Previous Next
Bağla

Azercell internet təhlükəsizliyi ilə bağlı yeni layihəsini təqdim edib

01-06-2016 16:16
Azercell internet təhlükəsizliyi ilə bağlı yeni layihəsini təqdim edib

 Azercell İnternetdə uşaqların müdafiəsinə xüsusi önəm verən internet təhlükəsizlik sahəsində Kaspersky Lab şirkəti ilə əməkdaşlığa başlayıb.

Şirkətdən Xeberler.az-a verilən məlumata görə, Azercell-in təqdim etdyi üç yeni xidmət istənilən yaşda olan istifadəçiyə özünü İnternetdə daha təhlükəsiz hiss etməyə imkan yaradacaq.

“Uşaqlar gələcəyimizdir və onların sağlam böyüməsi cəmiyyətin gələcək inkişafının əsasını təşkil edir.” Bu fikirlər Azercell-in Kaspersky Lab şirkətinin əməkdaşlığı ilə həyata keçirdiyi “Azercell-lə İnternet təhlükəsizdir!” layihəsinin təqdimatında səslənib.

1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Gününə təsadüf edən tədbirdə ilk öncə şirkətin prezidenti Vahid Mürsəliyev çıxış edərək uşaqların daim qayğı və diqqətə ehtiyacları olduğunu bildirib.

Onun sözlərinə görə, Azərbaycanın lider mobil rabitə şirkəti olaraq Azercell cəmiyyətin, xüsusilə uşaqların informasiya təhlükəsizliyi sahəsinə diqqət yetirməyə bilməzdi. O, həmçinin kiber-təhlükəsizlik sahəsinin liderlərindən olan Kasperky Lab şirkətinə əməkdaşlığa görə təşəkkürünü bildirib və Azercell üzərindən əldə ediləcək məhsulların nəinki uşaqların, eləcə də böyüklərin internetdən təhlükəsiz istifadəsini təmin edəcəyini əlavə edib.

Tədbirdə 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Gününün tarixi  ilə bağlı qısa məlumat da açıqlanıb. Daha sonra “Ümidli Gələcək” gənclər təşkilatının layihələr üzrə meneceri Ruhanə Əhmədova, Azercell-in Yeni Texnologiyalar, Layihə və Partnyorluq İdarəetmə şöbəsinin rəhbəri Cəmaləddin Həsənov və Kasperky Lab-ın Azərbaycan üzrə regional nümayəndəsi Müşviq Məmmədov “Azercell-lə İnternet təhlükəsizdir!” layihəsi haqqında məlumat veriblər.

Layihə çərçivəsində İnternet şəbəkəsində təhlükəsizliyə yönələn 3 yeni məhsul təqdim olunub. Bunlardan birincisi - “Universal Müdafiə” xidməti adlanır və Kaspersky Internet Security vasitəsilə istənilən cihazın müdafiəsini təmin edir. Bu xidmət vasitəsi ilə istifadəçilər həm özlərinin, həm uşaqlarının, bütün bankçılıq əməliyyatlarının təhlükəsizliyini, həmçinin sosial şəbəkələrdə ünsiyyətin məxfiliyini təmin edə bilərlər. Belə ki, yeni xidmət fayl, proqram və veb səhifələri müdafiə edir, saxta veb səhifələr, müdafiəsiz Wi-Fi şəbəkələr vasitəsilə şəxsi məlumatın oğurlanmasına mane olur, zərərverici proqramlar tərəfindən faylların bloklanmasının qarşısını alır, istifadəçini kompüterinin kamerası vasitəsilə gizli güdülməkdən qoruyur. Ən önəmlisi isə uşaqları İnternetin neqativ təsirindən müdafiə edir. Xidmətdəki Təhlükəsiz Proqram Rejimi yalnız etibarlı proqramları istifadə etməyə imkan verir və bütün şübhəli proqramların əməliyyatını məhdudlaşdırır.

İkinci məhsul olan “Android üçün müdafiə” xidməti əsasən Android əməliyyat sistemi üçün istifadə olunur və Kaspersky Internet Security - Android üzərindən işləyən istənilən cihazın müdafiəsini təmin edir. Məhsul cihazın itkisi və ya oğurluğu zamanı onun axtarışı və ya məlumatın silinməsi kimi məsafədən idarə olunmasını, mümkün edir. Bundan əlavə, xoşagəlməz zəng və SMS-lərin filtrasiyası, kənar gözlərdən gizlədilmiş şəxsi kontaktlar da məxfi saxlanılır.

Üçüncü məhsul “Valideyn nəzarəti” adlanır. O, populyar olan əksər əməliyyat sistemləri ilə işləyən Kaspersky Safe Kids müdafiə proqramı vasitəsilə istifadə olunur. Məhsul gənc istifadəçilərin arzulanmayan veb-səhifələrə girişini məhdudlaşdırır, uşaqların İnternetdə istifadə etdiyi proqramlara və sərf etdiyi vaxta nəzarət edir, uşaqların İnternetdə aktivliyi və smartfon vasitəsilə göndərdiyi SMS-lər haqqında detallı məlumatları valideynlərə ötürür, və geoməkan funksiyası sayəsində onların uşaqların yerini müəyyən edir.

Əməkdaşlığa dair fikirlərini bildirən Kasperky Lab şirkətinin Azərbaycandankı rəsmi nümayəndəsi Müşviq Məmmədov qeyd etmişdir: “Azərbaycanın aparıcı telekommukasiya şirkəti Azercell-lə tərəfdaş olmaqdan məmnunuq. İndi Azercell-in geniş müştəri bazası kiber-təhdidlərə qarşı etibarlı qorunmaq üçün sürətli və asan həllər əldə edəcək. PK istifadəçiləri və Android platforması ilə işləyən cihaz sahiblərinin müdafiəsi üçün təqdim etdiyimiz məhsullar dəyərli məlumatların qorunmasında və İnternet şəbəkəsindəki fəaliyyətlər üçün rahat və təhlükəsiz mühit yaratmaqda Azərbaycandakı bir çox ailələrə yardımçı olacaq. Əsas diqqəti İnternetdən daha fəali istifadə edən və orda fərqli təhlükələrlə üzləşə bilən uşaqların təhlükəsizliyinə ayrıcayıq”.

Tədbiri maraqlı edən məqamlardan biri də konfransa KİV nümayəndələrinin övladları ilə birgə dəvət olunması olub. Tədbirin fəal içtirakçıları və kommunikasiya dəstəkçiləri “Active Moms Club” analar cəmiyyətinin valideynləri də təqdimat mərasiminə övladları ilə birlikdə qatılıblar. Rəsmi hissədən sonra uşaqlara və tədbirin qonaqlarına Pantomima teatrının “Fəlakət və insan” tamaşası təqdim olunub və hər kəs tərəfindən böyük maraqla qarşılanıb. Tədbirin sonunda qonaqlara tədbirdə sözü gedən təhlükəsizlik məhsullarından 6 ay müddətində pulsuz istifadə etmək üçün kodlar da daxil olmaqla dəyərli hədiyyələr təqdim olunub. 

Sevinc Əsədova 

 

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Kaspersky Lab fərdi istifadəçilərin müdafiəsini təkmilləşdirir

02-09-2016

“Valideynlər övladını kibertəhlükədən qorumur”

15-11-2016

İnternetdəki təhlükələrdən xəbərdarsınızmı?

25-09-2018

İnternetdən təhlükəsiz istifadənin təlimi keçirilib

20-11-2018

Azərbaycan istifadəçilərinin üçdə ikisi kibertəhdidlərlə qarşılaşıb

17-07-2018

Qəbələ məktəbliləri də internet təhlükəsizliyi haqqında təlim aldı

19-10-2018

Azercell-in dəstəyi ilə Quba məktəbliləri üçün təlim keçirilib

22-05-2019

Azercell-dən uşaqlara hədiyyə-Foto

02-06-2017

Bakcell uşaqlara İnternetdən təhlükəsiz istifadəni öyrədir

11-06-2019

Kaspersky və Skill Cup uşaqların onlayn təhlükəsizliyi üzrə mobil kursa başlayıb

30-06-2021

Kaspersky Lab uşaqlar üçün yeni xidmət istifadəyə verib

29-07-2016

Kaspersky Lab şirkəti uşaqların bu yay nə ilə maraqlandıqlarını araşdırıb

03-09-2018

Azercell Kibertəhlükəsizlik Həftəsinə qoşulub

12-03-2019

Ən təhlükəsiz rəqəmsal mühiti Azercell Kids ilə yaradın

04-11-2019

Azercell Təhlükəsiz internet təlimin keçirilməsinə dəstək oldu

21-01-2020

Kaspersky Lab şirkəti Kaspersky Security xəttini tamamlayıb

01-08-2019

Sumqayıtda kibertəhlükəsizlik təlimləri təşkil olunub

13-05-2019

Məktəblilər Bakcell-in Təhlükəsiz İnterneti ilə tanış olublar

22-06-2018

Uşaqların narkotik saytlara marağı artıb- Reytinq cədvəli

02-06-2017

Kaspersky Lab Azərbaycanla bağlı təqdimat keçirəcək

15-10-2019

Kaspersky Lab Azərbaycanda Yeni il tətilində uşaqların internetdə nə axtardıqlarını müəyyənləşdirib

04-02-2019

Azercell “Təhlükəsiz internet” mövzusunda təlimlərini davam etdirir

18-01-2025

Valideynlər uşaqlarının hansı videolara baxdıqlarını izləyə biləcəklər

01-06-2022

Məktəblərdə Kiberməkanda təhlükəsiz davranış mədəniyyəti müzakirə olunub

23-10-2019





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə