Qarışqalar İphone-nun ətrafına niyə toplanır?

04-09-2015 / 15:27

Youtube-da paylaşılan video insanların marağına səbəb olub.

Xeberler.az Engadget saytına istinadən məlumat verir ki, həmin videoda göstərilir ki, qarışqalar qəbul edilən zəngin elektromaqnit dalğasından təsirlənərək İphone smartfonunun ətrafında dairəvi hərəkət edirlər.

Yeni İngiltərə Universitetinin professoru Nigel Andrew isə  hadisəni qarışqaların antenalarında maqnetik reseptorlarla əlaqələndirir.

Tədqiqatçı Simon Robson bildirir ki, qarışqalar heç bir kiçik cihaz olmasa belə, dairəvi şəkildə hərəkət etməyə meyillidir.  Onun sözlərinə görə, qarşqaların bu münasibəti  feromon itkisi nəticəsində də ola bilər.

 

Ağasəf Haqverdiyev


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə