Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı

24-12-2014 / 20:51

Facebook sosial şəbəkəsinin bu il təklif etdiyi “gizli” xidmət vasitəsilə,  istifadəçilər şəxsi məlumatlarını bildirmədən saytda “gizli” hərəkət edə biləcəklər. Lakin bu xidmətdən cihazına Tor əlavəsini yükləyən şəxs istifadə edə biləcək. Facebook-un nəyə görə bu addımı atdığı hələlik bəlli deyil.

Tor şəbəkəsini könüllülər idarə edir. Tor “The Onion Router” ifadəsinin qısaldılmış variantıdır. Bu tətbiq ABŞ Hərbi Dəniz Qüvvələrinin təhqiqat laboratoriyasında “Free Haven ” layihəsi çərçivəsində 2002-ci ildə yaradılıb. Layihənin əsas məqsədi dövlətin xəbər ötürmələrini  qorumaq olsa da, siravi vətəndaşlar da proqramdan yararlana bilirlər.

Tor-dan media nümayəndələri də xəbər mənbələrini qorumaq üçün tez-tez istifadə edirlər. Dünyada 100 minlərlə insan Tor-dan müxtəlif məqsədlər üçün istifadə edir: jurnalist və bloqçular, insan haqları üzrə təşkilatlar.

Tor istənilən zaman öz virtual serverini qorumaq imkanına malikdir. Açıq mənbə kodu kimi inkişaf etdirilən Tor proqramı ziyarət etdiyimiz saytlar, bu saytlarda keçirdiyimiz vaxtı və internetə daxil olduğumuz yerləri qeydə alır.

Torun digər bir xüsusiyyəti isə fərqli İP-lərdən istifadə edərək internetə daxil olmanı təmin etməkdir. Bu hətta dövlətlərin qadağan etdiyi, girişi məhdudlaşdırılmış saytlara daxil olmağa da imkan verir.

Tor proqramından öncə istifadəçilər Open Proxy kimi proqramdan, Anonymizer xidməti təqdim edən saytlardan istifadə edirdilər. Ancaq hər iki halda kifayət qədər təhlükəsizlik  təmin olunmur, gizlilik qorunmurdu.

Bunun səbəbi Open Proxy-lərin daha çox loq qeydi tutmaları idi. Anonymizer servisi təqdim edən saytları çox məhdud tətbiqlər üçün istifadə edirdilər. Ancaq Tor-un gəlişi ilə gizlilik tam təmin edildi. Tor-un işləmə proqramı istifadəçiləri fərqli və təsadüfi İP ünvanları ilə internetdən istifadəsini təmin edir.

Məsələn, siz yoldaşınız ilə xəbərləşmək istəyirsiniz. Tor sistemi sizin bu xəbərləşməni gerçəkləşdirmək üçün göndərdiyiniz məlumatı alaraq bunu fərqli və təsadüfi seçilən İP-lərə sahib istifadəçilərdən dostunuza göndərir. Başqa insanların xəbərləşməsində sizin İP ünvanınız bir keçid nöqtəsi ola bilər.

Tor-u tənqid edən də az deyil. Proqramdan cinayət məqsədilə yararlanan insanlar var. Kompüter terrorizmi, çirkli pulların yuyulması, haker hücumları, ziyanlı proqramların yayılmasında bu proqramdan istifadə edilir. Müxtəlif ölkələrin xüsusi xidmət orqanları ara-sıra Tor-dan cinayət məqsədilə yararlanan şəxsləri həbs edir.

Amma Tor bir əsas missiyanı yerinə yetirir: insanlara şəxsi məlumatları qorumaq, şəbəkənin nəzarətindən azad olmaq imkanı verir.

Sevil Rəsulzadə 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə