Previous Next
Bağla

Ölkəmizdə insanı əl damarlarının izləri ilə tanıyan texnologiya təqdim edildi

28-12-2015 12:02
Ölkəmizdə insanı əl damarlarının izləri ilə  tanıyan  texnologiya təqdim edildi

Son illər dünyada biometrik texnologiyalar sahəsində aparılan tədqiqatlardan biri də insanın əl damarlarının izləri əsasında tanınması ilə əlaqədardır.

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İnformasiya Texnologiyaları İnstitutundan Xeberler.az-a verilən məlumata görə, institutda bu istiqamətdə elmi-tədqiqat işləri aparılır.

Ötən həftə institutda bu məqsədlə hazırlanmış qurğu nümayiş etdirilib.

Qurğunu “İnsanın əl damarlarının izləri əsasında tanınması üçün metod və alqoritmlərin işlənməsi” mövzusu üzrə elmi-tədqiqat işi aparan Tuğrul Aktaş təqdim edib.

Tuğrul Aktaş institutun dissertantı, Türkiyənin Yalova Universitetində müəllimdir.  

AMEA-nın akademik-katibi, institutun direktoru, akademik Rasim Əliquliyev, texnologiyalar üzrə direktor müavini, texnika üzrə fəlsəfə doktoru Rəşid Ələkbərov, şöbə müdirləri – fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Tofiq Kazımov və texnika üzrə fəlsəfə doktoru Yadigar İmamverdiyev, layihə baş mühəndisi, texnika üzrə fəlsəfə doktoru Şəfəqət Mahmudovanın iştirakı ilə keçirilən təqdimatda Tuğrul Aktaş tədqiqatların nəticələri barədə məlumat verib.

O, infraqırmızı şüa mənbəyi olan gurğudan (LED-lampa) istifadə etməklə insanın əl damarlarının müxtəlif təsvirlərinin əldə olunması prosesini nümayiş etdirib. Həmçinin ultraqırmızı şüaları qəbul edən, xüsusi filtr qoyulmuş fotoaparatı və insanın əl damarlarını göstərən qurğunu (Vein finder V02) təqdim edib. Skaner infraqırmızı diapazonda əli işığa verir və damarların izlərini aydın şəkildə göstərir. Şifrələnmiş fayl USB-interfeysi vasitəsilə fərdi kompüter, server və ya noutbuka ötürülür ki, burada biometrik şablon yaranır.

“Unutmaq lazım deyil ki, insanın biometrik xüsusiyyətləri zamanla dəyişə bilər. Bu, əsasən də hamilə qadınlarda, üzgüçülüklə məşğul olan idmançılarda, artıq çəkili insanlarda daha çox özünü göstərir” – bildirən tədqiqatçının sözlərinə görə, təsvirlər dissertasiya işində nəzərdə tutulmuş insanın identifikasiyasında istifadə olunacaq.

Qeyd edək ki, Azərbaycanda insanın əl damarlarının təsvirləri əsasında tanınması üzrə elmi-tədqiqat işi ilk dəfə olaraq aparılır.   

Akademik Rasim Əliquliyev bu sahə üzrə elmi-tədqiqat işlərinin əhəmiyyəti və aktuallığını qeyd edib. Alim insan xəstəliklərinin əl damarlarının izlərinə görə müəyyən edilməsi məsələsinə də toxunub. O, dünyada bu istiqamətdə aparılan araşdırmalarla maraqlanıb, dissertanta tətbiqi tədqiqatların daha da genişləndirilməsi, elmi araşdırmaların səmərə və keyfiyyətinin yüksəldilməsi üçün tövsiyələrini verib.

Dissertantın elmi rəhbəri Tofiq Kazımov müxtəlif vəziyyətlərdə olan insanların əl damarlarında olan müəyyən dəyişikliklərin nəzərə alınmasının vacibliyini qeyd edib. Dissertanta elmi tədqiqatlarda səmərəli nəticələrin əldə olunması üçün təkliflərini bildirib.   

Xeberler.az

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Proqram mühəndisliyinin nəzəri əsasları araşdırılır

09-02-2016

Biometrik texnologiyalarla bağlı araşdırma aparılır

07-07-2017

“Nitq texnologiyaları üzrə terminlərin izahlı lüğəti” hazırlanıb

09-12-2015

Azərbaycan Almaniya ilə tibbi informatika sahəsində əməkdaşlıq edə bilər

17-04-2023

AMEA-da Biometrik Texnologiyaların öyrənilməsi sahəsində tədqiqatlar davam edir

06-04-2009

Milli Terminoloji İnformasiya Sisteminin elmi-texnoloji əsasları işlənib

08-05-2023

Tədqiqatçıların informatika üzrə hazırlığı kitabı çapdan çıxıb

30-03-2019

“İnformasiya təhlükəsizliyi terminlərinin izahlı lüğəti” nəşr olunub

11-12-2015

İnformasiya Texnologiyaları İnstitutunda elmi seminar keçirilib

07-02-2025

Mobil hesablama buludları ilə bağlı kitab nəşr olunub

05-02-2018

Bulud sistemləri ilə bağlı aparılan tədqiqatların nəticələri müzakirə olunub

22-10-2024

İnformasiya Texnologiyaları İnstitutunda Qadınlar Şurası yaradıldı

23-05-2018

E-dövlət üçün effektiv audio-video xidmətləri mühiti formalaşdırılacaq

15-01-2016

Akademik Rasim Əliquliyev TÜBİTAK-BİLGEM-in nümayəndə heyəti ilə görüşüb

15-02-2020

İnformasiya Texnologiyaları İnstitutunun təhsil şöbəsinin fəaliyyət planı müzakirə olunub

23-01-2019

Jest informatikasının istiqamətləri, hədəfləri və texnologiyaları ilə bağlı tədqiqatlar aparılıb

04-11-2019

“Big Data problemi üzrə elmi-tədqiqatlar davam etdiriləcək”

13-01-2016

Proqram mühəndisliyi və proqram sistemlərinin analizi tədqiq olunur

20-08-2025

İnformasiya Texnologiyaları İnstitutunda elmi seminar keçirilib

24-12-2024

Hesablama sistemlərinin yaradılması texnologiyaları barədə informasiya nəşr olunub

24-11-2015

Mürəkkəb bulud sistemlərinin intellektual analizi və sintezi problemləri araşdırılır

13-03-2023

Şəbəkə texnologiyaları ilə bağlı yeni kitab

23-01-2018

“Elmi problemlər reyestri” informasiya sistemi yaradılır

25-02-2016

İnformasiya Texnologiyaları İnstitutunda müzakirələr aparılıb

10-06-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə