Previous Next
Bağla

“GIS-Tech Marathon 2025”in qalibləri mükafatlandırılıb

30-04-2025 12:38
“GIS-Tech Marathon 2025”in qalibləri mükafatlandırılıb

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində (İİTKM) Coğrafi İnformasiya Sistemlərinin (CİS) tətbiqi üzrə ixtisaslaşmış “Caucasus Geo Survey” şirkəti ilə birlikdə “GIS-Tech Marathon 2025” uğurla başa çatması qeyd olunub.

Xeberler.az məlumat verir ki, tədbir zamanı marafonu uğurla yekunlaşdıran gənc mütəxəssislər mükafatlandırılıb, onlara qalib kimi təqdim olunan imkanlar açıqlanıb.

Açılış zamanı “Caucasus Geo Survey” şirkətinin direktoru Rauf Əmənov marafonun qaliblərini təbrik edib. O bildirib ki, 40 gün ərzində baş tutan marafon gənc mütəxəssisləri məkan məlumat sistemləri texnologiyalarının əsasları və real sektor tətbiqləri ilə tanış edib. O əlavə edib ki, marafon çərçivəsində iştirakçılar dünyanın aparıcı mütəxəssislərindən təlimlər alıb, nəzəri və praktiki bacarıqlarını inkişaf etdirmək imkanı qazanıblar.

İİTKM-in icraçı direktorunun müavini Ayaz Museyibov isə bildirib ki, müasir dövrdə GİS texnologiyası ekoloji monitorinq, nəqliyyat idarəçiliyi və fövqəladə halların idarə olunmasında əvəzsiz rol oynayır. Onun sözlərinə görə GİS təbii resursların idarə olunmasından şəhər planlaşdırılmasına qədər bir çox sahədə daha dəqiq qərarlar qəbul etməyə kömək edir. Azərbaycanın da GİS sahəsində inkişafı sürətlənir və bu texnologiyadan müxtəlif dövlət layihələrində və özəl təşəbbüslərdə geniş istifadə trendləri müşahidə edilir.

Xüsusilə də, işğaldan azad olunmuş ərazilərimizdə aparılan modern əsaslı yenidənqurma işlərində bu texnlogiyalardan istifadə imkanları genişdir. GİS sisteminin inkişafı, Azərbaycanın sosial-iqtisadi inkişaf strategiyalarının həyata keçirilməsində və dayanıqlı idarəetmə modelinin formalaşdırılmasında mühüm əhəmiyyət daşıyır.

Qeyd edək ki, “GIS-Tech Marathon 2025” dünyanın nüfuzlu Ətraf Mühit Sistemləri Tədqiqat İnstitutu (ESRİ) ilə birlikdə həyata keçirilib. Mükafatlandırmada iştirak edən GIS sahəsinin beynəlxalq mütəxəssisi, eyni zamanda ESRİ-nin nümayəndəsi Ahmed El Awady master-klas təqdim edib.

Sonda qalib olan məzunlar mükafatlandırılıb. Layihənin tərəfdaşları “ESRI”, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azercosmos, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi və Made in Azerbaijan (MinA) platformasıdır. Layihənin media dəstəyini isə www.edumap.az təmin edib.

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

İİTKM süni intellekt sahəsində ABŞ-da mükafat alıb

16-12-2025

Elektron kənd təsərrüfatının yaradılması üçün beynəlxalq təcrübə öyrənilir

19-11-2015

İİTKM “İnternational Business Magazine Awards 2025”in qalibi olub

17-07-2025

Azərkosmosun xəritəsi “Esri Map Book” nəşrinə daxil edilib

18-07-2025

İİTKM Böyük Britaniyanın beynəlxalq müsabiqəsində qalib olub

13-10-2025

İİTKM “Ən innovativ monitorinq və qiymətləndirmə təşəbbüsü" mükafatı alıb

30-06-2025

“GIS və Remote Sensing” texnologiyalarının tətbiqi imkanları araşdırılır

13-07-2022

İİTKM və Dünya Bankı təlimlərə başlayıb

31-10-2018

Azərbaycanın proqram idarəetmə modeli daha bir ölkəyə təqdim olunub

17-10-2025

İİTKM ali mükafata layiq görülüb

17-06-2025

İİTKM beynəlxalq müsabiqədə ən yaxşı beyin mərkəzi elan olunub

18-11-2025

Vüsal Qasımlı Oksford Universitetində məruzə ilə çıxış edib

07-07-2025

İİTKM “World Business Outlook” tərəfindən mükafata layiq görülüb

02-09-2025

İİTKM “Non-Profit Organisation Awards 2025” müsabiqəsinin qalibi olub

23-09-2025

İİTKM-ə yeni rəhbər təyinatı olub

13-12-2019

“Tələbələr üçün ArcGIS” layihəsi çərçivəsində təlimlər sessiyası başa çatıb

03-03-2025

Vüsal Qasımlı USAİD nümayəndə heyətini qəbul edib

29-11-2018

İİTKM-də Tacikistan nümayəndə heyəti ilə görüş keçirilib

17-11-2025

İİTKM-in əməkdaşı Çində beyin mərkəzləri forumunda iştirak edib

16-08-2023

“Ekoloji məsələlər” İşçi qrupu 2023-cü ilin yekun hesabatını müzakirə edib

20-02-2024

www.azerp.az portalının təqdimatı olub

10-12-2019

“Bakı Marafonu 2025” “Azercell”in eksklüziv tərəfdaşlığı ilə keçiriləcək

15-04-2025

İİTKM-də qeyri-səlis modelləşdirmə və süni intellekt müzakirə olunub

17-07-2025

Peyk təsvirlər əsasında ətraf mühitin öyrənilməsi ilə bağlı tədqiqatlar aparılır

10-04-2023





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə