24 iyul 2025-ci il tarixində “İKT-də qadınlar” layihəsi çərçivəsində “Rəqəmsal Sahibkarlıq” müsabiqəsinin final mərhələsi və mükafatlandırma mərasimi baş tutub. Müsabiqə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin tərəfdaşlığı ilə həyata keçirilib.
Xeberler.az bildirir ki, final mərhələsinə keçən 11 iştirakçının layihə təqdimatı ilə başlayan tədbir daha sonra rəsmilərin çıxış nitqləri ilə davam edib.
Mərasimdə çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova qadınların innovasiya və rəqəmsal iqtisadiyyata çıxış imkanlarının daha geniş və sistemli şəkildə dəstəklənməli olduğunu, bu hədəflərə xidmət üçün Dövlət Komitəsi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, eləcə də İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi ilə birgə müsabiqə həyata keçirildiyini vurğulayıb.
Tədbirin davamında rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov çıxış edərək sözügedən sahənin qadınlar üçün əlçatanlığının təmin edilməsi məqsədilə həyata keçirilən işlərdən bəhs edib:” İKT sahəsi və rəqəmsallaşma bu gün texnoloji tərəqqinin əsas istiqamətlərindən biri olmaqla yanaşı, dövlət siyasətində prioritet mövqe tutur. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi olaraq bu sahənin bütün vətəndaşlar, o cümlədən qadınlar üçün əlçatan olmasını təmin etmək məqsədilə ardıcıl və məqsədyönlü tədbirlər həyata keçiririk. Qeyd edək ki, son illərdə İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin İKT sahəsi üzrə həyata keçirdiyi təqaüd proqramları və layihələrdən 4 mindən çox qadın yararlanıb.”
Tədbirin davamında münsiflər heyəti tərəfindən qiymətləndirmə nəticəsində müəyyənləşdirilən 3 qalib elan olunaraq diplom və mükafatlarla təltif olunublar.
Müsabiqədə üçüncü yeri "Carelink" layihəsi ilə Ləman Xəlilzadə, ikinci yeri AgroFemTech layihəsi ilə Sürayə Əliyeva, birinci yeri isə "Süni intellektin qadın dəstək xəttinə inteqrasiyası" layihəsi ilə Kəmalə Aşumova tutub.
Münsiflər heyəti tərəfindən layihələrin qiymətləndirilməsi innovativlik, tətbiqolunma imkanları, sosial təsir, texniki əsasləndırma və təqdimat bacarığı kimi meyarlara əsasən həyata keçirilib.
Qeyd edək ki, sözügedən müsabiqənin məqsədi qadınların rəqəmsal bacarıqlarını və İKT sahəsində iştirakını təşviq etmək, onların sosial təsir yaradan ideyalarını dəstəkləməkdir.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Satışa çıxarılmış Azərbaycan adları