“Startap Azərbaycan 2015” -in yekun tədbirlərinin proqramı açıqlandı

08-05-2015 / 14:44

Xəbər verdiyimiz kimi mayın 15-də Park İnn Otelində “Startap Azərbaycan 2015” müsabiqəsinin  yekun təqdimat mərasimi keçiriləcək. Konfransın mövzusu  isə   “Azərbaycanın startap mühiti (ekosistemi) : problemlər və perspektivlər“  olacaq.

“Startap Azərbaycan 2015” müsabiqəsinin Təşkilat Komitəsindən Xəbərlər-ə verilən məlumata görə, “Azərbaycanın startap mühiti (ekosistemi) : problemlər və perspektivlər” konfransının proqramı artıq hazırdır.

Proqramı təqdim edirik:

09:30 - 10:00 
Qeydiyyat

10:00 – 10:15
Açılış və salamlama çıxışları
Elmir Vəlizadə     - Rabitə və Yüksək Texnologiyalar nazirinin müavini
Osman Gündüz    - AİF, Startap Azərbaycan 
Elçin Zeynalov      -  RYTN, İT-nin İnkişafı Dövlət Fondunun direktoru

10:15 - 11:30
Panel  
Azərbaycanın startap mühiti (ekosistemi) : problemlər və perspektivlər

Moderator              Osman Gündüz - Startup Azərbaycan
Şahin Talıbov        - İnfiPro (təsdiqlənməyib)
Məmməd Kərimov - “Xəzər Vençur”, həmtəsisçi
Ülvi Aslanov         -  YT Park
Fərid Kazımov       -  Startap Azərbaycan, ekspert
Rəşad Məmmədli   - "Baku Business Factory", Marketinq Meneceri

11:30 - 12:15
Startap Azərbaycan 2015 Müsabiqəsinin  yekunu.
Finalçıların elan olunması. 
Finalçıların 3 - 5 dəqiqəlik Təqdimatları. 
Finalçıların mükafatlandırılması.

12:15 - 12:30
Yekun. Çay - kofe fasiləsi

12:00 -13:00 ( Digər Zalda)
Finalçı startapların İnvestorlarla görüşü (Pitç  sessiya,  ancaq İnvestorlar üçün)

Xeberler.az-ın məlumatına görə, “Startap Azərbaycan 2015” müsabiqəsinin yekun təqdimat mərasimində  “Startap Azərbaycan 2015” layihəsinin yekunları və milli startap müsabiqəsinin nəticələri  haqqında təqdimatlar olacaq. Həmçinin "Startap Azərbaycan 2015" Müsabiqəsinin qalibləri elan olunacaq, onlara mükafatlar və qiymətli hədiyyələr təqdim olunacaq.

Məltəm Talıbzadə

 


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.