Previous Next
Bağla

Startap Azərbaycan 2016-nın qalibləri açıqlandı- Fotolar

01-06-2016 14:58
Startap Azərbaycan 2016-nın qalibləri açıqlandı- Fotolar

Bu gün Holiday İnn otelində Startap Azərbaycan 2016 layihəsinin yekun təqdimat mərasimi və “Startap Azərbaycan 2016” milli konfransı keçirilib.

Xeberler.az-ın məlumatına görə, Azərbaycan İnternet Forumunun prezidenti, Startap Azərbaycan Təşkilat Komitəsinin təmsilçisi Osman Gündüz tədbiri açaraq Startap Azərbaycan çərçivəsində keçiriləcək yekun tədbirlər haqqında məlumat verib.

RYTN-in yanında İT-nin İnkişafı Dövlət Fondunun icraçı direktoru Elçin Zeynalov və RYTN Yüksək Texnologiyalar Parkının direktor müavini Cəlal Rəhimov çıxış ediblər .

Elçin Zeynalov startap sahəsinin inkişafı məsələlərinə toxunaraq bu sahənin Fondun diqqət mərkəzində olduğunu bildirib.

 

Elçin Zeynalov Startap Azərbaycan tədbirlərinin ölkədə bu sahənin inkişafında mühüm töhfələr verdiyini qeyd edib.

Direktor Dövlət Fondunun həyata keçirdiyi layihələr və gələcək planlarla bağlı da məlumatı iştirakçılara çatdırıb.

Elçin Zeynalov Fondun startaplar üçün ayırdığı qrant müsabiqələrinə də toxunub. Daha sonra “Azərbaycanın startap mühiti (ekosistemi) : problemlər və perspektivlər” mövzusunda milli konfrans öz işinə başlayıb. Startap Azərbaycan TK üzvü Orxan Əhmədovun moderatorluğu ilə keçən paneldən spikerlər Ülvi Aslanov ( YT Park), Fərid Kazımov (Startap Azərbaycan), Youth İnc.-in proqram rəhbəri Müşviq Həsənov, İT-in İnkişafı Dövlət Fondunun layihələr üzrə iş sektorunun müdiri Əkbər Abbasov  mövzu ətrafında tezislərini konfrans iştirakçılarına çatdırıblar.

Müzakirələrdə və diskussiyalarda startap sahəsinin tanınmış ekpertləri də iştirak edib. Çıxışlarda startap sektorunun inkişafını ləngidən problemlər qeyd edilib və inkişafa kömək edəcək təkliflər verilib.

Qeyd edilib ki, ötən illərə nisbətən son illərdə Azərbaycanın startap ekosistemi çox inkişaf edib və artıq qlobal bazara çıxa biləcək layihələr formalaşıb.

Dövlət Fondunun icraçı direktoru Elçin Zeynalov və panelçilər qaldırılan məsələlərə münasibətlərini bildirib və aidiyyatı suallar cavablandırılıb. Qeyd edilib ki, konfransda müzakirələrin yekunu olaraq təkliflərin hazırlanacaq və hökumətə təqdim ediləcək.

Konfrans maraqlı tərəflərin iştirakı ilə müxtəlif müzakirələrlə davam edib. Daha sonra Startap Azərbaycan layihəsinin yekunu və qaliblərinin təqdimatı başlayıb.

Osman Gündüz üç ay davam edən Startap Azərbaycan müsabiqəsinə 45 startap layihəsinin təqdim edildiyini və 1-ci mərhələ səsvermə nəticəsində 10 yarımfinalçı startapın seçildiyini bildirib.

O, 11 ekspert tərəfindən layihələrin 5 istiqamət üzrə (layihənin komandası, layihənin davamlılığı, layihənin ideyası və cəlbediciliyi, layihənin gəlirliliyi, layihənin əhatə dairəsi) 10 ballıq sistemlə qiymətləndirildiyini diqqət çatdırıb.

Yarışmanın yekununda 4 startap layihəsi, FoodLook, BraillePad, WibeMeUstam startapları uğur qazanaraq finala çıxıb. BUSİNSSET layihəsi isə “Ən motivasiyalı komanda” nominasiyası üzrə mükafat qazanıb.

Təqdimat mərasimində finala çıxan və fərqlənən hər bir startap layihəsinin komandası öz layihələri ilə bağlı qısa müddətli təqdimatlar ediblər.

İT-nin İnkişafına Dəstək Fondu, ATL Group , NeuronTechnologies, Cybernet şirkətlərin rəhbərləri qaliblərə və fərqlənənlərə mükafatlar və diplomlar təqdim ediblər.

Qeyd edək ki, həmçinin konfransda iştirak edən investorlar və şirkət rəhbərləri layihələrin dəstək verəcəklərini deyib.

 Startap Azərbaycan yekun tədbirlərində və milli konfransda startaplar sahəsində bütün maraqlı tərəflər - startap komandaları, dövlət qurumları və texnoparkların nümayəndələri, İnvestorlar və İT şirkətlər, mentorlar və ekspertlər iştirak edib.

Startap Azərbaycan Layihəsinə Rabitə və Yüksək Texnologiyalar Nazirliyi , İT-nin İnkişafı Dövlət Fondu və Yüksək Texnologiyalar Parkı dəstək verir.

Startap Azərbaycan-ın Akademik partnyoru ADA Universitetidir.

ATL Group, SİNAM, Neuron Technologies, Youth İnc., NEXT STEP İnnovasiya Mərkəzi və Cybernet şirkətləri Startap Azərbaycan-a dəstək verir və sponsorluq edirlər.

Tədbirlə bağlı bütün fotolar burada.

Məltəm Talıbzadə

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

“Startap Azərbaycan 2015”- in qalibləri açıqlandı - Fotolar

15-05-2015

Sabah Startap Azərbaycan 2016 başa çatır- Qaliblər açıqlanacaq

31-05-2016

“Startap Azərbaycan 2015” konfransı və yekun təqdimat mərasimi keçiriləcək

06-05-2015

Startap Azərbaycan Gəncədə tələbələrlə görüşəcək

15-03-2016

Startap Azərbaycan 2016-nın qalibləri müəyyən ediləcək

18-05-2016

“Startap Azərbaycan 2015” -in yekun tədbirlərinin proqramı açıqlandı

08-05-2015

“Startap Azərbaycan 2015”-in yekun tədbirlərinə hazırlıq müzakirə olunub

12-05-2015

Startap Azərbaycan yekun tədbirlərinin vaxtı məlum oldu

23-05-2016

Startap Azərbaycan 2016 iştirakçıları üçün təlimlər keçiriləcək

20-05-2016

Startap Azərbaycan Lənkəranda gənclərlə görüşəcək

11-05-2016

Startap Azərbaycan-ın Gəncədə tələbələrlə görüşü keçirilir-Fotolar

16-03-2016

“Startap Azərbaycan 2015” müsabiqəsinin qalibləri sabah elan olunacaq

14-05-2015

Startap Azərbaycan Mingəçevirdə gənclərlə görüşəcək

08-04-2016

Startap Azərbaycan Mingəçevirdə tələbələrlə görüşüb-Fotolar

13-04-2016

Startap Azərbaycan-da qeydiyyat başladı

01-03-2016

Sabah Startap Azərbaycan-da 1-ci səsvermə başa çatır

14-05-2016

Sabah Startap Azərbaycan 2016-nın finalçıları müəyyən olunacaq

25-05-2016

Startap Azərbaycan-da qeydiyyat davam edir

07-03-2016

Startap Azərbaycan 2016-nın final mərhələsi keçirilib-Fotolar

27-05-2016

Startap Azərbaycan 2016-nın yarımfinalçıları açıqlanacaq

16-05-2016

UNEC-də Startap Günləri başlayıb-Foto

25-05-2018

Startap Azərbaycan müsabiqəsinin iştirakçıları üçün təlimlər keçirilib-Fotolar

21-05-2016

Startap Azərbaycan yekun təqdimat mərasimi və “Startup Azərbaycan 2014” Milli Konfransı keçirilib

03-07-2014

Bu gün Startap Azərbaycan 2016-da qeydiyyat başa çatır

30-04-2016





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə