Azeurotel-in özəlləşdirilməsi başa çatır.

12-12-2008 / 17:30

  Yalnız müəyyən detalları yerli qanunvericiliyə  uyğunlaşdırmaq məsələsi qalır. Əgər qərar verilərsə,bu məsələ 3 ay ərzində  həllini tapacaq. 
   "Azeurotel" BM-in dövlətə məxsus hissəsinin özəlləşdirilməsi başa çatmaq üzrədir. Rabitə və informasiya texnologiyaları nazirinin müavini İltimas Məmmədov ötən gün bildirib ki, "Baktelekom" və "Aztelekom" istehsalat birliklərinin (İB) özəlləşdirilməsi istiqamətində də müvafiq tədbirlər görülür.  
   Dövlətə 100 faiz məxsus olan bu müəssisələrdə artıq inventarlaşma işləri də başa çatdırılıb. İ.Məmmədov vurğuladı ki, yaxın bir neçə il ərzində "Baktelekom" və "Aztelekom" İB-nin özəlləşdirilməsi məsələsi həllini tapacaq: "Hazırda bununla bağlı Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi tərəfindən işlər aparılır. Bu müəssisələrin özəlləşdirilməsində ölkədəki mobil rabitə operatorları da iştirak edə bilərlər".
  
   Nazir müavini xatırladıb ki, ölkədə rabitə müəssisələri 2003-cü ildən özəlləşdirməyə açıq elan edilib. Artıq "Bakcell" və "Azərcell" şirkətləri dövlətsizləşdirilib. Bu il isə sabit telefon şəbəkəsi quran operatorlardan olan "Ultel" və "Catel"in də dövlət payları özəlləşdirilib.

 

 

xeberler.az/Ellada


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə