“Azərkosmos” ikinci dəfədir ki, “Qadınlar üçün kosmos” adlı üçaylıq mentorluq proqramını elan edir.
Xeberler.az Azərbaycan Kosmik Agentliyinə (“Azərkosmos”) istinadən məlumat verir ki, proqramın məqsədi Azərbaycanda qadınların kosmos sahəsindəki potensialını aşkar etmək, onlara təhsil və karyera yolunda fərdi mentorluq dəstəyi göstərmək, həmçinin onların bu sahədə qlobal əməkdaşlıqda iştirakını dəstəkləməkdir.
Dünyada kosmik sahədə çalışan qadınların sayı hər il artır. Hazırda qadınların kosmik sənayedəki payı 20 faiz təşkil edir, lakin bu, təkcə başlanğıcdır. Qadınların kosmik sektorda daha geniş təmsil olunmasını təşviq etmək üçün bir çox təşkilat və şirkətlər müxtəlif təşəbbüslər və proqramlar həyata keçirir. NASA, ESA (Avropa Kosmik Agentliyi), SpaceX və digər böyük kosmik təşkilatlarda qadınlar mühəndislik, tədqiqat, rəhbərlik və digər vacib mövqelərdə fəaliyyət göstərirlər.
“Azərkosmos” tərəfindən keçiriləcək üçaylıq Mentorluq proqramı aprel-iyun aylarını əhatə edəcək və iştirakçılara beynəlxalq kosmik sahənin tanınmış mütəxəssisləri ilə bilik mübadiləsi aparmaq imkanı təqdim edəcək. Proqrama 18-35 yaş arası qadınlar qoşula bilər. Müraciətlər martın 11-dək qəbul olunur.
Qeyd edək ki, proqramın elan olunması BMT-nin Kosmos Məsələləri üzrə İdarəsi (UNOOSA) tərəfindən “Qadınlar və qızlar elmdə” Beynəlxalq Gününün 10-cu ildönümü münasibətilə keçirilən tədbirə təsadüf edir.
Proqrama müraciət edənlər arasında keçiriləcək ilkin seçimlər nəticəsində 10 iştirakçı tanınmış beynəlxalq mentorlarla birbaşa əlaqə quracaq və aylıq görüşlərdə iştirak edəcəklər. Həmçinin bu mentorluq sessiyaları kosmik sənayenin müxtəlif sahələrindən olan ekspertlərin aylıq seminarları ilə zənginləşdiriləcək.
Xatırladaq ki, ötən il keçirilən proqram böyük maraq doğurub. 150-dən çox müraciət daxil olub və onlardan beş nəfəri “Qadınlar üçün kosmos” mentorluq proqramına seçilib. Bu proqram azərbaycanlı qadınların kosmos və texnologiya sahələrinə marağını artırmaq üçün vacib bir platformadır.
Müraciət üçün: https://forms.gle/GpWxqyPy6CMoJA1v9
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri