Samsung telefonlara “Wi-Fi zəng” funksiyası gəlir

07-12-2015 / 17:11

Dünya internet əlaqəsi  rekorduna sahib olan Verizon Samsung markası ilə internet əlaqəsi ürzə bir sıra işlər görməyə başlayıb. 

Xeberler.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə,  Samsung Galaxy S6 və Galaxy S6 Edge “Wi-Fi zəng” funksiyasına sahib olacaq.  

İki Samsung cihazı arasında olan Wi-Fi əlaqəsi ilə edilən zənglər WhatsApp-da istifadə olunan zəng funksiyası ilə demək olar ki, eynidir. Yeganə fərq daha keyfiyyətli və sürətli olmasıdır. 

Verizon rəsmilərinin açıqlamasına görə, bu funksiya gələn həftə istifadəçilərə təqdim olunacaq. Verizon-un təqdim etdiyi bu xidmət HD səs keyfiyyətli ilk xidmət hesab edilir. 

İlk dəfə Samsung istifadəçiləri üçün təqdim olunan funksiyanın yaxın zamanda iPhone istifadəçiləri üçün istifadəyə verilməsi gözlənilir.  

Sevinc Əsədova


ŞƏRHLƏR






sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.