“Conficker” və ya “Kido” adı ilə də tanınan “Downadup” kompüter virusu bütün dünyada 10 milyondan yox kompüteri yoluxdurub. Lent.az-ın “The Register”ə istinadən verdiyi məlumata görə, bu barədə IT təhlükəsizliklə məşğul olan “F-Secure” şirkətindən bildiriblər.
Şirkətdən qeyd ediblər ki, yoluxan kompüterlərin 41 faizi Rusiya, Çin və Braziliya ərazisindədir. Hər 100 yoluxan kompüterdən 1-i isə ABŞ-ın payına düşür.
Ekspertlərin fikrincə, “Downadup” virusunun aktivlik dövrü arxada qalıb. Məsələn, virus yanvarın 14-dən 16-na kimi bütün dünyada 6 milyondan çox kompüteri yoluxdurub. Yanvarın 16-dan 23-nə kimi isə cəmi 1 milyon kompüter yoluxub.
“Downadup” kompüterləri yoluxdurmaq üçün “Windows” əməliyyat sistemindəki “MS08-067” boşluğundan istifadə edir. Bu virus hakerlərə digər kompüterlərdə istənilən əməliyyatı həyata keçirməyə, məsələn, zərərli proqramları yükləməyə imkan verir.
xeberler.az/Ellada
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri