UNİCEF-in Yaxın Şərq və Şimali Afrikada 21 milyondan artıq uşağın hansı səbəblərdən təhsil ala bilməmələri ilə bağlı hazırladığı video nə qədər reallığı əks etdirirdisə, bir o qədər də ölkəmizdə uşaqlarla bağlı problemləri xatırlamalı olduğumuz mesajını verdi. Bizlər uşaqlarla bağlı problemlərə nə qədər önəm veririk və cəmiyyətin onların hüquqlarını tanıması üçün psixoloji, fiziki, mənəvi təzyiq etməmələri üçün nələr edə bilirik və edə bilərik. Bu gün uşaqların Beynəlxalq Müdafiəsi günüdür. Bizlər uşaqların hüquqları ilə bağlı nə qədər bilgiliyik və onları nə dərəcədə müdafiə edə bilirik?
Bu istiqamətdən yola çıxaraq “Mənim 100-lüyüm”-dən soruşdum.
Əlinizdə imkan olsaydı uşaqlar haqqında necə bir video hazırlayardınız? Bu videoda cəmiyyətdəki reallıqları necə əks etdirərdiniz ki, başqalarına sosial mesaj verə biləsiniz?
Amal Nəzərli: Mən ölkəmizdə küçədə dilənən azyaşlı uşaqlar, valideyn himayəsindən məhrum qalan və eyni zamanda kasıb ailədə olan uşaqların normal təhsil ala bilməmələri ilə bağlı videoçarx və ya qısametrajlı film hazırlayardım.
Məhəmməd Türkmən: "Uşaqlara azadlıq" adlı video hazırlayardım. Çünki insanlar uşaqkən azadlığın dadını almalıdırlar ki, böyüyəndə onu tələb edə bilsinlər. Gördüklərimiz - Uşaq bir şey deyən kimi, "Sən sus, hələ balacasan" deyirik. Ona fikir azadlığını balacalıqdan tanımırıq. Böyüyəndə də onun nə olduğunu bilmir. Mən də videomu belə hazırlayardım. İmkan verin uşaqlar səhv-doğru danışsınlar, fikir yürütsünlər. Səslərini boğmayın ki, ehtiyac olanda sizi köməyə çağıra bilsinlər, səslənsinlər.
Günel Hacı: Səhər qısa müddət televiziyaya baxdım, 3-4 yaşındakı uşaqlara uzun -uzun cümlələr əzbərlətmişdilər, nəsə sosial rifahdan danışırdılar. Mən istəyərəm bizi də uşaqlarımız öz yaşında, öz uşaqlıq hallarında ekran qarşısında ola bilsinlər. Uşaqların öz uşaqlıqlarını normal şəkildə yaşamaqları ilə bağlı video hazırlayardım.
Aydan Sultanlı: Bu video sosial mesaj xarakteri daşıyacaqsa, deməli videoda elə bir problem və ya məsələ seçilməlidir ki, hazırda insanların əksəriyyətinin marağını çəksin, onlara bu informasiyanı başqalarına da ötürməyi aşılasın. Mənə görə hazırda çox görülən problemlərdən biri ailənin uşaqdan gözləntilərinin çox olmasıdır. Bəzən uşaq olduğunu unudurlar, bu da uşaqda psixoloji izlər qoyur,o kiçik yaşdan başlayaraq onu heç kəsin başa düşmədiyi fikrini şüuraltı böyüdür beynində. Belə bir video hazırlayardım ki, müxtəlif ailələrdən fraqmentlər olsun hansı ki, özündə fərqli uşaqları və bu fərqlilikləri qəbul etməyən ailələri əks etdirir: Uşaq yemək yeyir,dostlarıyla paylaşır,anası qışqırır üstünə ki,niyə fağır oldun? Uşaq utanır kiməsə sözünü deyə bilmir,valideynləri qınayır ki,niyə sözünü deməmisən? Uşaq nəsə eləməyə çalışır,deyirlər sən hələ uşaqsan. Bunlar uşağın şəxsiyyətini alçaldır və onu cəmiyyətdən uzaqlaşdırır. Sağlam düşüncəsi olmayan gənclər belə yaranır. Nə qədər ki, valideynlər uşaq vaxtından ona şəxsiyyət kimi yanaşmayacaq,onlar da gələcəkdə bu ənənəni davam etdirəcək. "Yaşa yox, insanlığa hörmət edək!"
Gül Abbasova: Uşaqları məktəbə, savad öyrənməyə göndərmirlərsə, məktəb özü uşaqların yanına gələ bilər. Yəni, qismən də olsa ev şəraitində bilik, savad qazanmaq olar. Mən bununla bağlı film hazırlayardım. Hətta elə ailələr var ki, orada valideynlər övladlarına özləri müəllimlik edir.
Cəmilə Quliyeva: Bir dəfə uşağın üşüməsi və insanların ona laqeyd münasibəti ilə bağlı video çəkilmişdi. Sosial şəbəkələrdə də çox yayıldı. Videodan da görünürdü ki, imkansız ailələrdə uşaqların qış geyimlərinə çox ehtiyacları olur. Mən video hazırlasaydım bununla bağlı edərdim. Kömək eləmək istəyən evlərə gedib bir- bir geyimləri onlardan almağı sonra onları ailələrə aparmağı çəkərdim. Fikrimcə, bu da sosial mesaj olardı insanlara.
Əfsanə Salehova: Uşaqların xoşbəxtliyi müdafiəsi deyəndə əksəriyyət Afrika ya terror müharibədə olan körpələri düşünür. Əslində hər birimizin evində bəzən küsən ağlayan uşaqlar var. Evdən başlamalıdır sevgi. Mən video hazırlasam - bütün uşaqların ürəkdən güldükləri, hər birinin ən ləziz yeməkləri yediyini, hətta Afrikadakı körpələrin belə, bütün uşaqların şokoladın dadına baxdığını, səhvlərinə görə onlara "sən də alınacaq, səhvin səni irəli aparır" deyən valideynləri, müharibə, terror, xəstəliklər olmayan bir qurama video çəkib sonra da onu günün reallığı ilə uzlaşdırardım. Sonda da "1 gün bütün uşaqlar ürəkdən gülsün” sloqanını verərdim.
Sabir Babazadə: Məhz uşaqların təhsillə bağlı problemlərini çəkərdim və mesajım cəmiyyətə yox dövlətə olardı. Təhsilə önəm verən və verməyən iki ölkəni müqayisəli şəkildə təhlil edib təhsil proseslərini göstərərdim. Təhsilin necə önəmli olduğunu cəmiyyətə, dövlətimizə göstərərdim ki, bu sahədə boşluqları görüb sağlam işlər görsünlər.
Aysel Əlihüseyn: Mən də bu gün uşaqların ən böyük problemlərinin təhsil sahəsində olduğunu düşünürəm. Xüsusən də valideyn himayəsindən məhrum qalmış uşaqların. Onların təhsillərinə çox diqqət ayrılmalıdır. Mən bu istiqamətdə gəlin hamımız onlara dəstək olaq adı altında video hazırlayardım. Bunu təbii ki, özbaşımıza edə bilmərik ən azından belə bir video ilə cəmiyyətə bu uşaqların nəinki normal hətta çoxlarını təhsil ala bilmədiklərini göstərə bilərik.
Ayşən Yolçuyeva: Mən müqayisəli şəkildə video hazırlayardım. Və bu videoda 2 uşağı müqayisə edərdim. Hansı ki, uşaqlardan 1-i normal, qayğıkeş bir ailədə böyüdüyü halda digəri valideyn şiddəti atmosferində böyüyür. Valideyn uşaqlarına şiddət tətbiq etməklə yanaşı onları ailə münaqişəsi atmosferində böyüdür və onlar istələr də istəməslər də övladları üçün psixoloji problemlərin yaranmasına şərait yaradırlar. Azərbaycan belə ailələr minlərlədir. Belə uşaqların gələcəyi normal ola bilər? Valideyn qayğısı görməməsi bir yana hətta fiziki və mənəvi təzyiqə məruz qalırlar. Mən bu istiqamətdə video hazırlayıb valideynləri daha diqqətli və həssas olmağa çağırardım.
Stetson Universiteti Beynəlxalq Hüquq üzrə köməkçi dosent, uşaq hüquqları üzrə ekspert Gülayət Hacıyeva-nın hazırlamış olduğu aşağıdakı videosu cəmiyyəti uşaqlara qarşı bir az da həssas və diqqətli olmağa çağırıb.
Ekspert videonun hazırlanma səbəbini belə izah edib- Uşaqlar üçün hazırladığım video maarifləndirici xarakter daşıyıb , uşaq evində və ya hər hansısa müəssisədə yaşayan vaxt geçirən uşaqların fiziki, mənəvi təcavüzünü anlamaq və bununla necə mübarizə aparmaq olar istiqamətindədir.
Gülayət Hacıyev uşaqlar üçün gələcəkdə edəcəyi planları da “Xeberler-az”-a danışıb.
Çoxdan həyata keçirmək istədiyim bir layihə vardı, hansı ki, uşaq evi ve internat evi uşaqlarını son sinifdən yəni- 9,10,11-dən universitetə hazırlaşdırmaq. Bu layihəni Təhsil Nazirliyi imzalayıb, icaze verərsə bu ilin sentyabr ayından internat məktəblərində valideyn himayəsindən məhrum olmuş uşaqları hansı ki, universitetə girmək arzusundadır onlara xüsusi müəllim və bu sahədə bilgili olan 3 və 4-cü kurs tələbələrinin köməkliyi ilə universitetlərə hazırlaşdırılacaqdır. Digər layihələr isə maarifləndirici istiqamətdədir, və ya uşaq hüquqlarının insanlar tərəfindən başa düşülüb ona görə davranılması. Belə ki küçədə, uşaq evində internat məktəbində, ümumiyyətlə valideyn himayəsindən məhrum olmuş uşaqların fiziki mənəvi şiddətə, işgəncəyə məruz qaldıqlarında onlar kimə müraciət edə bilərlər deyə, universitetlərdə mühazirə verirəm ki , bu da bir növ uşaq hüquqlarını həm cəmiyyətimiz bilir həm də qarşılaşdıqları haqsızlıqlar zamanı kimə müraciət etməli olduqlarını.
Bundan əlavə hazırda Amerikadakı “Foster Home” –qəyyum evləri, ailələrlə işləyirəm. Valideyn himayəsindən məhrum olmuş uşaqlarla və uşaq alverinə qarşı məktəblərdə, universitetlərdə maarifləndirici mühazirələr verirəm ki, həm ailələr, həm də uşaqlar bu sahədə maariflənsin. Azərbaycanda da ən qısa vaxtda bu tipli maarifləndirici mühazirələr verməyi planlaşdırıram.
Uşaqların davranışları və hüquqları ilə bağlı bilgilərə ölkəmizdə çox ehtiyac var deyə düşünürəm. Uşaqlarda bir çox hallarda xüsusilə , travma almış, davranış problemi olan, və ya ailədəki şiddəti görən uşaqlarda ortaya çıxmış psixoloji problemlərdən yaranan “davranış pozuqluğu”-nu çox vaxt dayələr və ya müəllimlər uşaqlara fiziki və ya sözlü təzyiq göstərərək “tərbiyələndirirlər”. Bu tamamən yanlışdır. Bu o deməkdir ki, xəstə uşağa cəza tətbiq edilir. Hazırda səylərim bu kimi uşaqların başa düşülməsi, heç bir ağır xəsarət verəcək mənəvi, fiziki şiddətin tətbiq edilməməsi yönündədir.
Ülviyyə Alıxanova
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri