Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin tərəfdaşlığı ilə “İKT-də Qadınlar” layihəsi çərçivəsində təşkil olunan “Rəqəmsal Sahibkarlıq” müsabiqəsi elan edilir.
Xeberler.az məlumat verir ki, müsabiqənin məqsədi qadınların rəqəmsal bacarıqlarını və İKT sahəsində iştirakını təşviq etmək, onların sosial təsir yaradan ideyalarını dəstəkləməkdir.
İştirak şərtləri aşağıdakılardır:
▪ “Rəqəmsal sahibkarlıq” mövzusunda ideya təqdim olunmalıdır.
▪ Layihə cəmiyyətə real tətbiq edilə biləcək, sosial təsirli və unikal olmalıdır.
▪ İştirakçılar mayın 30-na qədər qeydiyyat formasına PPT təqdimatı, layihənin qısa təsviri və bir dəqiqəlik videoçıxışı əlavə etməlidirlər.
▪ Final günü ideyalar 5 dəqiqəlik çıxışla münsiflər heyətinə təqdim olunacaq.
Qalibləri xüsusi mükafatlar gözləyir!
Qeydiyyat linki: https://forms.gle/i3gSf6Eb3Fb88jFH9
Bu təşəbbüs Qadınlar üçün rəqəmsal imkanların genişləndirilməsi istiqamətində yenilikçi baxışları və sosial təsiri olan layihələri ön plana çıxaracaq.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Satışa çıxarılmış Azərbaycan adları