“Nettrends şirkəti yenidən fəaliyyətə başlayacaq”.
Bu barədə Xəbərlər-ə şirkətin texniki direktoru və həmtəsisçisi Elşad Yusifli məlumat verib. Direktor qeyd edib ki, yaxın vaxtda Nettrends əvvəlki aktiv fəaliyyətinə başlayacaq. Onun sözlərinə görə, hazırda bu istiqamətdə müəyyən işlər görülür. Elşad Yusifli deyib ki, önümüzdəki günlərdə müştərilər Nettrends-in bütün əvvəlki xidmətlərindən yararlana biləcəklər.
Qeyd edək ki, “Startup Azərbaycan 2013”-ün qalibi olan Nettrends layihəsi yerli bazarda öz unikallığı və intelektuallığı ilə fərqlənirdi. Azərbaycanda gəlir əldə etməyə başlayan ilk startaplardan hesab olunurdu. Bir müddət öncə son müştəri sayı 50-yə yaxın olan şirkətin həmtəsisçiləri arasında ciddi narazılıqlar baş vermişdi. Elşad Yusiflinin bildridiyinə görə, şirkətin digər həmtəsisçiləri onun xəbəri olmadan Nettrends-in proqram təminatını başqa serverə köçürərək, yeni bir “Kalibri Media Pro" MMC sirkəti yaradıblar. Bu səbəbdən şirkət iki yerə parçalanaraq öz fəaliyyətini dayandırmışdı. Şirkətin həmtəsisçi və texniki direktor Elşad Yusifli problemin hüquqi müstəvidə həlli ilə bağlı müəyyən işlərin görüldüyünü diqqətə çatdrımışdı.
Məltəm Talıbzadə
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri