Previous Next
Bağla

Ölkəmizdə ilk dəfə “Creative Solution Go” olimpiadası keçirilib

18-12-2020 11:28
Ölkəmizdə ilk dəfə “Creative Solution Go” olimpiadası keçirilib

“InnoWeek – İnnovasiya həftəsi” çərçivəsində dekabrın 16-17-də Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Robopark” layihəsi çərçivəsində, Mədəniyyət Nazirliyinin “Kreativ Azərbaycan” portalının dəstəyi, Təhsil Nazirliyi və Gənclər və İdman Nazirliyinin tərəfdaşlığı, Azərbaycan Robotexnika Mühəndisliyi Akademiyasının (AREA) birgə təşkilatçılığı ilə ölkəmizdə ilk “Creative Solution Go” – “Yaradıcı həllərə doğru” olimpiadası keçirilib.

Xeberler.az bildirir ki, “Pandemiya dövründə necə yaşamalı” mövzusunda keçirilən olimpiadanın məqsədi pandemiya şəraitində gənclərin proqramlaşdırma, komanda halında işləmək, İKT və elmi biliklərinin inkişafına dəstək olmaq, onlarda kodlaşdırma və vizuallaşdırmaya marağı artırmaq, oyun və animasiyaların hazırlanmasında inkişafa təkan verməkdir.

Olimpiada 7-12 yaşlı uşaqlar üçün 2 kateqoriya üzrə keçirilib. Tədbirdə “Oyun dizayn və təqdimatı” üzrə 16, “Animasiya dizayn və təqdimatı” üzrə 12, ümumilikdə isə 28 məktəbli iştirak edib. İştirakçılar oyun və animasiya təqdimatlarını hazırlayaraq 2 dəqiqəlik videolar təqdim ediblər.

Animasiya dizayn və təqdimatı üzrə 1-ci yerin qalibi Hüseyn Əhmədli, 2-ci yerin qalibi Yaşar Həsənli, 3-cü yerin qalibi Anna Neymışeva olub.

Oyun dizayn və təqdimatı üzrə isə 1-ci yerin qalibi Saleh Quluzadə, 2-ci yerin qalibi Muhamməd Mustafa, 3-cü yerin qalibi isə Eldar Mustafayev seçilib.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

“Baku Cyber Cup 2020” onlayn kiber idman turniri keçirilib

19-12-2020

II və III yer üzrə qaliblər təltif olunub

29-05-2022

Hackathon-un qalibləri bəlli oldu

01-11-2018

Beynəlxalq Dron Olimpiadasının Azərbaycan finalı keçirilib

01-04-2019

Azərmarka uşaqların çəkdiyi rəsmlərdən poçt açıqcası hazırlayıb

22-06-2018

Proqramçılar yarışa çıxır

26-10-2018

Hackathon-AzIn 2018 müsabiqəsinə start verilib

30-10-2018

Beynəlxalq Kosmik Olimpiadanın milli finalı keçirilib

02-05-2025

AzInTelecom Hackathon keçirir

23-10-2018

Azərbaycanda üçüncü “InnoWeek – İnnovasiya həftəsi” keçiriləcək

09-12-2020

Azercell Olimpiada qaliblərini mükafatlandırıb

13-08-2019

Yüksək Texnologiyalar Parkının rezidenti 1-ci yerin qalibi olub

03-05-2023

UNEC tələbələri Gənc investor 2018 III simulyasiya yarışında ilk üç yerin qalibi oldu

10-12-2018

Azərbaycan AgroX innovasiya proqramına start verir

15-05-2019

Bakıda keçirilən “kiber müharibə” yarışının qalibi müəyyənləşib

27-10-2023

Startap Günləri başa çatdı

30-06-2018

Məktəblilərin hazırladığı robotlar döyüşəcək

06-02-2018

"Gənclərin innovativ təşəbbüslərinin dəstəklənməsi” layihəsi başa çatıb - FOTO

05-06-2023

Heydər Əliyev Mərkəzinin parkında İnnoFest Village təşkil edilib

01-06-2019

İkinci ABB Regional Hakatonunun qalibləri elan olunub

07-07-2021

Azərbaycan “Oyun Tərtibatçıları Konfransı 2025”də təmsil olunub

27-03-2025

“Qoldenpey” ASC 15 yaşı münasibətilə dəyərli hədiyyə uduşlu kampaniya keçirir

08-07-2022

CanSat Azərbaycan 2020 tələbə model peyk müsabiqəsi başlayıb

19-12-2019

Gender bərabərliyi hakatonu keçiriləcək

11-01-2021





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə