Previous Next
Bağla

Universitetlərin saytları yenilənməlidir

22-02-2023 14:17
Universitetlərin saytları yenilənməlidir

Azərbaycanda demək olar ki, əksər universitetlərin saytları mövcuddur. Bu saytlarda universitetin keçirdiyi tədbirlər, seminarlar, iclaslar və s. barədə informasiya yerləşdirilir.

Xeberler.az azedu.az-a istinadən bildirir ki, hər bir abituriyent qəbul olunacağı universitet haqqında geniş məlumat almaq, onun saytına baxaraq gələcək ali məktəbinə kiçik bir virtual səyahət etmək istəyər.

Bəs abituriyent və tələbələr universitetlərin saytlarına daxil olduqda istədikləri məlumatı əldə edə bilirlərmi? Bu saytlarda nələr çatışmır? Hansı yeniliklər olmalıdır?

Mövzu ilə bağlı AzEdu.az-a açıqlamasında təhsil eksperti Adil Vəliyev universitetlərin saytları barədə öz fikirlərini bölüşüb:

“Bəzi universitetlərimizin saytlarına abituriyent, tələbə yaxud valideyin gözü ilə baxanda istədiyimiz məlumatları əldə edə bilmirik. Bəzən isə lazımlı məlumatları saytın elə bir hissəsində yerləşdirirlər ki, heç görünmür. Sayt yaradarkən fikir verilməli məqamlardan biri universitetlərin əsas müştərisi olan abituriyentləri hər baxımdan nəzərə almaqdır. Burada ixtisaslar, fakültələr, hətta ixtisaslarda hansı fənlərin tədris olunduğu barədə qısa məlumatlar paylaşıla bilər. Seçdikləri ixtisası bitirdikdən sonra harada işləyə biləcəkləri haqda məlumat olması da vacibdir. Bu həm abituriyentlər həm də, tələbələr üçün lazımlı informasiyadır. İxtisas seçimində onlara  xeyli yardımcı ola bilər. Tələbələr isə qəbul olunduqları ixtisası dəyişmək, başqa bir universitetə transfer olmaq istədiklərində sayta baxaraq fikirlərini dəqiqləşdirə bilərlər”.

Ekspert universitet saytlarında çatışmayan cəhətləri qeyd edib və öz təkliflərini irəli sürüb:

“Universitetin beynəlxalq əlaqələri, hansı xarici universitetlərlə nə kimi əməkdaşlıqları olduğu və hansı beynəlxalq proqramlara qoşulduqları barədə məlumatları saytlarında yerləşdirməlidir. Həmçinin, mütləq şəkildə maddi-texniki bazaları haqqında məlumat olmalıdır ki, tələbələr “informasiya təhlükəsizliyi”, “kompüter mühəndisliyi”, “mexanika mühəndisliyi” və s. kimi ixtisasları seçəndə qəbul olunduqları universitetin maddi-texniki bazasının bu dərsləri keçməyə imkanı olub-olmadığı barədə bilgili olsunlar.

Düşünürəm ki, saytlarda hesabat bölməsi də olmaladır. Universitetlə maraqlananlar üçün bu informasiyanın əlçatan olması məqsədəuyğundur. Orada qeyd edilə bilər ki, məzun olan neçə nəfər var, hazırda məzunlardan neçəsi ixtisası üzrə işləyir, onlardan neçə nəfəri işlə təmin olunub və s. Bu başlıqlarla məlumatların verilməsinə ehtiyac var.

Həmçinin, universitet tələbələrin sosial həyatı barəsində də bir pəncərə açmalıdır. Çünki, tələbələr təhsil aldıqları müddətdə onlara sosial aktivitələr lazımdır. Abituriyentlər universitetlərlə maraqlanarkən tələbəliyin yalnız səhərdən axşama kimi oxumaq olmadığını, universitetin dərsdən əlavə maraqlı sosial həyatının da olduğunu görməlidir”- deyə, o fikirlərini tamamlayıb.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Ekspert:Universitetlər arasında rəqabət getdikcə güclənir

02-09-2022

Qarabağ Universitetinin yeni rəsmi veb-saytı istifadəyə verilib

12-05-2026

Tələbələr üçün yenilik: Virtual universitet kartı yaradılır

20-08-2015

BMU-da informasiya texnologiyaları üzrə yeni fakültə yaradılıb

13-09-2024

AzMİU Beynəlxalq Təhsil Sərgisində təmsil olunur

11-10-2019

“Abituriyentlər artıq “Abituriyent” jurnalını internetdən də oxuya biləcəklər”

13-11-2009

Boş qalan plan yerlərinə və kolleclərə qəbulun nəticələri açıqlanıb

20-08-2015

Ölkə üzrə ən çox olimpiadaçı Bakı Ali Neft Məktəbində təhsil alır

08-08-2022

Microsoft Azərbaycan universitetlərində laboratoriya açmaq istəyir

12-12-2018

Ekspert: Təhsil Nazirliyi qarşısında aksiya keçirən tələbələr haqlıdırmı?

02-06-2020

BDU-da Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzi açılıb

25-06-2022

Azərbaycan Dillər Universitetində virtual çatışmazlıq

11-01-2013

İxtisas seçimini daha ağıllı formada yerinə yetirən SmartAbituriyent sistemi hazırlanıb

06-07-2024

Tələbələrin köçürülməsi üzrə elektron sənəd qəbulu bu tarixədək davam edəcək

26-07-2022

Ekspert: Elmi institutların taleyi necə olacaq?

29-07-2022

Gəncə Dövlət Universitetində İKT-dən istifadə hansı səviyyədədir?

16-03-2009

Tələbələrin köçürülməsinə başlanılır

19-07-2022

Kolleclərə onlayn ixtisas seçimi başladı

08-07-2015

I qrupa yeni İT ixtisaslar əlavə edilib

15-02-2018

“Media rəhbərləri jurnalistlərdən şikayət edir” – Müsahibə

16-01-2015

UNEC tələbələrinə innovativ və operativ xidmət: Bir pəncərə

21-05-2019

Tələbələrin elektron qaydada köçürülməsinə başlanır

15-01-2018

TQDK-nın elektron ərizə qəbulu başa çatıb

12-08-2009

““Azərbaycan tarixi” kitabının TQDK ilə əlaqəsi yoxdur”

01-09-2015





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə