“Türk dillərinin kompüter emalı” mövzusunda beynəlxalq konfrans olacaq

08-04-2015 / 22:47

Oktyabrın 8-dən 10-dək Kazan şəhərində “Türk dillərinin kompüter emalı” mövzusunda üçüncü beynəlxalq konfrans keçiriləcək.

Azərbaycan Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutundan bildiriblər ki, konfransın işi “Türk dilləri üçün qeyri-rəsmi modellər”, “Kompüter sistemlərinin milli lokallaşdırılması və terminologiya”, “Türk dillərinin elektron korpusları”, “Mətnlərin morfoloji və sintaksis işlənməsi sistemləri”, “Nitqin tanınması və sintezi sistemləri”, “Mətnlərin semantik işlənməsi sistemləri”, “Maşın tərcüməsi sistemləri”, “Türk dillərinin öyrənilməsi üçün intellektual sistemlər və texnologiyalar”, “Türk dillərində linqvistik ontologiyalar” istiqamətləri üzrə aparılacaq.

Konfransın proqramına plenar iclaslar, “dəyirmi masa”lar və proqram sistemlərinin nümayişi daxildir.(AZƏRTAC)


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə