Previous Next
Bağla

“Skype, Facebook, WhatsApp kimi resurslara qarşı sertifikatlaşma tələbi düzgün yanaşma deyil”

31-08-2015 15:37
“Skype, Facebook, WhatsApp kimi resurslara qarşı sertifikatlaşma tələbi düzgün yanaşma deyil”

Sosial medianın sertifikatlaşdırılması tələbi onların ölkəmizdə fəaliyyətinin məhdudlaşdırılmasına xidmət etməməlidir.

Məlumat verdiyimiz kimi, hazırda  Rabitə və Yüksək Texnologiyalar Nazirliyi internet messencerlər (Facebook, Viber, WhatsApp, Skype və başqaları) və sosial şəbəkələrin serifikatlaşdırılması  tələbini irəli sürüb və bildirilib ki, bu istiqamətdə bir sıra işlər görülür. Artıq  aidiyyatı şirkətlərlə danışıqlar başlayıb və onların əksəriyyətinin də  bu addımı müsbət qarşıladığı diqqətə çatdırılıb.

Nazirliyin qərarı  ictimaiyyətdə birmənalı qarşılanmayıb. Günlərdir mətbuatda, sosial mediada məsələ ilə bağlı ciddi narazılıqlar nəzərə çarpır. Mövzu ətrafında müxtəlif fikirlər paylaşılır.

“Azərbaycan hökuməti bu məsələyə ehtiyatlı yanaşmalıdır. Hələlik Azərbaycanın  sosial şəbəkələrlə bağlı atmaq istədiyi addımlar qeyri-müəyyəndir”.

Bunu Xeberler.az-a sertifikatlaşdırma məsələsini şərh edən Azərbaycan İnternet Forumunun rəhbəri  Osman Gündüz deyib.

Ekspert deyir ki, ilk öncə nəzərə alınmalıdır,  araşdırılmalıdır ki,  bu tip sosial media resurslarına, qlobal şirkətlərə kimin daha çox ehtiyacı var. Bu resursların onların sahiblərinə, yoxsa Azərbaycana daha çox gərəkli olduğu araşdırılmalıdır.

Elə bir müddət öncə uğurla başa çatan Baku2015 Avropa Oyunları göstərdi ki, bu cür resurslara daha çox ehtiyacımız var.

 “İlk Avropa Oyunları zamanı Azərbaycanın  haqq səsinin dünyaya tanıtmasında sosial media böyük rol oynadı.  Oyunlar zamanı informasiya müharibəsində, Azərbaycanın qlobal informasiya blokadasına alınması zamanı məhz sosial medianın  gücü ilə qalib gələ bildik”.

“Müharibə labüd olan ölkə, qlobal dünyaya inteqrasiya üçün, innovasiyaların inkişafı baxımından da bu resurslara ehtiyacımız çox böyükdür. Büdcələri Azərbaycan büdcəsindən dəfələrlə çox olan bu resurslarla əməkdaşlıq daha doğru addımlardır”.

Dəfələrlə də qeyd etmişik ki, bazar baxımından, gəlirlilik baxımından Azərbaycan kimi ölkələr bu qlobal şirkətlər üçün hədsiz dərəcədə balacadır”.

Osman Gündüz hesab edir ki, bu gün sosial şəbəkələrin sertifikatlaşdırılması və ya lisenzilayaşdırılması  tələbi  sosial medianın ölkəmizdə məhdudlaşdırılmasına xidmət etməməlidir. Bunun böyük fəsadları ola bilər:

“Fikrimcə, Azərbaycanın  bu istiqamətdəki fəaliyyətini lisenziyalaşdırma, sertifikatlaşdırma, hansısa icazə üzərində qurması düzgün deyil. Daha doğru olardı ki, Azərbaycan bu cür qlobal informasiya resursları ilə  biznes yönümlü əməkdaşlıq yaratsın”.

Ekspert maraqlı məqama da toxunub:

“Azərbaycanın qanunvericiliyi araşdırmalıdır ki, xarici informasiya resurslarında olan, istifadəçilərin özlərinin razılığı ilə daxil edilən məlumatlar həqiqətən də fərdi məlumatlardırmı? Bəzən insanlar fərqli  məlumatlardan, özləri haqda doğru olmayan informasiyalardan istifadə edərək sosial şəbəkələrdə qeydiyyatda keçir. Yəni, bu xarici sosial şəbəkələrdə həm də anonimlik  var.  Hökumətin qərarından belə çıxır ki,  bu məsələ də hökumət tərəfindən qorunmalıdır. Bu isə mürəkkəb işdir. Hökumət bu sosial şəbəkələrdəki bu cür anonim  informasiyaları necə qoruya biləcək?”.

Osman Gündüzün sözlərinə görə , Facebook bu tip iddialarla bağlı Rusiya tərəfinə artıq rəsmi olaraq bildirib ki, onlar öz informasiya rersurslarında olan məlumatları ümumiyyətlə fərdi məlumatlar hesab etmirlər və bu tip məlumatları da Rusiya ərazisində saxlamaqdan imtina ediblər.

Forum rəhbəri Rusiyada olan buna bənzər hadisəni də xatırladıb. Qeyd edib ki, Rusiyanın öz milli sosial şəbəkələri, milli axtarış sistemləri var. Ona görə onların bu istiqamətdə addımları müəyyən mənada anlaşılan ola bilər:

"Azərbaycanda axı bu qlobal resursların alternativləri yoxdur. Qlobal bazara çıxacaq, qlobal ictimai fikrə təsir edə biləcək milli informasiya resurslarımız yoxdur.

Xatırladıram ki, bir neçə illər öncə o zamankı Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi milli axtarış sisteminin - YUMROO-nun yaradılmasına başlamışdı. Bu məqsədlə xeyli maliyyə vəsaiti də xərclənmişdi. Təəssüf ki, RYTN-nin layihəsi bu qurumun layihəyə məsul şəxsinin məsuliyyətsizliyi ucbatından iflasa uğradı.

Milli alternativlərin olmadığı bir zamanda bu cür qlobal informasiya xidmətləri göstərən  resurslara ehtiyatla yanaşmaq doğru olardı"

"Bu baxımdan Azərbaycan tərəfi  sertifikatlaşdırma məsələsini yenidən düşünməli, istiqaməti konkret müəyyənləşdirməldir. Azərbaycanın  imici, ölkə başçısının tez -tez vurğuladığı  ölkəmizdəki İnternet azadlığı məsələsi diqqətdən qaçırılmamalıdır.  Əks təqdirdə  bu tip qərarlar ölkəmizdə sosial medianın fəaliyyətinə  ciddi şəkildə  mənfi təsir edə bilər”.

Osman Gündüz hesab edir ki,  bu yanaşma istənilən halda biznes maraqları üzərinə gəlməlidir:

“Yəni, daha doğru addım olardı ki, bu cür sosial media resursların Azərbaycan bazarından əldə etdiyi gəlirlər, xüsusən də reklam gəlirlərindən hansısa bir pay almaq  üzərində müzakirə bəlkə bu addımdan daha məntiqli olardı. Əlbəttə, tələblərin biznes müstəvisinə gətirilməsi, onların gəlirlərin pay istənilməsi də  asan başa gəlməyəcək. Amma perspektiv yalnız buradadır.
Xüsusilə də, əgər biz bildirsək ki, Azərbaycan tərəfi Facebook-dan, Google-dan və  digər sosial media  şirkətlərindən əldə olunan reklam gəlirlərindən, məsələn "Google vergisi"ndən  ancaq  Azərbaycan internetinin, internet medianın inkişafı üçün istifadə edəcəyik, düşünürəm ki, bu istiqamətdə uğur qazanmaq olar”.

Osman Gündüz lisenzilayalaşma və sertifikatlaşmanın qətiyyən doğru olmadığını bildirərək,  qlobal informasiya resurslarına qarşı internet reklam sahəsində “Google  vergisi”  istiqamətində müzakirələr aparılmasının daha perspektivli və uğurlu ola biləcəyini  vurğulayıb:

“Azərbaycan tərəfi sürətlə böyük bir DATA mərkəzinin qurulması üzərində də çalışır. Bu DATA mərkəz  beynəlxaq standartlara cavab verəcək. Belə olan halda,  fikrimcə, Azərbaycan tərəfləri qlobal resurslara  öz serverlərini, məlumat bazalarını bu DATA mərkəzində yerləşdirmək təklifi, BULUD xidmətləri təklifini də verə bilər. Düşünürəm ki, bu istiqamətdə də adıçəkilən resurslarla əməkdaşlıq etmək xeyli fayda verə bilərdi. Lisenzilayalaşma və sertifikatlaşma tələbləri isə bu cür müştəriləri, qlobal şirkətləri çəkindirə bilərdi”.

Məsələylə bağlı millət vəkili Azər Badamov Xeberler.az-a açıqlamasında bildirib ki, lisenziyalaşdırma mobil operatorların xeyrinə dəyişməyəcək:

“Azərbaycanda Facebook, Skype, Whatsapp -ın lisenziyalaşdırılması heç də sosial medianın inkişafına mənfi təsir göstərməyəcək və buna müsbət yanaşıram. Qeyd olunana  internet şəbəkələri  Azərbaycan bazarına daxil olub sərbəst şəkildə fəaliyyət göstərir. Amma  hər bir fəaliyyət növü leqallaşdırılmalı, fəaliyyətindən vergi ödəməlidir və bu sahələrin lisenziyalaşdırılması heç də fəaliyyətinə məhdudiyyət qoymaq anlamına gəlmir. Bəzən də fikirlər yarana bilər ki, lisensziyalaşdırma vəziyyəti mobil operatorların xeyrinə dəyişəcək. Amma belə olmayacaq  və vətəndaşlar həmişə olduğu kimi bu xidmət sahələrindən sərbəst istifadə edəcəklər. Azərbaycanda sosial medianın inkişafına dövlət dəstəyi var və həmişə də olacaq”.

 

Məltəm Talıbzadə

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Seçkilər ərəfəsində sosial media məhdudlaşdırıla bilərmi?

28-03-2018

Ekspertlər nə düşünür: sosial media lisenziyalaşdırıla bilərmi?

07-08-2015

Ekspert: Baş Prokurorluq son zamanlar medianı xüsusi diqqətdə saxlayır

10-08-2022

Osman Gündüz: İndiki zamanda “Sosial media haqqında” qanuna ehtiyac varmı?

14-02-2022

Ölkəmizdə WhatsApp, Skype kimi platformalar birdəfəlik bloklanıb?

02-06-2017

Ölkədə WhatsApp və Skype-ı hansı qurumlar bloklayır?

17-05-2017

“İnformasiya mühitini formalaşdıran yeni mediadır, dövlət dəstəyi alan qəzetlərdir”

01-10-2016

Sosial şəbəkələrin çökməsindən hansı nəticələri çıxarmaq olar? - Ekspertdən açıqlama

05-10-2021

Azərbaycan İnterneti məhdudlaşdırıla bilərmi ?

16-11-2016

Ekspert: Türkiyə sosial mediaya qarşı sərt xəttini davam etdirir

29-07-2020

Ekspert : İnternetdə və sosial mediada məhdudlaşdırmaları məqbul hesab etmədik

14-02-2019

Ekspertdən təklif – Facebook və YouTube bazaları Azərbaycana gətirilsin

14-02-2019

Siyasi partiyalar siyasi proseslərə xarici müdaxilə cəhdinə qarşı mövzusunda dəyirmi masa keçirilib

12-09-2019

Ekspert: "Twitter"ə qoyulan məhdudiyyət aradan qaldırılmalıdır

12-10-2020

“Sosial şəbəkələrlə bağlı yeni qanuna ehtiyac yoxdur”

23-01-2017

Ekspert: Media qurumları WhatsApp-la bağlı məsələni ifrat dərəcədə şişirdirlər

11-01-2021

“Avropa Oyunları zamanı İnternet və informasiya mübadiləsi proseslərini dörd qurum monitorinq edəcək”

23-04-2015

“Oyunlar zamanı bizə qarşı informasiya müharibəsi ən şiddətli mərhələyə qədəm qoymuşdu”

21-07-2015

Rəsmilərin sosial mediaya gəlişi nəyi dəyişəcək ?

03-09-2019

Ekspert: Medianın İnkişafı Agentliyi bəzi məqamlara diqqət yetirməlidir

09-07-2021

“Dövlət internet mediaya dəstək verməlidir”

29-12-2014

WhatsApp, Skype-a qoyulan blok niyə aradan qaldırılmır?

23-05-2017

İnsident menecment açar sözlərlə axtarış aparacaq

25-07-2018

Ekspert Osman Gündüz sosial şəbəkələrin çökməsi barədə danışdı

04-07-2019





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə