Rəqəmsal Ticarət Qovşağı Moskvada keçirilən konfransda təqdim olunub

10-10-2019 / 19:48

Xeberler.az bildirir ki, 8-9 oktyabr 2019-cu il tarixlərində 5G əhatə dairəsi və rəqəmsal iqtisadiyyatın sürətləndirilməsi üçün ən son texnologiyalar şüarı altında Moskva şəhərində keçirilən GSMA MOBILE 360 EURASIA hökumət və tənzimləyici orqanların, beynəlxalq mobil rabitə və İKT sahələrinin liderlərini, rəqəmsal transformasiyanın təsiri altında qalan iqtisadi sektorların digər nümayəndələrini bir araya gətirdi. Konfransın əsas məqsədi 600-dən çox insanın (bunların 52% -i rəhbər vəzifələrdə çalışır) iştirakı ilə Avrasiyada rəqəmsal iqtisadiyyatın vəziyyəti ilə bağlı müzakirələrin aparılmasından ibarət olmuşdur.

Bu il GSMA Mobile 360 Eurasia 2019, rəqəmsal iqtisadiyyatın sürətlənməsini stimulaşdıran mobil texnologiyanın imkanlarını nümayiş etdirərək, regionda 5G-nin buraxılışı istiqamətində irəliləyişləri qeyd etdi.

Tanınmış məruzəçilər yeni xidmətlərə və yeni texnologiyalara strateji əhəmiyyətli investisiya qoyuluşlarını vurğuladılar. Maraqlı tərəflər, regionun böyümə ambisiyalarını reallaşdırmaq üçün İKT sahəsinin bu yeni imkanları necə uğurla kapitala çevirəcəyini və çətinliklərin öhdəsindən gələ biləcəyini müzakirə etdilər.

GSMA Mobile 360 - Eurasia, qlobal rəqəmsal iqtisadiyyatın davamlı artımının təməli olan innovasiya və texnologiyaların təsirini müzakirə etmək üçün dünyanın hər yerindən dövlət və özəl sektorun liderlərini də qəbul etdi. Tədbir biznesin inkişafı, müştəri bazasının genişləndirilməsi, fikir mübadiləsi və sair üçün bir sıra imkanlar təqdim etdi.

Tədbirdə fəxri məruzəçi olaraq, konfransın ilk günü, 8 oktyabr tarixində, “Asan İmza”nın operatoru, Rəqəmsal Ticarət Qovşağı (RTQ) layihəsinin partnyoru, həmçinin Azərbaycanda Mobile-ID layihəsi üzrə konsorsiumun rəhbəri olan B.EST Solutions şirkətinin direktoru və təsisçisi, xanım Jana Krimpe öz təcrübəsi ilə bölüşərək Azərbaycanda Rəqəmsal Ticarət Qovşağı layihəsinin təqdimatını etdi. O, həmçinin Ernst  Young şirkətinin partnyoru, texnologiya, media və telekommunikasiya bölməsinin rəhbəri Anton Ustimenkonun rəhbərlik etdiyi Rəqəmsal iqtisadiyyatda kibertəhlükəsizlik və identitet adlı sessiyada Rəqəmsal Azərbaycanın tərəqqisinə dair təqdimatı ilə auditoriyanın marağına səbəb oldu.

Xanım Krimpe bu layihənin nəinki regional, həm də qlobal səviyyədə əhəmiyyətini vurğulayaraq iştirakçıları 9 oktyabr 2019-cu il tarixində Bakıda keçiriləcək 3-cü beynəlxalq Rəqəmsal Ticarət Qovşağı Forumu haqqında məlumatlandırdı. Həmin Forumda Rəqəmsal Ticarət Qovşağı Portalının istifadəsilə bağlı göstəriləcək təqdimatda ötən istismar ilinin nəticələri və inkişafı barədə hesabat veriləcəkdir.

Sessiyanın məruzəçiləri və ona rəhbərlik edənlər – Aleks Sinkler, GSMA-nın texniki direktoru; Viktor Dostov, Rusiya Elektron Pul və Pul köçürmələri Assosiasiyasının prezidenti; Ekaterina Safonova, partnyorluq və təlim üzrə direktor, texniki müşavir, Cybertonica, Consulting Advisory şirkətinin təsisçisi və Havyer Qarsiya Homes Avropa və Latın Amerikası üzrə Ericsson şirkətinin texniki direktoru rəqəmsal iqtisadiyyatın ölkələrin ekoloji sisteminə təsirinin perspektivləri barədə müzakirələrdə fəal iştirak edərək Azərbaycanın Rəqəmsal Ticarət Qovşağının Avrasiya qitəsində və əsasən MDB məkanında aparıcı bir layihə kimi müzakirə olunmasının tərəfdarı oldular.


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.