“Provayder və telefon qovşağı istifadəçiyə yüksək sürətli internet verməyə borcludur. Provayderin borcudur ki, verdiyi internetin sürətinə nəzarət etsin, istənilən hava şəraitinə dayanıqlığını yoxlasın”.
Xəbərlər-in verdiyi məlumata görə, bu sözləri Multimedia İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz hava şəraitindən asılı olaraq zəifləyən internetin sürəti ilə bağlı deyib.
Osman Gündüzün fikrincə, havanın təsirindən internetin zəifləməsi və ya kəsilməsi provayderlərin işinin göstəricisidir: “Telefon xətti və ya birbaşa kabel vasitəsilə çəkilən internetin küləkli və yağmurlu havada kəsilməsi provayderdən asılıdır. Küləyin, yağışın xətlərə təsirindən sürət azalır. Provayder və ya telefon qovşağı internet çəkilişi zamanı xətlərin dayanıqlığını yoxlamalıdır. Hətta bəzi internet kabelləri kanalizasiyadan keçir, belə olan zaman xətlərə su yığılır, nasazlıq yaranır. İstənilən təsir isə internetin sürətini azaldır. Burada əsas problem provayderdə, sizə interneti verən telefon qovşağındadır”.
Osman Gündüz qeyd edir ki, kabelsiz internet ötürücülərində isə havanın təsirindən yaranan problem gözləniləndir: “Küləkli havada kabelsiz ötürücülərlə internetə girən zaman sürətin zəifləməsi müşahidə edilir. Bu, əslində gözləniləndir. Çünki data-kartlar interneti hava vasitəsilə ötürür. Pis, küləkli və yağmurlu hava şəraiti kabelsiz, hava internetinin sürətinə mütləq təsir edir. Haradasa bunu normal da hesab etmək olar. Ancaq bu təsirlər o qədər də ciddi olmamalıdır. Əgər internetin sürəti çox zəifləyir, ümumiyyətlə, internetə qoşulmaq mümkünsüzləşirsə, bu, artıq küləyin təsirindən deyil. Problem provayderdədir ki, hər şeyi nəzərə almayıb. Mobil provayderlər təqdim etdiyi data-kartlara nəzarət etməyə borcludur”.
Azərbaycan İnternet Forumunun prezidentinin fikrincə, provayderlər verdiyi internetin sürətinə nəzarət etməlidir: “Provayderlər və telefon qovşağı istifadəçiyə yüksək sürətli internet verməyə borcludur. Ümumiyyətlə, provayder hər bir şəraiti nəzərə almalı, yüksək göstəricilərə cavab vermək üçün monitorinq keçirməli, xətləri test etməli, antenalar, ötürücülər, həmçinin şirkətin ofisindəki internet ötürücü avadanlıqları yoxlamalı, yüksək vəziyyətə gətirməlidir. İstifadəçi internet çəkdirən zaman müəyyən sürət seçir və buna əsasən müqavilə hesablayır. Əgər istifadəçidən asılı olmayan səbəblərdən müqavilədə qeyd edilən və hər ay abunə haqqı ödənilən internet sürəti zəifləyir və ya kəsilirsə, istifadəçi buna görə provayderi məhkəməyə verə bilər. Həmçinin Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə, Sənaye və İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə müraciət etmək olar”.
Xeberler.az
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri