Nanotexnologiya 0,1-100 nanometr ölçülü hissəcikləri və bu quruluşlarda baş verən fiziki, kimyəvi və bioloji hadisələri öyrənir.
Xeberler.az bildirir ki, nanotexnologiyalar artıq cisimlərlə yox, onların tərkib hissələri olan atomlarla işləyir.
Nanotexnologiya terminini elmə ilk dəfə yapon fiziki Norio Taniquçi gətirib. Nanotexnologiya elmi anlayış kimi 1986-cı ildən işlədilir. Hazırda nanotexnologiyalara münasibətdə "yeni sənaye inqilabı" ifadəsi işlədilir. Nanotexnologiya yeni qeyri-adi xassələrə malik materiallar alınmasına imkan verir. Belə materiallardan elm və texnikanın müxtəlif sahələrində-biotexnologiyada, hərbi işlərdə, tibbdə, ətraf mühitin mühafizəsində və s. istifadə etmək mümkündür.
Nanotexnologiya sahəsində bütün dünyada olduğu kimi Azərbaycanda da intensiv işlər gedir. Yaxın gələcəkdə nanotexnologiya məhsullarının Azərbaycana daxil olacağı proqnozlaşdırılır. Ölkəmizdə yalnız Bakı Dövlət Universitetində nanotexnologiya üzrə kadr hazırlanmaqdadır. BDU-da nanotexnologiya sahəsində elmi tədqiqat işlərini inkişaf etdirmək məqsədilə kimya, fizika, biologiya, tətbiqi riyaziyyat və kibernetika fakültələrinin bazasında “Nano araşdırmalar mərkəzi” açılıb və hazırda nanotexnologiyalar istiqamətində tədqiqat işləri aparılır.
Mərkəzdə polimerin səthində yarımkeçiricilər alınır və polimer yarımkeçirici maddələr hazırlanır. Labaratoriya şəraitində müxtəlif hissəciklər alınır, onların fiziki, kimyəvi xassələri öyrənilir.
2007-ci ildə akademik Abel Məhərrəmovun rəhbərliyi altında yaradılan BDU alimlərindən ibarət qrup Azərbaycan Respublikasında 2015-ci ilə qədər nanotexnologiyanın inkişaf proqramının layihəsi hazırlayaraq Nazirlər Kabinetinə təqdim etməlidir. Ayrı-ayrı nazirliklər və komitələrin layihəni yüksək qiymətləndirməsinə baxmayaraq onun qəbulunda hələ də ləngimələr var.
BDU-nun nanomaterialların kimyəvi fizikası kafedrasının müdiri Məhəmmədəli Ramazanov deyib ki, iqtisadi göstəricisi Azərbaycandan qat-qat aşağı olan Qırğızıstan 2008-ci ildə nanotexnologiyanın inkişafı ilə bağlı 60 milyon dollar dəyəri olan dövlət proqramı qəbul edib. Azərbaycanda isə bu sahənin inkişafı üçün cüzi vəsait ayrılıb.
Xeberler.az
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri