsi hazırlanır

Bakı Nəqliyyat Agentliyinin mobil əlavəsi hazırlanır

26-09-2019
Ekspert:Azərbaycanla bağlı daha bir gözlənilən baş verib

Ekspert:Azərbaycanla bağlı daha bir gözlənilən baş verib

10-05-2022
IV İslam Həmrəyliyi Oyunları ilə bağlı bütün məlumatı onlayn izləmək olar

IV İslam Həmrəyliyi Oyunları ilə bağlı bütün məlumatı onlayn izləmək olar

14-04-2017
Ekspert: BNA Google ilə tərəfdaşlıq müqaviləsi imzalayıb

Ekspert: BNA Google ilə tərəfdaşlıq müqaviləsi imzalayıb

21-08-2022
“e-Tabib” mobil tətbiqində yeni bölmə yaradılıb

“e-Tabib” mobil tətbiqində yeni bölmə yaradılıb

22-07-2025
"AYNA MaaS" mobil tətbiqi yenilənib

"AYNA MaaS" mobil tətbiqi yenilənib

09-04-2026
BNA Nəqiyyatın İntellektual İdarəetmə Sistemindən imtina edibmi?

BNA Nəqiyyatın İntellektual İdarəetmə Sistemindən imtina edibmi?

27-03-2019
Nəqliyyat kartlarını nə vaxt onlayn yükləyə biləcəyik?

Nəqliyyat kartlarını nə vaxt onlayn yükləyə biləcəyik?

18-09-2017
Nəqliyyatda mobillik həlli tətbiqi istifadəyə verilib

Nəqliyyatda mobillik həlli tətbiqi istifadəyə verilib

05-12-2025
AMEA institutlarından hansının saytı daha aktivdir?

AMEA institutlarından hansının saytı daha aktivdir?

13-03-2017
Maşınların parklanması ilə bağlı yenilik

Maşınların parklanması ilə bağlı yenilik

12-11-2018
Instagram-da da son görülmə tarixi göstəriləcək

Instagram-da da son görülmə tarixi göstəriləcək

19-01-2018
“Map AYNA” sistemi yenilənib

“Map AYNA” sistemi yenilənib

27-05-2025
GoMap-dən yenilik

GoMap-dən yenilik

07-12-2015
BNA: "BakıKart"ın balansını internet üzərindən artırmaq mümkün olacaq

BNA: "BakıKart"ın balansını internet üzərindən artırmaq mümkün olacaq

25-11-2020
Yeni yaradılan "Nəqliyyatın İntellektual İdarəedilməsi Sistemi" özünü doğruldacaqmı?-ŞƏRH

Yeni yaradılan "Nəqliyyatın İntellektual İdarəedilməsi Sistemi" özünü doğruldacaqmı?-ŞƏRH

03-02-2023
BakıKART-ın balansını onlayn artırmaq mümkün olacaq - YENİLİK

BakıKART-ın balansını onlayn artırmaq mümkün olacaq - YENİLİK

09-12-2015
ASAN xidmət mobil tətbiqi istifadəyə verilib

ASAN xidmət mobil tətbiqi istifadəyə verilib

07-05-2019
Ekspert : Ləğv olunmalı qurumlardan biri Bakı Nəqliyyat Agentliyidir

Ekspert : Ləğv olunmalı qurumlardan biri Bakı Nəqliyyat Agentliyidir

21-01-2019
Azərbaycan Dillər Universitetində virtual çatışmazlıq

Azərbaycan Dillər Universitetində virtual çatışmazlıq

11-01-2013
Azərbaycanın ilk rəsmi Ünvan Portalı istifadəyə verilib

Azərbaycanın ilk rəsmi Ünvan Portalı istifadəyə verilib

06-12-2018
Ekspert : Nə üçün nəqliyyatımız intellektual formada idarə olunmur ?

Ekspert : Nə üçün nəqliyyatımız intellektual formada idarə olunmur ?

22-02-2019
www.rabita.az saytı yenilənib

www.rabita.az saytı yenilənib

29-01-2020
Ekspert: Mövcud olmayan layihəyə 20 milyon dövlət vəsaiti necə verilib?

Ekspert: Mövcud olmayan layihəyə 20 milyon dövlət vəsaiti necə verilib?

21-11-2019





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə