Xarici media nümayəndələri “ASAN xidmət”də olublar

26-02-2025 / 09:13

Fransa müstəmləkəçiliyi altında olan ərazilərin media nümayəndələrinin “ASAN xidmət” mərkəzinə səfəri təşkil edilib.

Xeberler.az bildirir ki, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, görüşdə “ASAN xidmət” konsepsiyası, habelə vətəndaşların müvafiq dövlət xidmətlərindən effektiv şəkildə istifadə təcrübəsi qonaqlara təqdim edilib. Bu modelin müstəmləkəçilikdən əziyyət çəkən ərazilərdə də tətbiqi istiqamətində fikir mübadiləsi aparılıb.

Görüş zamanı ASAN könüllüləri və onların fəaliyyəti ilə yaxından tanışlıq olub, eləcə də könüllülük prinsipləri müzakirə edilib. Adalardan olan könüllülər üçün təlimlərin keçirilməsi ilə bağlı niyyət ifadə edilib.

Beynəlxalq əməkdaşlıq perspektivlərini genişləndirmək baxımından “ASAN xidmət” təcrübəsinin paylaşılmasının, oxşar təşəbbüslərin tətbiqinin faydalı ola biləcəyi vurğulanıb.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə