Previous Next
Bağla

Rusiya qlobal internetdən ayrılmaq istəyir

12-04-2019 10:30
Rusiya qlobal internetdən ayrılmaq istəyir

Rusiya parlamenti “Müstəqil internet haqqında” qanunu nəzərdən keçirəcək. Lakin Rusiya internetinin asan idarə oluna biləcəyi məsələsi açıq qalır. Bu barədə alman nəşri “Süddeutsche Zeitung” yazır.

“İnquşetyanın Maqas şəhərində parlamentinin qarşısında minlərlə insan toplaşaraq Çeçenistanla yeni sərhədə qarşı çıxıblar. Etirazçılar çadır tikdilər və meydanda cümə namazı qıldıqları zaman təhlükəsizlik qüvvələri də onlarla birlikdə dua etdilər. Moskvada bu kadırları izlənilməsini istəməyib və buna görə də çəkilişlər sosial şəbəkələrdə yayılmayıb. İnquşetiya əhalisi də həmin vaxt o foto və videoları intrnetə yükləyə bilmədi. Provayderlər bölgədə iki həftə 3G və 4G xidmətlərini bağladılar, çünki bunu Rusiya hakimiyyətinin senzurası istəmişdi”, – deyə jurnalist Silka Bigalkka qeyd edib.

 “Bunu bir test baxışı kimi istifadə etdilər. Kremlin ehtimal ki, bütün şəbəkəyə qoşulmağı və açılmağı yoxlamış oldu. Eyni zamanda bu, “Suveren internet haqqında” qanun qəbil edilməsi istiqamətdə bir addım hesab edilə bilər “, – deyə jurnalist bildirib.

Rusiyanın hüdudlarında rəqəmsal divar qurmaq həqiqətən mümkündürmü? Ekspertlər bu ehtimala şübhə ilə yanaşdıqlarını bildirirlər.

“RosKomSvoboda” internet azadlığını müdafiə edən qrupun fəallarından olan Aleksandr Isavnin bildirib ki, hakimiyyət telefon və televiziyada olduğu kimi internetin də onların nəzarətində olmasını istəyir. Onun sözlərinə görə səlahiyyətlilər, başa düşmürlər: “Qanunun müəllifləri internetə nəzarət etmək istəyirlər. Onlar bununla ölkəyə böyük zərər verə bilərlər. Lakin onlar anlamalıdırlar ki, bütün şəbəkəni blok edə bilməzlər”, – deyə İsavnin bildirib.

“Burada yalnız senzuraya deyil, həm də infrastruktur nəzərə alınmalıdır”, – deyə nəşrdə qeyd olunur. “Bu qanunun köməyi ilə Kremlin ölkə daxilində hansı məlumatların yayılmasına qərar verməkdə daha çox iştirak etmək istəyir. Ola bilsin ki, bütün ölkələrin internetə çıxışını əngəlləyə bilməyəcək, amma bəzi bölgələrdə, məsələn, İnquşetiyada bu mümkündür. (…) “The Red Web” kitabının müəllifi Andrey Soldatov yazır ki, Kremlin internet vasitəsi ilə insanların küçələrə çıxması etimalını dəyərləndirir və lazımı anda buna mane törətmək istəyir.

“2012-ci ildən etibarən qəbuledilməz saytların qara siyahısı hazırlanıb. Əvvəl bu siyahıda gənclər üçün təhlükəli olan saytlar var idi. Sonra buraya ekstremistlərin tərəfdarları və qeyri-qanuni etirazlara çağırışlar edənlər də əlavə edidi. Ona görə də bu qərar qeyri-müəyyəndir və demək olar ki, əsassız olaraq tətbiq edilə bilər”, – deyə Bigalka qeyd edir.

Jurnalist yazır ki: “Sosial şəbəkələrdə fərqli musiqi paylaşmağa görə, Krımın ilhaqını tənqid edir və ya kilsə təhqir edən insanlar cəzalandırır. Saxta xəbərlər yayan və hakimiyyətə qarşı çıxan saytlar qanun haqqında “qeyri-dəqiq şəkildə yazılmışdır, buna görə kimin harada sərhədi keçəcəyini dəqiq bilmir”, – deyə yazılar dərc ediblər. Gələcəkdə insanlar nəzarət altında olduqlarını daha güclü hiss edəcəklər və internetdə öz fikirlərini ifadə etməyə daha az səy göstərəcəklər”.

“Bu baxımdan Rusiyada internet o yerdir ki, orada müxalifət rahatlıqla idarə olunur. FTX-nin daxili təhlükəsizlik idarəsi “IC3PEAK” müxalifət qrupunun demək olar ki hər bir konsertinin qarşısını almaq üçün cəhdlər edir. Amma bu əks effekt verir, qrupu “Youtube”dan daha çox insan dinləməyə başlayır. Bu qrup etiraz simvolu oldu. Əks möveqli televiziya kanalları internetə köçürüldü, lisenziyasız film nümaişlərini “Youtube”da yaydılar: “Hökumətin əsas məqsədi müxalifətin qarşısını almaqdır, buna nail olmaq üçün daha çox qanun yaradacaq”, – deyə Al Eksaver İsavnin yazır.

“Rəqəmsal iqtisadiyyat yeni qaydalar və qanuni qeyri-müəyyənliklərdən əziyyət çəkir. Ekspertlər, bir çox kiçik internet provayderinin işini dayandıracağından qorxurlar. İnternetdə baş verən hadisələri nəzarət etmək üçün ən yaxşı yolu, bütün operatorları iqtisadi mənada öldürmək və inhisarçılıq yaratmaqdır “, – İsovnin deyir.

İnternet mütəxəssisi Soldatov öz növbəsində yeni qanunun Rusiyanın Yandex və Mail.ru kimi internet nəhənglərini təəccübünə səbəb olacağını bildirib. “Uzun illərdir ki, Rusiyanın İnternet Kremlindən müstəqil olaraq inkişaf etdiyini düşünürdük və ən böyük firmalar öz müstəqilliyindən qürur duydular. Hökumət yeni sistemin xərclərini almaq istəyirsə, indi demək olar ki, heç bir müqavimət yoxdur “,- deyir Süddeutsche Zeitung.

Xeberler.az  məlumat verir ki, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz bizimyol.info-ya bildirib ki, son zamanlar Rusiyada internetlə bağlı mühafizəkar siyasət yürüdülür:

“Qərb ölkələrinin Rusiyaya qarşı təzyiqləri artdıqca rəsmi Moskva məhdudlaşdırıcı qanunverici aktları qəbul edir. Yəni istifadəçilərin internetə girişinin məhdudlaşdırılması, təhqir və böhtan məsələləri istiqamətində inzibati tədbirlər görülür”.

Ekspertin sözlərinə görə, Rusiya əlahiddə infrastruktur qurmaq istəmir: “Sadəcə daxili şəbəkə qura bilərlər. Amma Rusiyanın indiki durumu da böyük investsiyaların xərclənməsinə əsas vermir. Arzu ilə reallıq üst-üstə düşmür. Çünki Rusiya hazırda Avropanın iqtisadi sanksiyaları ilə üz-üzədir”.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Ekspert: Rusiyada internetin bağlanması Azərbaycana da təsir edəcək

13-03-2022

Saxta profillərdən xaricdə istifadə edilməsinin qarşısı necə alınacaq?

02-12-2016

“Sosial şəbəkələrlə bağlı yeni qanuna ehtiyac yoxdur”

23-01-2017

Avropada sərt qanun qəbul edildi: piratçılar internetdən çıxarılacaq!

03-11-2009

Rusiyada "FaceTime" bloklanıb

04-12-2025

ETX: "Qeyri-kritik infrastrukturlarda kibertəhlükəsizlik normaları olmalıdır"

26-10-2023

Rusiyada hərbçilərə telefon qadağası - informasiya sızıntısını necə önləməli?

21-02-2019

Makron uşaqlar üçün sosial media, mobil telefon qadağasını sürətləndirmək istəyir

25-01-2026

Ekspertlər nə düşünür: sosial media lisenziyalaşdırıla bilərmi?

07-08-2015

"Vikipediya" Rusiyada bloklana bilər

27-01-2026

“İnternetə birbaşa nəzarət ola bilməz.İnternet azaddır”

11-06-2009

Ekspert: "Mail.ru", "Vkontakte" və "Odnoklassniki" müflis ola bilər

16-03-2022

Trump sosial media ilə bağlı fərman imzalayıb

29-05-2020

Rusiya pirat proqram təminatlarından istifadə edəcək

05-03-2022

«Sosial şəbəkələrdə yayılan neqativ məlumatlara görə cinayət işi açıla bilər»

04-04-2013

Sem Altman: OpenAI şəxsi məlumatları qorumur

28-07-2025

Putin Skype-a qarşı çıxdı

28-07-2009

Freedom House: Azərbaycanda internet qismən azaddır

25-09-2012

Ekspert: Baş Prokurorluq son zamanlar medianı xüsusi diqqətdə saxlayır

10-08-2022

Osman Gündüz : Bu tip addımların bir qayda olaraq xaricdən atıldığı müşahidə olunur

06-02-2019

WhatsApp-ın zəng funksiyası qismən bərpa olunub

17-11-2015

Rusiya prezidenti aktiv internet istifadəçisidir

14-01-2009

““Diffamasiya haqqında” qanunun qəbul edilməsi əks effekt yarada bilər”

31-05-2016

Rusiyada internetə valideyn nəzarəti sistemi məcburi tətbiq edilə bilər

28-08-2013





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə