Previous Next
Bağla

Neyrofizioloqlar beyinə şprislə elektronika yeridiblər

22-06-2015 12:25
Neyrofizioloqlar beyinə şprislə elektronika yeridiblər

Amerikalı alimlər çevik naqillərdən və elektron komponentlərdən ibarət tor hazırlamağa müvəffəq olublar. Bu toru şprisin köməyilə bilavasitə beyinə yeritmək olar.

Xeberler.az xarici mətbuata istinadən məlumat verir ki, çevik elektronika dəsti sinir hüceyrələrinin vəziyyətini izləmək və hətta onlara təsir etmək üçün (sinir hüceyrələrinə heç bir zərər yetirmədən) bu hüceyrələrə qoşula bilər. Alimlər bu texnologiyanın, məsələn, Parkinson xəstəliyinin müalicəsində mühüm nəticələrin əldə edilməsində vacib rol oynaya biləcəyini düşünürlər. Yeni texnologiya haqqında “Nature Nanotechnology” jurnalında məlumat verilib.

Ayrı-ayrı neyronların fəallığının sinir fəaliyyətinin (dərk etmə, təfəkkür, emosiyalar) ən yüksək formalarına gətirib çıxarması neyrofiziologiyada mühüm problemlərdən biridir. Texnoloji nöqteyi-nəzərdən, bunun həlli üçün min və milyon hüceyrənin eyni vaxtda monitorinqini aparan qurğular lazımdır. Lakin müasir implantantları beyinə yerləşdirmək çətindir, onların elektrodları isə yad cisim kimi qəbul olunaraq qıcıqlanma yaradır. 

Harvard Universitetindən (ABŞ) olan kimyaçı Çarlz Liber xrom və platinin qarışığından üçölçülü tor yaratmaqla bu maneəni aradan qaldırıb. Tor şprisin nazik iynəsinə yerləşdirmək üçün yetərli qədər çevikdir. Beyinə yeridildikdən sonra 16 elektron komponentli tor əvvəlki formasını alır. O, 90 faiz boşluqdan ibarətdir ki, bunun da sayəsində beyin hüceyrələri toru neytral karkas kimi qəbul edərək oraya sərbəst yerləşirlər. 5 həftə ərzində aparılan sınaqlar zamanı tora qarşı yüksək immun reaksiyası müşahidə olunmayıb – beyin onu yad cisim kimi qəbul etməyib.    

Alimlər sınaqları siçanlar üzərində aparıblar. Onlar ayrı-ayrı neyronları izləməyə və stimul yaratmağa müvəffəq olublar.

Xeberler.az

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Beyinə implant edilən mikronasos epilepsiya xəstəliyini müalicə edəcək

Beyinə implant edilən mikronasos epilepsiya xəstəliyini müalicə edəcək

05-05-2015
Alimlər süni beyin yaradacaqlar

Alimlər süni beyin yaradacaqlar

19-07-2019
Alimlər smartfonların qocalarda demensiyaya səbəb olmasını təkzib edib

Alimlər smartfonların qocalarda demensiyaya səbəb olmasını təkzib edib

15-04-2025
Səsi aydın ötürən qulaq implantatı təqdim olunub

Səsi aydın ötürən qulaq implantatı təqdim olunub

23-07-2019
İnsan beyninə nəzarət edən cihaz

İnsan beyninə nəzarət edən cihaz

05-11-2008
İtaliya alimləri süni beyin yaradıb

İtaliya alimləri süni beyin yaradıb

17-11-2015
Elektronikanı insan beyninə daxil etmək mümkün olacaq

Elektronikanı insan beyninə daxil etmək mümkün olacaq

03-02-2016
İnsan sümükləri və əzələlərinin çapı üçün 3D printer

İnsan sümükləri və əzələlərinin çapı üçün 3D printer

18-02-2016
Elon Musk-ın startapı insanları robota çevirəcək

Elon Musk-ın startapı insanları robota çevirəcək

21-08-2019
Hiss etmək qabiliyyətinə malik süni barmaq yaradılıb

Hiss etmək qabiliyyətinə malik süni barmaq yaradılıb

11-03-2016
Toxunuşları hiss edən süni dəri yaradılıb

Toxunuşları hiss edən süni dəri yaradılıb

19-10-2015
Alimlər texnologiya sahəsində daha bir yenilik etdi

Alimlər texnologiya sahəsində daha bir yenilik etdi

14-08-2017
İnsan beyninin surəti yaradıldı

İnsan beyninin surəti yaradıldı

20-08-2015
Tarixdə ilk-İnsan beyni birbaşa İnternetə qoşulub

Tarixdə ilk-İnsan beyni birbaşa İnternetə qoşulub

15-09-2017
Rəqəmli qələm beyin xəstəliklərinə diaqnoz qoyacaq

Rəqəmli qələm beyin xəstəliklərinə diaqnoz qoyacaq

18-08-2015
Elon Muskın beyin oxuma cihazı bu həftə tanıdılacaq

Elon Muskın beyin oxuma cihazı bu həftə tanıdılacaq

27-08-2020
İnfraqırmızı eynək görmə əngəli olan insanlara kömək edəcək

İnfraqırmızı eynək görmə əngəli olan insanlara kömək edəcək

03-05-2015
Alimlər süni beyin yaradıb

Alimlər süni beyin yaradıb

17-08-2015
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı

24-12-2014
Sosial medianın zehni sağlamlığa təsiri araşdırılıb

Sosial medianın zehni sağlamlığa təsiri araşdırılıb

08-01-2025
Fransa ictimai Wi-Fi və anonim Tor şəbəkəsini bağlamayacaq

Fransa ictimai Wi-Fi və anonim Tor şəbəkəsini bağlamayacaq

12-12-2015
Hüceyrələri zədələməyən 3D-mikroskop hazırlanıb

Hüceyrələri zədələməyən 3D-mikroskop hazırlanıb

22-07-2019
Görmə qabiliyyətini tamamilə itirmiş insanlar üçün süni göz

Görmə qabiliyyətini tamamilə itirmiş insanlar üçün süni göz

21-12-2015
Düşüncələrinizin musiqisini dinləyə biləcəksiz

Düşüncələrinizin musiqisini dinləyə biləcəksiz

16-07-2009





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə