“Texnoparkların, güzəştli iqtisadi zonaların yaradılması həm daxili, həm də xarici investorların sənaye potensialının gücləndirilməsinə yönələn investisiyalar intellektual insan resurslarının məşğulluğa cəlb olunmasını təmin edir”.
Xeberler.az-ın məlumatına görə, bu barədə rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov bidirib.
Əli Abbasov deyib ki, dövlət başçısının bu sahədə həyata keçiridiyi siyasət həmçinin investisiyaları genişləndirmək üçün yeni maliyyə resurslarının artırılması məqsədi daşıyır:
“Bu, ümumi dövlət investisiyasından başqa müxtəlif fondlar vasitəsilə innovativ texnoloji inkişaf üçün stimullaşdırma siyasəti yolu ilə reallaşdırılır. İntellektual mülkiyyətin qorunması startapların yaradılması və bu istiqamətdə aparılan işlər buna əyani sübutdur. Burada əsas vacib məsələ formalaşan beyin axınını Azərbaycanda saxlamaqdır”.
Nazir bildirib ki, əsasən bu gün beyin axınının yeni bir formasının - onlayn beyin axınının qarşısını almaqdır:
“Artıq bir çox ölkələrdə təhlillər göstərir ki, hər bir mütəxəssis internet üzərindən digər ölkələrə öz əməyini daşıyır. Biliyi, ümumiyyətlə satın almaq olar, burada patentlərin, ixtiraların və məqalələrin alınmasını nəzərdə tuturam. Amma bilik, intellekt daşıyıcısı olan insanı qorumaq ən vacib şərtdir ki, bu istiqamətdə də önəmli addımlar atılır”.
Məltəm Talıbzadə
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri