“Onlayn Media 2014” təlimi başladı

28-10-2014 / 09:58

Oktyabrın 27-də Multimedia Mərkəzinin AMEA İnformasiya Texnologiyaları İnstitutunda jurnalistlər üçün təşkil etdiyi “Onlayn Media 2014” təlimi başlayıb. 

Təlimin məqsədi ölkədə informasiya cəmiyyəti quruculuğundan, xüsusilə elektron hökumət quruculuğundan yazan jurnalistlərin peşəkarlığının artırılmasına köməklik göstərməkdir.

Xeberler.az bildirir ki, açılış mərasimində çıxış edən Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz bildirib ki, artıq yeddi il davamlı olaraq keçirilən layihə ölkədə informasiya texnologiyalarından effektli istifadəni stimullaşdırmağı, elektron hökumət quruculuğunu sürətləndirməyi, onlayn medianın inkişafına nail olmaqla İnformasiya Cəmiyyətinin üstünlüklərini daha geniş miqyasda genişlənməyi nəzərdə tutur.

Tədbirdə çıxış edən RYTN İnformasiya Cəmiyyətinin inkişafı şöbəsinin əməkdaşı Kamal Məmmədov, AMEA İTİ-nin Tədrsi Mərkəzinin rəhbəri Rəsmiyyə Mahmudova və Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin rəsmisi Ulduzə Xəlilova ölkədə İKT-nin, elektron hökumət quruculuğunun inkişafı istiqamətində xeyli işlərin görüldüyünü və bu istiqamətdə işlərin daha da sürətlənməsi üçün, İKT-dən yazan jurnalistləri şəbəkəsinin formalaşmasının və adı çəkilən layihənin mühüm əhəmiyyət kəsb etdiyini bildiriblər.

 Təlimin birinci günü RYTN Elektron Hökumət Portalı Operatorunun məsul nümayəndələri Qədir Rəhimov və Ruhəngiz Mehmanqızı Elektron hökumət Portalı haqqında və ölkədə Elektron hökumət quruculuğu sahəsində görülən işlər, mövcud durum və icrası nəzərdə tutulan layihələr haqqında ətraflı məlumat verib.

İlk günün ikinci təlimini Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin rəsmisi Ulduzə Xəlilova “Elektron xidmətlərin təşkili və təqdim edilməsi” mövzusunda keçirib.

Təlim iştirakçıların sual –cavabları, diskussiya şəraitində davam etdirilib.

Təlimləri İKT və media sahəsində çalışan peşəkar mütəxəssislər aparır. Burada müxtəlif media  subyektlərində  çalışan jurnalistlər, Jurnalistika ixtisası üzrə təhsil alan  tələbələr  – gənc jurnalistlər iştirak edirlər. Təlimi uğurla başa vuranlara sertifikatlar veriləcək. “Onlayn Media 2014” layihəsini Multimedia Mərkəzi Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, AMEA Informasiya Texnologiyaları İnstitutu, Nar Mobile və SİNAM şirkətlərinin dəstəyi ilə həyata keçirir. Layihə haqqında daha geniş məlumatı www.telim.org əldə etmək olar.  

 

Təlimdən fotolar:

https://www.facebook.com/media/set/?set=a.867003726673093.1073741834.445789375461199&type=1


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə