“Yeni həyat: texnologiyalardan incəsənətə”

10-11-2014 / 19:14

Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları (Bakutel) sərgisinin 20 illik yubileyi ilə bağlı “Yeni həyat: texnologiyalardan incəsənətə” adlı tədbir noyabrın 8-də Yüksək Texnologiyalar Parkında (High Tech Park) keçirilib.

Xeberler.az bildirir ki, tədbirə April UV, Aztelekom, AZV, BestComp Group, Caspian Navtel, Connect, Cybernet, Delta Telecom, Eurodesign, Globtel Solutions, HA Plus, High Tech Park, HP, Katv, Microsoft, Schneider Electric, Smart Communications, Smart Systems Technology, Teleradio, Ultra, Vitta və digər şirkətlər qoşulub.

Bu dəfə Bakutel sərgisinin iştirakçıları kompüter detallarından sərginin yubiley loqosunu hazırlayıblar.

Dekabrın 2-5-də reallaşaq Bakutel sərgisində 40 faizi daimi iştirakçı olmaqla, 250-dən artıq şirkət iştirak edəcək. Bir sıra ölkələrin milli stendləri kompleksin ikinci zalda yerləşdiriləcək. Həmçinin, İKT üzrə ən son qlobal təmayüllərin, eləcə də Azərbaycanda İKT sahəsinin inkişaf perspektivlərinin müzakirəsinə həsr olunmuş geniş işgüzar proqram da planlaşdırılıb. Beləliklə, Bakutel sərgisi çərçivəsində “Əşyalar interneti” mövzusunda konfrans və “e-Gov 3.0: innovativ çağırışlar, müasir trendlər və yeni imkanlar»” adlı beynəlxalq forumu da keçiriləcək.

Sərgi Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin iştirakı və fəal dəstəyi ilə keçirilir. Bakutel-2014 sərgisinin baş sponsoru İntel şirkətidir. Sərginin digər sponsorları arasında Eurodesign (Azərbaycan) və Tecnotree şirkətləri də var. Sərginin iştirakçıları qismində isə Iteca Caspian, Caspian Event Organisers və ITE Group Plc şirkətləri çıxış edirlər.

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə