Previous Next
Bağla

Peyk təsvirlər əsasında ətraf mühitin öyrənilməsi ilə bağlı tədqiqatlar aparılır

10-04-2023 13:23
Peyk təsvirlər əsasında ətraf mühitin öyrənilməsi ilə bağlı tədqiqatlar aparılır

İnformasiya Texnologiyaları İnstitutunda Peyk təsvirlər əsasında ətraf mühitin öyrənilməsi” mövzusunda onlayn elmi seminar keçirilib.

İnstitutun 3 saylı şöbəsinin əməkdaşı Əyyub Əliyev mövzuya dair çıxış edərək öncə Coğrafi İnformasiya Sistemləri (Geographic Information Systems - GIS) haqqında qısa məlumat verib. Bildirib ki, GIS yer səthinin müəyyən sahələri haqqında məlumatlardan ibarət olan verilənlərin toplanması, saxlanılması və emalına xidmət edən xüsusi sistemdir.

Sistemin fəaliyyət göstərməsi üçün təməl komponentlərə - verilənlər (Data), proqram təminatı (Software) və texniki təchizata (Hardware) ehtiyac olduğunu bildirən məruzəçi söyləyib ki, GIS coğrafi məlumatların müvafiq olduğu hər bir sahəyə tətbiq oluna bilən struktura malikdir: “Bunun ətraf mühitin idarə olunması, “ağıllı” xəritə istehsalı, ərazi planlaması, çirklənmənin modelləşdirilməsi, üçölçülü ərazi modelləşdirilməsi, zəlzələlər və s. kimi bir çox tətbiq sahələri var. GIS informasiyanın ötürülməsini sürətləndirir, daha məhsuldar istehsal və invertar idarəçiliyi təmin edir, işin məhsuldarlığını artırır, vaxt itkisinin qarşısını alır və s”.

Sonra GIS-də coğrafi verilənlərin formatları haqqında söhbət açan tədqiqatçı coğrafi məkanın təqdimatı üçün 2 əsas - vektor və rastr modellərindən istifadə olunduğunu diqqətə çatdırıb. Onun sözlərinə görə, vektorlu modellərin coğrafi verilənlərə aid obyektləri ölçüsüz, birölçülü, ikiölçülü və üçölçülü modellərdir. Rastr formatda isə nöqtələrin dəqiq koordinatları əvəzinə, coğrafi məkanın ən kiçikölçülü kvadratlarından istifadə olunur. Rastr məkan obyektlərini daha asan ifadə etməyə imkan verir.

Daha sonra Ə.Əliyev sistemin qüsurlarının aradan qaldırılması məqsədilə radiometrik və atmosferik tənzimləmələrin aparılmasından söhbət açıb. Söyləyib ki, peyk təsvirlərindəki radiometrik düzəlişlərin məqsədi onlardan əldə olunan əksetdirmə, yayılma və temperatur kimi fiziki parametrlərin dəqiqliyinin artırılmasıdır. Atmosferik tənzimləmə üsullarında isə bu təsvirlər mövcud əks təsirlərdən təmizlənir, orijinal radiasiya dəyərlərinə çatdırılır.

Sonda institutun icraçı direktoru, şöbə müdiri, texnika üzrə fəlsəfə doktoru, dosent Rəşid Ələkbərov mövzuya dair fikirlərini bölüşüb. O, peyk təsvirlər əsasında ətraf mühitin öyrənilməsinə dair tədqiqatların dərinləşdirilməsi, eləcə də Coğrafi İnformasiya Sistemləri ilə bağlı beynəlxalq təcrübənin araşdırılması, məqalələrin hazırlanması ilə bağlı tövsiyələr verib.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

“GIS və Remote Sensing” texnologiyalarının tətbiqi imkanları araşdırılır

13-07-2022

"Azərkosmos" və ARCEP Anlaşma Memorandumu imzalayıb

29-01-2026

Yaşıl İT sahəsində problemlər araşdırılır

02-05-2018

Milli məkan standartları qəbul edilib

20-08-2025

Elektron torpaq xəritələrinin tərtibi mövzusunda elmi seminar keçirilib

19-03-2019

“GIS-Tech Marathon 2025”in qalibləri mükafatlandırılıb

30-04-2025

Elektron dövlət mühitində paylanmış smart OLAP sisteminin modeli işlənilir

16-11-2024

Yer səthinin radarla müşahidə imkanları genişləndirilir

20-09-2016

"Azərkosmos" BƏƏ şirkəti ilə əməkdaşlığa başlayıb

11-10-2023

Ətraf mühitin monitorinqində “ağıllı” sistemlərin işlənilməsi araşdırılır

19-11-2024

"Azersky" 6 milyon kvadrat kilometr ərazinin təsvirini verə bilir

10-02-2023

“Azərkosmos” növbəti elmi müsabiqə elan edir

02-05-2025

“Müasir elektron kitabxanalarda yaşıl və rəqəmsal transformasiyalar” adlı seminar keçirilib

04-11-2024

Milli Terminoloji İnformasiya Sisteminin elmi-texnoloji əsasları işlənib

08-05-2023

Coğrafiyaçı alim Türkiyədə keçirilən Beynəlxalq Konqresdə çıxış edib

09-09-2022

Kibersuveren rəqəmsal dövlətin formalaşdırılması araşdırılır

18-08-2025

Rəqəmsal dövlətin formalaşması və intellektuallaşdırılması problemləri araşdırılır

10-03-2025

Süni intellektin inkişafına dair məruzə dinlənilib

03-04-2025

Azersky peykindən əldə olunan təsvirlərin istifadəsi müzakirə olunub

18-11-2015

Tbilisidə Azerkosmos və Azersky-ın fəaliyyəti barədə məlumat verilib

14-11-2018

Aerokosmik Monitorinq Təlim Mərkəzinin açılışı olub

29-09-2022

Azərkosmos Türkiyənin “Impro” şirkəti ilə əməkdaşlıq edəcək

25-09-2024

Elmi seminarda torpaqların elektron xəritələşməsinə dair məruzə edilib

09-11-2018

Mürəkkəb bulud sistemlərinin intellektual analizi və sintezi problemləri araşdırılır

13-03-2023





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə