“Uşaqların İnternetdə təhlükəsizliyi: mövcud vəziyyət və perspektivlər” mövzusunda Dəyirmi Masa keçiriləcək

13-12-2011 / 16:54

“Multimedia” Mərkəzi 21 dekabr 2011-ci il tarixində  ““Uşaqların İnternetdə təhlükəsizliyi: mövcud vəziyyət və perspektivlər”   mövzusunda Dəyirmi Masa  təşkil edəcək.

Son illərdə ölkədə genişzolaqlı İnternet istifadəçilərin və evlərdə İnternet istifadəçilərin sayının kifayət qədər artması uşaqların  təhlükəsizliyinin diqqət mərkəzində saxlanılmasını zəruri edir. Odur ki, Multimedia Mərkəzi bu problemin hazırda aktual əhəmiyyət kəsb etməsini nəzərə alaraq  bu istiqamətdə “Uşaqların informasiya təhlükəsizliyinin təmin edilməsi”  Layihəsini həyata keçirir. Adı çəkilən  Dəyirmi Masa da bu Layihə çərçivəsində  gerçəkləşir.

Dəyirmi Masanın  keçirilməsində əsas məqsəd uşaqların İnternetdə təhlükəsizliyinin təmin edilməsi ilə bağlı ictimai müzakirələr təşkil etmək və  cəmiyyətin müxtəlif  təbəqələrinin potensialını bu istiqamətdə cəmləşdirilməsinə kömək etməkdir.

Dəyirmi Masada  uşaqların zərərli informasiyalardan qorunma yolları və bu sahədə problemlərin aradan qaldırılması istiqamətində uşaqlar, valideynlər  və müəllimlər üçün zəruri olan  metodiki-informasiya dəstəyi ilə bağlı müzakirələr aparılacaq.

Tədbirdə ölkədə uşaqların istifadəsi üçün nəzərdə tutulan “Təhlükəsiz internet” xidməti haqqında və uşaqların təhlükəsizliyinin təmin edilməsinə köməklik məqsədilə yaradılan www.netsafe.az  İnternet resursu  haqqında məlumat veriləcək.

Dəyirmi Masada müvafiq dövlət qurumlarının, təhsil müəssisələrinin, Vətəndaş Cəmiyyəti subyektlərinin və beynəlxalq qurumların  nümayəndələrinin iştirakı nəzərdə tutulur.

Layihə Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə və Təhsil Nazirliyi Təhsil sisteminin İnformasiyalaşdırılması idarəsi ilə əməkdaşlıq çərçivəsində təşkil olunur.

xeberler.az/Günel


ŞƏRHLƏR


OXŞAR XƏBƏRLƏR







sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə