“Onlayn Media” təlimində

22-11-2014 / 20:42

7 ildir  davamlı olaraq keçirilən “Onlayn Media” təlimləri jurnalistlərə, bloqçulara, jurnalist tələbələrə İKT  biliklərinə yiyələnməyə şərait yaradır. Təlimlərə bu il mən də qatıldım.

Peşəkar, İKT sahəsində öz sözünü deyən şəxslər bizə təlim keçdilər.  Açılış nitqində Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz  bildirdi ki, bu layihə  elektron hökumət quruculuğuna,  onlayn medianın sürətli inkişafına, informasiya cəmiyyətinin genişlənməsinə təkan verəcək. Tədbirdə RYTN-nin əməkdaşı  Kamal Məmmədov, AMEA-İTİ-nin Tədris mərkəzinin rəhbəri  Rəsmiyyə Mahmudova və Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin rəsmisi Ulduzə Xəlilova İKT sahəsindəki  inkişafdan, elektron hökumət quruculuğundan danışdılar.

Təlimin ilk günü Elektron Hökumət Portalının məsul nümayəndəsi  Qədir Qədirov E-hökumət portalında  mövcud xidmət növlərini açıqladı. E-gov.az 42 dövlət qurumu üzrə 380-dən artıq xidməti özündə birləşdirir. 2015-ci ilə qədər bu xidmətlər 1500-ə çatacaq.

Portalın nümayəndəsi E-gov.az-dan yararlanmağın yollarını göstərdi, yəni autentifikasiya vasitələrini bizə öyrətdi. Portaldan 3 yolla qeydiyyatdan keçmək olar:  E-imza kartı, Login parol, Mobil autenfikasiya ilə. Burada əsas məqam  E-gov.az portalından qeydiyyatdan keçərkən istifadəçidən sürücülük vəsiqəsinin və xarici pasportunun tələb olunması idi. Deməli, qeydiyyatdan keçmək hər kəs üçün əlçatan deyil.  Bu sistemi yəqin daha asanlaşdırmaq olar.

Qədir Qədirov isə təhlükəsizlik baxımından bu fikrin düzgün olmadığını bildirdi. Çünki insanların şəxsi informasiyaların qorunmasının mühüm məsələ olduğunu mənə izah etdi.

Ulduzə Xəlilova isə bizə elektron xidmətlərin təşkili, elektron xidmətə qoyulan tələblər haqda danışdı. “Asan Xidmət”in fəaliyyəti barədə məlumat verdi.  Rahatlıq, şəffaflıq və operativlik başlıca amillərdir. Önəmli məqamlardan biri də elektron xidmətlər haqqında əhalini bilgiləndirməkdir. Əksər insanlar bundan xəbərsizdir. 

Növbəti gün Şaiq Muradov və Elşad Yusifli təlim keçdilər. Şaiq Muradov özünün startap layihəsi olan gənc sosial media mütəxəssisdir. O sosial media alətləri, sosial şəbəkələrdən danışdı. Həyatımızın sosial şəbəkələrdən xeyli asılılığını görmüş oldum.  Jurnalistlərin işini xeyli asanlaşdıran proqramları da qeyd etdi.  

Daha sonra Elşad Yusifli təlimə başladı. O bizə rəqəmli jurnalistika, onlayn jurnalistikada necə gəlir əldə etmək, onlayn resursu necə tanıtmaq məsələlərinə toxundu.

Üçüncü gün İT mütəxəssisi Rəcəb Davudov3G və 4G texnologiyasını izah etdi. Jurnalistlər üçün faydaları cəhətlərini izah etdi. Mobil texnoloji yenilikləri, GSM və CDMA şəbəkəsini izah etdi.  

Sonrakı təlimdə Seymur Kazımov media etikası problemini qabartdı.  Doğruluq, dürüstlük, şəxsi həyat toxunulmazlığı anlayışları araşdırdı. Bəlkə də onlayn jurnalist üçün birinci şərt elə budur.

Daha sonra Azər Nəzərov və Ələsgər Məmmədli təlim keçəcəkdi. Azər bəy  media mütəxəssisi olaraq onlayn resursda xəbəri təqdim etməyin yollarını bizə göstərirdi. Video və fotoda etika amilini önə çəkdi. Həm də  video çəkərək onun üzərində əyani şəkildə göstərdi. Hüquqşünas Ələsgər Məmmədli isə informasiya almağın hüquqi tərəflərini izah etdi. Məlum oldu ki, auditoriyada əyləşən jurnalistlərin əksəriyyəti, mən də daxil olmaqla öz hüquq və vəzifələrimizi yaxşı dərk etməmişik. Xüsusilə özəl və ictimai mülkiyyət anlayışları bizlər üçün aydın oldu. Çünki biz-jurnalistlər belə hallarla tez-tez qarşılaşırıq. Müsahibə almağa gedəndə bizi əraziyə buraxmırlar. Səbəb kimi buranın özəl mülkiyyət olmasını əsas gətirirlər.

Son təlim günü yaddaqalan oldu. Tural Məmmədov və Fərid Əhmədov informasiya təhlükəsizliyi, kibercinayətkarlıq, sosial mediadan təhlükəsiz istifadə barədə danışdılar. Bizim üçün maraqlı məqam fərdi informasiyaların necə qorunması idi. Təlimçilər buna da aydınlıq gətirdilər. Fərid Əhmədov bildirdi ki, məxfi informasiyaları  email-lə yollamaq olmaz, çünki yazışmalar digər şəxslərin əlinə keçə bilər. Yaxşı olar, məxfi sənədləri şəxsə birbaşa təqdim edilsin, bu daha təhlükəsiz olar.

Təlim bitdi, mən də kiçik bir yazı yazdım.

Kamran Ədalətoğlu

ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə