Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Beynəlxalq ticarət” işçi qrupunun video-konfrans formatında iclası keçirilib.
Xeberler.az məlumat verir ki, İşçi qrupun rəhbəri, iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev, Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın Katibliyinin rəhbəri, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin İqtisadi islahatların monitorinqi, koordinasiyası və qiymətləndirilməsi sektorunun müdiri Vüsal Şıxəliyev və Sərhəddə ticarət üzrə dövlət xidmətlərinin səmərəliliyinin artırılması altqrupunun rəhbəri, Dövlət Gömrük Komitəsinin sədr müavini Natiq Şirinov, aidiyyəti dövlət qurumlarının və özəl sektor nümayəndələrinin iştirakı ilə keçirilən iclasda cari il ərzində görülmüş işlərə dair müzakirələr aparılıb.
İclasda Yol xəritəsində nəzərdə tutulan bəndlərin, “Business Ready” hesabatının “Beynəlxalq ticarət” indikatoru ilə bağlı İntensiv Kommunikasiya Planının icra vəziyyətinə dair təqdimatlar dinlənilib. Həmçinin hazırda yaradılmaqda olan “ticarət informasiya portalı” barədə iclas iştirakçılarına məlumat verilib. Portalda beynəlxalq ticarət prosedurları və qaydalarına dair ardıcıl məlumatlar, xarici ölkələrin idxala dair tələbləri, gömrük prosedurları və digər məlumatlar öz əksini tapacaqdır. Portalın 2025-ci ilin 2-ci yarısında tam fəaliyyətə başlaması planlaşdırılır.
Daha sonra “B-Ready” sorğusunun növbəti il üzrə qiymətləndirməsinə dair məlumatlar və 2025-ci il üzrə Yol xəritəsinə daxil ediləcək tapşırıqlara dair müzakirələr aparılıb və müvafiq tövsiyələr verilib.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri