“Real FM” test yayımına başlayıb

28-03-2022 / 19:31

“Real FM” radiosu test yayımına başlayıb.

Xeberler.az bildirir ki, bu barədə  radionun direktoru Kəmalə Onur bildirib.

Onun sözlərinə görə, ilk test yayımı bu gündən başlayıb: “Artıq test yayımında ilk xəbər buraxılışı da efirə getdi. Dinləyicilər bu gündən 107 FM vasitəsilə radionu dinləyə bilər. Bir müddət fəaliyyətimizi test yayımı ilə davam etdirəcəyik”.

Qeyd edək ki, Audiovizual Şuranın ümumrespublika radio kanalının (Bakı şəhəri və Abşeron yarımadası ərazisində 107,0 MHz tezliyi) açılması üçün 17 yanvar 2022-ci il tarixdən 17 fevral 2022-ci il tarixədək elan olunmuş müsabiqəsinin nəticəsinə görə, “Real Təhlil İnformasiya Mərkəzi” MMC (radio kanalın adı: Real FM) qalib olub.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə