“QuestNet Ltd.” şirkəti adını dəyişdi

05-08-2010 / 09:52

Dünyada “QuestNet Ltd.” kimi məşhur olan piramida şəbəkəsi adını dəyişir.

 “QuestNet Ltd.” adı rəsmən dəyişdirilərək “QNet Ltd.” adı ilə əvəzlənib. Bu il iyul ayının 1-dən “QNet Ltd.” adı ilə fəaliyyətini davam etdirən şirkət Azərbaycandakı ofislərinə də bu barədə məlumat verib.


Ötən ilin fevralından DİN-in Baş Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə İdarəsi tərəfindən şirkətin Bakıdakı nümayəndələri və “liderlər” adlandırılan bir qrup əməkdaşı həbs edilərək istintaqa cəlb olunmuşdu. Bu günə qədər həbs olunanların məhkəməsi davam edir. Şirkətin əməkdaşları minlərlə şəxsin pulunu mənimsəyərək dələduzluq etməkdə günahlandırılır. Vətəndaşların aldadılaraq mənimsənilən pulun məbləği milyonlarla ölçülür.


2000-ci ildən indiyədək “QuestNet Ltd” şirkətinin fəaliyyəti müxtəlif ölkələrdə qadağan olunub. Şirkətin rəhbərlərindən sayılan Vijay Esvaran, Dato Kuna, Patman və başqaları barəsində “İnterpol” vasitəsilə axtarış elan edilib.


3 il əvvəl İranda bu növ məşğuliyyət haram sayılaraq fəaliyyəti qadağan edilən şirkətin “liderləri” şəbəkəni oradan Azərbaycana keçiriblər. Hazırda Azərbaycanda Şəbəkənin başında duran şəxslər də İran vətəndaşlarıdır.


Hazırda bu şirkət ən böyük piramida şəbəkəsi hesab olunur. Şirkətin rəsmi məlumatına görə dünyanın 200-ə yaxın ölkəsində işini quran bu şəbəkə 1998-ci ildən fəaliyyət göstərir. İlk dövrlərdə “QoldQuest”, “QoldNet” adı ilə fəaliyyət göstərən bu şəbəkə son illərdə “QuestNet Ltd.” adı ilə tanınıb.

mənbə LENT.AZ


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə