Azərbaycan Mərkəzi Bankı (AMB) “Visa” beynəlxalq ödəniş sistemi ilə ödəniş sistemlərinin inkişafı, Fintex, rəqəmsal valyuta, maliyyə savadlılığı, "Ağıllı şəhər" və "Ağıllı kənd" layihələrinə dəstək məsələlərini müzakirə edib.
Bu barədə AMB-nin sədri Taleh Kazımov "X" sosial şəbəkəsindəki hesabında yazıb.
"Dünya Bankı və Beynəlxalq Valyuta Fondunun (IMF) illik toplantılarının keçirildiyi Mərakeş Krallığına işgüzar səfərimiz başladı. İlk olaraq "Visa"nın Mərkəzi Avropa, Yaxın Şərq və Afrika regionu üzrə prezidenti Endryu Torre ilə görüşdük", - T. Kazımov qeyd edib.
Görüşdə həmçinin Mərkəzi Bank ilə Visa arasında əməkdaşlığın cari vəziyyəti müzakirə olunub.
Dünya Bankı (#DB) və Beynəlxalq Valyuta Fondunun (#BVF) İllik Toplantılarının (2023) keçirildiyi Mərakeş Krallığına işgüzar səfərimiz başladı. İlk olaraq @Visa-nın Mərkəzi Avropa, Yaxın Şərq və Afrika regionu üzrə Prezidenti Endryu Torre ilə görüşdük. Görüşdə Mərkəzi Bank ilə… pic.twitter.com/gvEbwPPIwS
— Taleh Kazimov (@TalehKazimov_T) October 12, 2023
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri