Previous Next
Bağla

Onlayn tədrislə bağlı sosial şəbəkə açıldı

19-11-2018 12:14
Onlayn tədrislə bağlı sosial şəbəkə açıldı

Azərbaycanda onlayn tədrislə bağlı sosial şəbəkə yaradılıb. “ONMA” adlanan bu şəbəkə “ONMA Line Consulting” şirkəti tərəfindən təsis edilib. Startap layihənin müəllifləri bu sektorda kifayət qədər tanınan Qurbanəli Ömər və Orxan Qasımovdur.

Xeberler.az  bildirir ki, Qurbanəli Ömərin sözlərinə görə, ONMA.IO - əsas profili onlayn təlim- tədris olan, reklama görə öz kriptovalyutası (ONMA token) ilə referal bonuslar verən və sırf biznes üçün nəzərdə tutulan sosial şəbəkədir.

“Başqa cür desək, ONMA onlayn tədrislə məşğul olub, gəlir əldə etmək istəyən şəxsləri netvork konsultantlar (reklamçılar) vasitəsilə tələbə, yatırımçı və müştərilərlə əlaqələndirən sistemdir.  ONMA sosial şəbəkə layihəsi şirkətin özək və həmçinin, ilk rəsmi onlayn platformasıdır. Bu sistemin üzərində onlayn təlim- tədris başda olmaqla, 10 bir-birinə bağlı platforma fəaliyyət göstərəcəkdir.

Bu onlayn təlim- tədris şəbəkəsi əsasən öyrənmək, öyrənə- öyrənə öyrətmək və buradakı fəaliyyətindən pul qazanmaq istəyən ziyalı auditoriya üçün nəzərdə tutulub. Platformanın yaradılmasında əsas məqsəd təlim- tədris işçilərinin, konsultantların, psixoloqların, jurnalistlərin, reklamçıların, dizaynerlərin, şəbəkə marketinqi ilə məşğul olan şəxslərin, yatırımçıların, traderlərin və bir sözlə onlayn çalışa biləcək bütün ixtisaslı kadrların şəbəkələşməsini təmin etməkdir. Sistemin hazırda 4 əsas üstünlüyü var : onlayn təlim- tədris şəbəkəsi, referal (tövsiyə) marketinq, ödənişsiz reklam və kriptovalyuta.

Q. Ömər açıqlamasında onu da bildirib ki,  saytda öz bilik və bacarıqlarını başqalarına öyrətmək istəyən müəllimlər çox asanlıqla (evdən ayrılmadan) böyük bir auditoriyaya sahib tələbələrə, tələbələr isə çox savadlı və təcrübəli müəllimlərə (bütün profillərin divarı dəyərləndirmə, eyni zamanda rəy üçün açıq olacaq və buna görə reytinq cədvəli formalaşacaq) çıxış imkanı əldə edəcək, həm də bu dərsləri daha ucuzdan almış olacaqlar:

“Başqa cür yanaşsaq, bu şəbəkədə olan hər kəs ödənişli və ödənişsiz paylaşımlar edərək, bir növ öz bilik və təcrübələrini "barter" etmiş olacaq. Tələbələr istədikləri müəllimi tapıb, onun vebinarlarına, intelektual oyunlarına, debat, mühazirə və fərdi onlayn kurslarına qatıla, konsultasiyalarında iştirak edə və istədiklərini çox rahat bir şəkildə (evdən, ofisdən ayrılmadan) və ən yüksək səviyyədə öyrənə biləcəklər. Onların buradakı canlı yayımları öncədən ödəniş edib, vebinarlarda iştirak etmək, videodərsləri, elektron və audio kitabları, testləri, məqalələri, xəbərləri, foto materialları və s. almaq imkanları olacaq. Müəllimlər, təlimçilər, imtahangötürənlər, imtahanverənlər, xaricdə təhsil almaq istəyənlər və ya bu işlə fərdi qaydada məşğul olanlar, konsultantlar, mütəxəssislər və başqaları isə sistemin verdiyi imkanlardan istifadə edərək, çox rahatlıqla həm öz auditoriyalarına, həm də sistemin digər üzvlərinə xidmət göstərə biləcəklər.

Sistemdə daha çox alıcı olduğundan xidmət və məhsulların qiymətinin aşağı olması həm satıcıya (müəllim, konsultant və s.), həm də alıcıya (öyrənən şəxsə) sərfəli olacaq. Satıcı tərəfə satdığı məhsul və ya xidmətə görə ümumi məbləğin 70%- i ödənilir. Geri qalan 15% reklamçıların, 15% isə şirkətin balansına xidmət haqqı olaraq köçürülür. Bir daha qeyd edək ki, buradan tələbələr, iş adamları, hüquqşunaslar, yazarlar, incəsənətçilər, tərcüməçilər, menecerlər, iş axtaran
mütəxəsislər, ideya müəllifləri, kriptovalyutalar ilə maraqlanan insanlar və digərləri çox rahatlıqla faydalana biləcəklər.

Hazırda, saytda ödəmə və balansdan çıxarış Portmanat və SWIFT yolu ilə mümkündür. Ancaq tədricən sistemdə Millicard,  Paypal, e- Payments, Bank Paysera, Advanced Cash,  WebMoney, Perfect Money, Payeer və Payoneer kimi ödəmə üsullarının, həmçinin, Bitcoin, Ethereum, Waves kimi kriptovalyutaların qəbulu da planlaşdırılır.

Bu sosial şəbəkəyə  zaman- zaman  bir- birindən maraqlı yeni- yeni funksiya və platformalar əlavələr ediləcək. Bir daha qeyd edək ki, şirkətin bütün gələcək platformaları məhz bu sistemin üzərində qurulub, inkişaf edəcək. Sayt sıfırdan kodlaşdırılaraq yığıldığından, rahatlıqla yeniliklər və dəyişikliklər etmək imkanları olacaq. 

Şirkət təkliflərə hər zaman açıq olacaq və dəyərləndirib, qəbul edilən bütün təklif, layihə və xidmətlərə görə də mükafatlandırmalar edəcək” Qeyd edək ki, sayt Azərbaycan, rus və ingilis dillərində fəaliyyət göstərir. Qeydiyyat üçün: https://onma.io/?ref=onma

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

RYTN-in Təlim-Tədris Mərkəzi beynəlxalq sertifikat verəcək

17-01-2017

Hər kəs bilik və təcrübələrini paylaşa biləcək

06-03-2015

Onlayn laboratoriyanın təqdimatı olub

23-02-2012

Tezliklə Onlayn könüllü sistemi yaradılacaq

16-07-2019

“Kaspersky zərərli hədəf hücumlarına qarşı əks-mühəndislik tədbirləri üzrə onlayn kurs təqdim edir…”

19-04-2021

Qarabağ Universitetində “Cisco” Şəbəkə Akademiyası yaradılır

11-09-2024

Onlayn təhsil sistemində yeniliklər edilib

26-01-2018

Onlayn problemləriniz “Offline”-da müzakirə olunacaq

27-11-2015

İKT üzrə yeni Təlim Mərkəzi fəaliyyətə başlayıb

12-04-2018

SAP proqram həllərinin Bakı Ali Neft Məktəbində tədrisi başlayır

12-01-2016

Nazirliyin elektron kitabxanası işə salınacaq

19-08-2015

“İKT LAB” kibertəhlükəsizlik üzrə ödənişsiz təlimlərə start verir

03-11-2020

Azərbaycanda müəllimlər onlayn təlim alacaq

30-08-2017

“Bakcell”dən onlayn iş və təhsil üçün internet paketi

25-02-2021

Onlayn laboratoriya təqdim olunacaq

21-02-2012

Azərbaycanda müəllimlər üçün innovativ təlim texnologiyası

03-10-2017

Azərbaycanda IT Akademiyası yaradılacaq

15-08-2019

Bu universitetdə də tələbə imtahan cavabını onlayn öyrənəcək

17-01-2018

Hesab.az “ASAN Akademiya 2019” layihəsinə dəstəyə görə təltif olunub!

02-07-2019

Azercell tələbələrə aylıq təqaüd verəcək

19-09-2018

“Bakı Metropoliten”QSC-nin saytı yenilənib

02-06-2015

Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin keçirəcəyi təlimlərə qeydiyyat başlanıb

18-08-2022

Azərbaycan tələbələrinin sosial şəbəkəsi yaradılıb

06-09-2012

UNEC-in müəllim və tələbələri danışıq startapı yaradıblar

30-06-2020





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə