TDT ölkələrinin nazirləri DOST Mərkəzində olublar

05-12-2025 / 21:30

Türk Dövlətləri Təşkilatının (TDT) əmək, məşğulluq və sosial müdafiə nazirlərinin I iclasının iştirakçıları 1 saylı DOST Mərkəzi, eləcə də DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində olublar.

Xeberler.az bildirir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən (ƏƏSMN) məlumat verilib.

Bildirilib ki, iştirakçılar 1 saylı DOST Mərkəzi ilə tanış olublar.

Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Prezident İlham Əliyevin 2018-ci il 9 avqust tarixli Fərmanı ilə yaradılan DOST Agentliyi və DOST Mərkəzlərinin fəaliyyəti barədə qonaqlara məlumat verib.

Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü olan DOST konsepsiyası əsasında dövlət sosial xidmətlərinin "bir pəncərə"dən, operativ, şəffaf, vətəndaş məmnunluğuna uyğun təqdim edildiyi vurğulanıb. DOST konsepsiyasının üstünlükləri və beynəlxalq uğurları diqqətə çatdırılıb.

Müəssisədə həyata keçirilən yaradıcılıq prosesi, burada hazırlanan əl işləri ilə tanış olan qonaqlar üçün Mərkəzin təlimçi və benefisiarlarının ifasında konsert proqramı təqdim edilib.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə