Texnologiyaların inkişafı Azərbaycan dilinin lüğət tərkibinə ciddi təsir edir. Hər gün yeni sözlə qarşılaşırıq. Bəzən isə dilin özündə olan sözlər də yeni mənada istifadə edilir.
İngilis dilindən alınan “mesaj” ya da “sms” sözünün Azərbaycan dilində analoqu “ismarış”dır. Amma bu sözün yazılışı internet forumlarında, sosial şəbəkələrində qızğın mübahisə predmetinə çevrilib. Axtarış sistemi sözün həm “ismarış” həm də “ismarıc” kimi yazıldığını göstərir.
Xeberler.az saytı “ismarış” ya “ismarıc” yazılmalıdır” sualını dilçi ekspertə yönləndirib.
Bakı Dövlət Universitetinin Beynəlxalq Jurnalistika fakültəsinin müəllimi, filologiya elmləri doktoru, professor Nəsir Əhmədli düzgün yazılışın “ismarış” olduğunu açıqlayıb: “İsmarış” sözü “sifariş” sözünün təhrif olunmuş formasıdır. Tələffüz zamanı “s” və “i” səsləri yerlərini dəyişib, “f” samiti isə “m” samitinə çevrilibdir. Buna görə də bu söz “ismarıc” kimi yox “ismarış” kimi yazılmalıdır. Qeyd edim ki, alınma sözlərin tələffüz zamanı təhrif olunması da söz yaradıcılığının bir formasıdır”.
Xeberler.az saytının arayışı:
Azərbaycan dilinin Orfoqrafiya lüğəti “Elm” nəşriyyatı 1975,
İsmarış
Azərbaycan dilinin Orfoqrafiya lüğəti - Azərbaycan Respublikası Prezidentinin 26 may 2004-cü il tarixli 71 nömrəli fərmanına uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinin təsdiq etdiyi yeni orfoqrafiya qaydaları əsasında tərtib edilib.
İsmarış
Azərbaycan dilinin Dialektoloji lüğəti “Şərq-Qərb” nəşriyyatı 2007,
İsmarış (Qazax, Salyan, Tovuz) – sifariş, xəbər. – Sə:n ismarışu: Nəbiyə çatdırdım (Salyan)
Azərbaycan dilinin İzahlı lüğəti “Elm” nəşriyyatı 1980, II cild.
İsmarış, us. Tapşırıq. Aşıq sazla dediyi kimi, sözlə də Məhbub xanımın ismarışını Koroğluya yetirdi. “Koroğlu”. Padşah zənəninə ismarış göndərir ki, hələ bir neçə vaxt qalsın orada, uşağın bir sümüyü bərkisin, gələr, gənə bir qəzavü qədər üz verər. (nağıl).// Sifariş.
Orfoqrafiya qaydaları saytı azerdict.com isə belə bir sözün dilimizdə həm olduğunu, həm də olmadığını iddia edir:
“İsmarış” sözü Azərbaycan dilinin orfoqrafiya lüğətində yoxdur.
“İsmarış” sözü Azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri