Previous Next
Bağla

Samir Məmmədov: İnnovativ cəmiyyətin qurulmasında ən mühüm amil insan kapitalıdır

21-07-2023 16:06
 Samir Məmmədov: İnnovativ cəmiyyətin qurulmasında ən mühüm amil insan kapitalıdır

Bu gün iqtisadiyyat artıq innovativlik səviyyəsindən asılıdır. Ölkələrin gücü bununla ölçülür. Azərbaycan da inkişaf yolunu buna əsaslanaraq müəyyənləşdirib.

Bu sözləri rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov “İstedadlı Gənclər üçün Təqaüd Proqramı” layihəsinin bağlanış mərasimində deyib.

O bildirib ki, Prezident İlham Əliyevin müəyyən etdiyi "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”ə əsasən ölkəmizdə güclü insan kapitalı və müasir innovasiya məkanı formalaşdırmalıyıq: “Ümumiyyətlə, innovativ cəmiyyətin qurulmasında ən mühüm amil insan kapitalıdır. Yəni ixtisaslı insan resurslarımız olmasa, biz bu prosesdə uğur qazana bilməyəcəyik. Bu məqsədlə növbəti əməkdaşlığımızı “ROOF Academic Training”lə qurduq.

Nəticə etibarilə İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi və "ROOF Academic Training" tərəfindən həyata keçirilən təqaüd proqramı yüksək akademik potensialı olan gənclərin dünya üzrə yüksək reytinqli universitetlərə müraciət etmələrinə dəstək olduq. Proqram universitetlərə hazırlıq və müraciət prosesi üçün lazım olan xərcləri əhatə edir”.

S.Məmmədov qeyd edib ki, aztəminatlı ailələrdən olan yüksək potensiallı gənclər üçün nəzərdə tutulan bu təqaüd proqramı 10 istedadlı azərbaycanlı tələbəyə dünyanın nüfuzlu ali təhsil müəssisələri tərəfindən təklif olunan və beynəlxalq səviyyədə tanınan keyfiyyətli təhsil almaqda kömək edib. Bu tələbələr öz təhsillərini "MIT", "Johns Hopkins", "Warwick", "NYU”, "University PSL", “KAIST” kimi dünya reytinqində ən nüfuzlu yerlərdə qərarlaşan universitetlərdə davam etdirəcəklər.

O vurğulayıb ki, proqram üzrə ildən-ilə təqaüdçülərin sayında artım müşahidə olunur: “2021-ci ildə 618 təqaüdçü ilə başlayan proqrama 2023-cü ildə 3500-dən artıq tələbə qəbul edilib, müraciət edən tələbə sayı isə 12 mini ötüb. Qeyd etmək vacibdir ki, regionlar üzrə 732 tələbə bu təqaüddən yararlanıb. Həmçinin 2022-2023-cü illərdə ümumi təqaüdçülərin 43 faizi qadınlardır, qızlar üçün bir neçə xüsusi proqram ilə bölgələrdə fəaliyyət davam etdirilir. Prezident İlham Əliyev də fevral ayında Azərbaycan gəncləri ilə görüşündə bu məqama xüsusi diqqət yetirərək qeyd etdi ki, "Biz insan resurslarımızı hazırlamalıyıq". (Azərtac)

“Ehtimal etmək çətin deyil ki, gələcəyin peşələri birmənalı olaraq texnologiya ilə bağlıdır. Bu məqsədlə layihə çərçivəsində proqramlaşdırma, dizayn və kibertəhlükəsizlik ixtisasları üzrə kadrlar hazırlayırıq. Gənclərin gözləntiləri də bizim məqsədimizlə üst-üstə düşür: layihənin sonunda əmək bazarına onun tələblərinə uyğun çıxmaq və iş tapmaq. Onu da qeyd edim ki, məzunların hazırda 83 faizi işlə təmin olunub”,- deyə Samir Məmmədov diqqətə çatdırıb.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Azercell “Tələbə Təqaüdü Proqramı 2026”nı elan edir

Azercell “Tələbə Təqaüdü Proqramı 2026”nı elan edir

03-02-2026
Yenilənmiş “mygov” rəqəmsal hökumət platformasının təqdimatı keçirilir

Yenilənmiş “mygov” rəqəmsal hökumət platformasının təqdimatı keçirilir

17-09-2024
"İl sonuna qədər 5 min nəfərə Technest təqaüdü verilməsi hədəflənir"

"İl sonuna qədər 5 min nəfərə Technest təqaüdü verilməsi hədəflənir"

11-03-2024
“Technest” Təqaüd Proqramına yeni qeydiyyat başlayıb

“Technest” Təqaüd Proqramına yeni qeydiyyat başlayıb

31-10-2023
Azercell “Tələbə Təqaüdü Proqramı 2024” üçün qeydiyyatı açıq elan edir

Azercell “Tələbə Təqaüdü Proqramı 2024” üçün qeydiyyatı açıq elan edir

02-10-2023
“Azercell” “Tələbə Təqaüdü Proqramı”nın qaliblərini təbrik edib

“Azercell” “Tələbə Təqaüdü Proqramı”nın qaliblərini təbrik edib

06-04-2026
Azercell Təqaüd və Təcrübə Proqramının qaliblərini təbrik edib

Azercell Təqaüd və Təcrübə Proqramının qaliblərini təbrik edib

05-03-2022
Azercell 25 tələbəyə təqaüd ayırdı

Azercell 25 tələbəyə təqaüd ayırdı

22-12-2022
"İnnovasiya və Süni İntellekt" proqramı üzrə 25 gənc təqaüd qazanıb

"İnnovasiya və Süni İntellekt" proqramı üzrə 25 gənc təqaüd qazanıb

25-05-2026
10 tələbə Azercell-dən təqaüd qazanıb

10 tələbə Azercell-dən təqaüd qazanıb

27-02-2025
Azercell tələbələrlə görüşüb

Azercell tələbələrlə görüşüb

14-10-2017
"Azercell" Tələbə Təqaüdü və Təcrübə Proqramının iştirakçıları uğurlarını bölüşür

"Azercell" Tələbə Təqaüdü və Təcrübə Proqramının iştirakçıları uğurlarını bölüşür

16-04-2021
10 tələbə "Azercell Təqaüdçüsü" adına layiq görülüb

10 tələbə "Azercell Təqaüdçüsü" adına layiq görülüb

06-02-2024
Tələbələrə “Technest” təqaüd proqramı barədə məlumat verilib

Tələbələrə “Technest” təqaüd proqramı barədə məlumat verilib

23-11-2023
RİNN və ABB birgə  yeni layihəyə start verir

RİNN və ABB birgə yeni layihəyə start verir

04-03-2022
Azercell daha 25 tələbəyə təqaüd verəcək

Azercell daha 25 tələbəyə təqaüd verəcək

09-01-2018
Azercell 2020-ci il Tələbə Təqaüdü Proqramının nəticələrini elan edib

Azercell 2020-ci il Tələbə Təqaüdü Proqramının nəticələrini elan edib

29-01-2020
“Qızların STEM-də yüksəlişi” proqramının qalibləri açıqlanıb

“Qızların STEM-də yüksəlişi” proqramının qalibləri açıqlanıb

20-05-2025
Azərbaycanda İKT təqaüd proqramına qeydiyyat başlayıb

Azərbaycanda İKT təqaüd proqramına qeydiyyat başlayıb

31-01-2023
Rəşad Nəbiyev Göyçayda “Technest” təqaüdçüləri ilə görüşüb

Rəşad Nəbiyev Göyçayda “Technest” təqaüdçüləri ilə görüşüb

06-03-2023
Azercell-dən təqaüd almaq istəyən tələbələrin nəzərinə

Azercell-dən təqaüd almaq istəyən tələbələrin nəzərinə

02-11-2016
Azercell tələbələrə aylıq təqaüd verəcək

Azercell tələbələrə aylıq təqaüd verəcək

01-10-2016
⁠İnnovasiya və Süni İntellekt üzrə təqaüd proqramına qeydiyyat davam edir

⁠İnnovasiya və Süni İntellekt üzrə təqaüd proqramına qeydiyyat davam edir

02-02-2026
Azercell Tələbə Təqaüdü Proqramına müraciətlərin qəbuluna başlayır

Azercell Tələbə Təqaüdü Proqramına müraciətlərin qəbuluna başlayır

17-09-2019





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə