Previous Next
Bağla

Ölkədə WhatsApp və Skype-ı hansı qurumlar bloklayır?

17-05-2017 13:08
Ölkədə WhatsApp və Skype-ı hansı qurumlar bloklayır?

Məlum olduğu kimi, bir neçə gündür WhatsApp və Skype ilə beynəlxalq danışıqlara məhdudiyyətlər tətbiq edildiyi ciddi müzakirələrə səbəb olub.

Məsələ ilə bağlı Azərbaycan İnternet Formunun prezidenti, ekspert Osman Gündüz Xeberler.az-a bildirib ki, hazırda hər kəs bu problemin səbəbini axtarır.

Ekspert hesab edir ki, bu məsələyə aydınlıq gətirəsi yeganə qurum Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyidir:

“Hələlik sektorda tənzimləyici qurum bu Nazirlikdir. Təəssüf ki, bu qurum da rəsmi açıqlama verməyib”.

Forum prezidenti qeyd edib ki, apardıqıları araşdırmalar və monitorinqlərin nəticəsi onu deməyə əsas verir ki, məhdudiyyətlər NRYTN –nin göstərişi ilə mobil operatorlar və backbone provayderlər tərəfindən həyata keçirilib:

“Bizdə artıq çox doğru olaraq təcrübə formalaşıb ki, tənzimləyici qurumun rəsmi göstərişi olmadan provayderlər hər hansı bloklama aparmır. Düşünürəm ki, bu addım ölkədə beynəlxalq yarışların keçirilməsi ilə əlaqədar olaraq təhlükəsizlik məqsədləri və güman ki, həm də internet trafikin həddindən artıq yüklənməsinin qarşısını almaq məqsədilə həyata keçirilib. Əlbəttə, bu prosesdə maraqlı tərəflər də var, sirr deyil k, internet üzərindən aparılan danışıqlar mobil operatorların büdcəsinə xeyli ziyan vurur”.

Onun sözlərinə görə, atılan addım bilavasitə vətəndaşların informasiya münasibətlərinin məhdudlaşdırılmasıdır:

“ Bu isə qanunvericiliklə həll olunmalıdır. Düşünürəm ki, dezinformasiyaların yayılmaması üçün real vəziyyətlə bağlı NRYTN-nin açıqlama verməsi doğru olardı. Xüsusən də bizdə artıq bloklanma ilə bağlı yenicə qəbul olunan qanunumuz var. Eyni zamanda texnologiyaların, alternativlərin hədsiz çox olduğu indiki zamanda ayrı-ayrı resurslara qarşı bu tip addımların da nə dərəcədə effektiv olacağı da sual altındadır".

Ekspert hesab edir ki, hökumətin bu tip qlobal resurslarla əməkdaşlıq etməsi, onların ölkəmizə dəvət edilməsi , onların resurslarının burada yerləşdirilməsi istiqamətidə işlərin aparılması daha doğru addım olardı.

Osman Gündüz onu da vurğulayıb ki, bu problem Data Mərkəzlərin biznesində də mənfi təsir edəcək.

“Ən yüksək standartlı, regionda ən nəhəng Regional Data Mərkəzin, həmçinin Delta Telekom-un Data Mərkəzlərinin olduğunu nəzərə alsaq,  bu cür bloklanmanın da gələcəkdə bu Mərkəzlərin biznesinə də problem yaradacağını düşünürəm. Hansı ki,  bu resurslar ölkəyə xeyli valyuta gətirə bilərdi”.

 

Məltəm Talıbzadə

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Ölkəmizdə WhatsApp, Skype kimi platformalar birdəfəlik bloklanıb?

02-06-2017

WhatsApp, Skype-a qoyulan blok niyə aradan qaldırılmır?

23-05-2017

Azərbaycanda internetin keyfiyyəti niyə pisləşib?

20-05-2017

Həll edilməyən internet problemi: "Keyfiyyətsiz xidmətlə bağlı cərimələr tətbiq edilməlidir”

16-03-2021

“Skype, Facebook, WhatsApp kimi resurslara qarşı sertifikatlaşma tələbi düzgün yanaşma deyil”

31-08-2015

Dövlət qurumları məlumat bazalarını harada saxlamalıdırlar ?

19-01-2019

WhatsApp vasitəsilə zənglərə qadağanın MTN-lə əlaqəsi varmı?

16-11-2015

Azərbaycanda internet kəsilə bilərmi?

26-10-2017

Ekspert: Milli Telekommunikasiya Şurasının yaradılmasına ehtiyac var

23-08-2019

Səlahiyyətli qurumlarımız dünya xəritə servisləri ilə işləyə bilmir- ekspert

11-06-2018

Milli Telekommunikasiya Şurasının yaranmasına kim mane olur?

19-06-2019

Özəl qurumlar koronavirusla bağlı mübarizədə nə kimi töhfələr verə bilər?

23-03-2020

Ekspert: Dövlət qurumları vətəndaşlardan hələ də kağız arayışlar tələb edir

02-04-2021

Ekspert : ASAN İmza-dan imtina olunmalıdır

18-02-2019

16 noyabr tarixdə Delta Telecom-da nə baş verib ?

21-11-2015

Ekspert: “Hökumət Buludu”na keçid nə üçün ləngiyir ?

19-08-2020

Nazirliyin qurumları özəlləşdirilməyə hazırlanırmı?

24-05-2018

Ekspert: Provayderlər vəziyyəti nəzərə alıb ödənişlərdə güzəşt etməlidir

05-11-2020

Ekspert açıq məlumat bazasından danışdı

19-06-2019

Ekspertlər nə düşünür: sosial media lisenziyalaşdırıla bilərmi?

07-08-2015

Ekspert: Hazırda Qarabağda vahid mobil şəbəkənin olması daha məqsədəuyğundur

13-12-2020

Ekspert: “Kriptovalyuta qadağaları qeyri-qanuni işləri artıra bilər”

12-02-2018

İmtahan suallarının yayılmasında qanun pozuntusu yoxdur

13-04-2019

AİF internetdə yaranan problemə münasibət bildirib

17-04-2017





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə