Previous Next
Bağla

2015-in ən son texnoloji yenilikləri

19-12-2015 11:55
2015-in ən son texnoloji yenilikləri

Dünən AMEA İnformasiya Texnologiyaları İnstitutunun elmi seminarı keçirilib.

AMEA İnformasiya Texnologiyaları İnstitutundan Xeberler.az-a verilən məlumata görə, seminar zamanı təqdim edilən məruzələrdən biri də məhz ən son texnoloji yeniliklərə həsr olunub.

Tədbirdə şöbə müdiri Şakir Mehdiyev İKT sahəsində baş verən yeniliklərlə bağlı məruzəni təqdim edib. O, dünyada ilk dəfə olaraq Kolumbiya Universitetinin Mühəndislik məktəbinin (Nyu-York) alimləri tərəfindən yaradılmış bioloji orqanizmlərə oxşar, canlı hüceyrələrdən qidalanan inteqral sxemlər barədə məlumat verib. 

Şakir Mehdiyev qeyd edib ki, Western Digital şirkəti dünyada ilk dəfə HelioSeal texnologiyasından istifadə etməklə hazırlanmış və informasiya həcmi 10 terabayt olan sərt diski satışa çıxarıb. Onun sözlərinə görə, belə disklər enerjiyə 23 faiz qənaət etməyə kömək edir. Onların yaddaşının 2020-ci ilədək 50 terabayta çatdırılması nəzərdə tutulur.

Şöbə müdiri son dövrlər İKT mütəxəssislərinin diqqət mərkəzində olan Li-Fi simsiz rabitə şəbəkəsi barədə məlumat verib. Velmenni şirkətinin bir neçə ofisində bu şəbəkənin sınaqdan keçirildiyini söyləyib. Qeyd edib ki, şirkət yeni texnologiya ilə 1 Gbit/san sürət əldə etməyə müvəffəq olub. Bu da orta statistik Wi-Fi şəbəkəsi ilə müqayisədə 100 dəfə çox sürət deməkdir.

Bu şəbəkədə məlumatların nanosaniyələr içində LED işıqlar vasitəsilə ötürüldüyünü diqqətə çatdıran Şakir Mehdiyev texnologiyanın yaxın 3-4 il ərzində istifadəyə verilməsinin nəzərdə tutulduğunu qeyd edib.

Şöbə müdiri Neverware şirkəti tərəfindən orta məktəblərdə istifadə müddəti başa çatmış kompüter və noutbuklardan yararlanmaq məqsədilə yaradılmış “Chromium”a əsaslanan bulud əməliyyat sistemi – CloudReady barədə danışıb. O, bildirib ki, bu əməliyyat sistemi 8 ildən daha çox istifadə olunmuş istənilən fərdi kompüteri yeni kompüterə çevirmək imkanına malikdir.

Bu yaxınlarda Yaponiyanın paytaxtı Tokio şəhərində keçirilən “Eco-Products 2015” adlı beynəlxalq sərgidən söz açan Şakir Mehdiyev burada dünyanın aparıcı şirkətlərindən olan “Epson” tərəfindən kağızları təkrar emal edən “PaperLab” adlı ilk yığcam qurğunun təqdim olunduğunu vurğulayıb. Qeyd edib ki, bu qurğu 8 saata A4 formatında 6720 vərəq emal edir.

Şöbə müdiri, həmçinin yapon şirkəti Panasonic Corporation tərəfindən hazırlanmış Megahonyaku adlı meqafonun imkanlarından bəhs edib. Real vaxt rejimində müxtəlif dillərdə danışan şəxslərin nitqini tərcümə etmək imkanına malik meqafonun əsasən hava limanı və vağzalda çalışan işçilər üçün nəzərdə tutulduğunu söyləyib. Onun sözlərinə görə, meqafon 3 dildə səsləndirilmiş ifadəni tərcümə edə və bu tərcüməni ardıcıllıqla ucadan səsləndirə bilir. Bundan başqa, “Megahonyaku” fövqəladə hallar baş verərsə, vacib məlumatları ötürmək imkanına malikdir.

Sevinc Çəltikova

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Qabaqcıl texnoloji yeniliklər təqdim olunub

Qabaqcıl texnoloji yeniliklər təqdim olunub

01-10-2015
Kompüter xidmətlərinin keyfiyyəti artırılır

Kompüter xidmətlərinin keyfiyyəti artırılır

15-02-2016
Texniki xidmətlərin imkanları müzakirə edilib

Texniki xidmətlərin imkanları müzakirə edilib

18-07-2017
Dron uçuşunun təhlükəsizliyi necə təmin edilir?

Dron uçuşunun təhlükəsizliyi necə təmin edilir?

27-10-2016
Korporativ mühitdə kompüter xidmətlərinin keyfiyyəti yüksəldilir

Korporativ mühitdə kompüter xidmətlərinin keyfiyyəti yüksəldilir

05-12-2016
Korporativ kompüter xidmətlərinin keyfiyyəti yüksəldilir

Korporativ kompüter xidmətlərinin keyfiyyəti yüksəldilir

03-02-2017
Genişzolaqlı internetin inkişaf perspektivləri müzakirə olunub

Genişzolaqlı internetin inkişaf perspektivləri müzakirə olunub

30-10-2015
Google Translate-in süni intellekti öz dilini yaradıb

Google Translate-in süni intellekti öz dilini yaradıb

08-12-2016
Ətraf mühitin monitorinqində “ağıllı” sistemlərin işlənilməsi araşdırılır

Ətraf mühitin monitorinqində “ağıllı” sistemlərin işlənilməsi araşdırılır

19-11-2024
Li-Fi  Wi-Fi-dan  100 dəfə sürətlidir

Li-Fi Wi-Fi-dan 100 dəfə sürətlidir

25-02-2016
Müasir İKT yeniliklər müzakirə edilib

Müasir İKT yeniliklər müzakirə edilib

02-05-2018
Aeroportda meqafon nitqi müxtəlif dillərə tərcümə edəcək

Aeroportda meqafon nitqi müxtəlif dillərə tərcümə edəcək

19-11-2015
İnstitutun baş mühəndisi beynəlxalq tədbirdə iştirak edib

İnstitutun baş mühəndisi beynəlxalq tədbirdə iştirak edib

13-07-2022
Mobil şəbəkə texnologiyalarının tətbiqi müzakirə olunub

Mobil şəbəkə texnologiyalarının tətbiqi müzakirə olunub

04-06-2016
Yeni  İKT texnologiyalar-Video

Yeni İKT texnologiyalar-Video

05-07-2017
Ədəbiyyat İnstitutunun saytı yenilənib

Ədəbiyyat İnstitutunun saytı yenilənib

18-05-2017
Yaşıl İT sahəsində problemlər araşdırılır

Yaşıl İT sahəsində problemlər araşdırılır

02-05-2018
Botanika İnstitutunun veb-saytı yeniləndi

Botanika İnstitutunun veb-saytı yeniləndi

08-06-2017
Dəniz Akademiyasının veb-saytı yeniləndi

Dəniz Akademiyasının veb-saytı yeniləndi

02-04-2018
Multimedia Qalereyasının maddi-texniki bazası gücləndirilir

Multimedia Qalereyasının maddi-texniki bazası gücləndirilir

25-02-2016
AzScienceNet -in 95 faizi fiber-optik kabel əsasında qurulub

AzScienceNet -in 95 faizi fiber-optik kabel əsasında qurulub

09-07-2015
Ağıllı maus hazırlanıb

Ağıllı maus hazırlanıb

08-07-2019
Qarabağda “Zəfər”, ŞAKİR və “Şuşa” mobil stansiyaları qurulub

Qarabağda “Zəfər”, ŞAKİR və “Şuşa” mobil stansiyaları qurulub

08-12-2020
 Yeni qulaqlıq dil baryerini aradan qaldıracaq

Yeni qulaqlıq dil baryerini aradan qaldıracaq

24-04-2017





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə