Prezident “Twitter” haqda nə dedi?

21-09-2010 / 11:46

Türkiyə prezidenti ABŞ-da media qarşısında çıxış edib

Xeberler.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Türkiyə prezidenti Abdulla Gül gününün müəyyən hissəsini sosial şəbəkələrdə keçirir. Bu barədə dövlət başçısı özü məlumat verib. ABŞ-a səfəri çərçivəsində türk evində jurnalistlərin suallarını cavablandıran prezident sosial şəbəkələr haqda belə deyib: “Twitter-də mənə yazılanların hamısını müntəzəm oxumağa imkan olmasa da köməkçilərim bu işdə mənə yardım edirlər. Amma sosial şəbəkədəki cavabların hamısını özüm yazıram.”

Xatırladaq ki, Abdulla Gül bir neçə ay bundan əvvəl oğlunun xaricdə təhsil alması ilə bağlı ailə söhbətlərini də “Twitter”-dəki statusuna yazmaqla medianın diqqətini çəkmişdi.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə