“WhatsApp”, hesabı olmayan istifadəçilər üçün qonaq çatları sınaqdan keçirməyə başlayıb.
Xeberler.az “WABetaInfo” portalına istinadən bildirir ki, “Android” platformasında bir neçə ay davam edən sınaqlardan sonra funksiya iOS və veb-versiyada bəzi beta-testerlər üçün də əlçatan olub. Yeni rejim link vasitəsilə qorunan yazışmaya başlamağa imkan verir. Lakin hazırda funksiya müəyyən məhdudiyyətlərlə işləyir: qrup çatları, zənglər və fayl əlavələri dəstəklənmir, həmçinin 10 gün aktivlik olmadıqda yazışma avtomatik olaraq dayandırılır.
Qeyd edək ki, “WhatsApp”ın “iOS TestFlight” və veb-beta versiyasından istifadə edən bəzi istifadəçilər qonaq çatlara çıxış əldə ediblər. Bu funksiya ilk dəfə ötən ilin avqustunda Android beta versiyanı test edənlər üçün təqdim olunub. Onun təyinatı praktiki xarakter daşıyır. “WhatsApp” istifadəçisi xidmətdə hesabı olmayan şəxs ilə söhbətə başlaya bilir.
Funksiyanın işləmə prinsipi dəvət linki mexanizmi üzərində qurulub. “WhatsApp” istifadəçisi tətbiqin “Invite a friend” bölməsində xüsusi dəvət linki yaradır və onu SMS və ya digər tətbiqlər vasitəsilə göndərir. Həmin link açıldıqdan sonra “WhatsApp Web” vasitəsilə qorunan çat sessiyası işə düşür.
Hazırda bu funksiya iOS, Android və veb-versiyada yalnız məhdud sayda beta-test istifadəçiləri üçün əlçatandır.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Satışa çıxarılmış Azərbaycan adları