Gələn il inkişaf edəcək 5 texnologiya

30-12-2014 / 12:06

2014-ci il ərzində texnologiya sahəsində çox maraqlı inkişaf və məhsulun şahid olduq. Amma hələ də bəzi mövzularda çox sürətli və böyük gözləntilərimiz var.

Aşağıda sadalanan texnologiyalar davamlı olaraq müxtəlif xəbərlərini verdiyimiz mövzulardır. Bu texnoloji məhsulların yenə də həyatımıza tezliklə nüfuz edəcəyini gözləyirik. Baxaq görək, 2015-ci ildə bunların hansında baş verəcək dəyişikliklər bizə təsir edə biləcək?

Süni Zəka 

Kateqoriyaların içində ən ümid etdiyimiz, amma bir o qədər də potensial olaraq təhlükəli olanıdır. Hələlik bəzi virtual rəqəmsal köməkçiləri evlərimizdə görməyə başladıq. Zaman-zaman bunlar insanlara hər cür ehtiyacları ilə əlaqədar ağıllıca kömək göstərə biləcəklər. Sahibkar Elon Musk niyə bizi süni zəkanın təhlükələrinə qarşı xəbərdarlıq etmiş ola bilər ki?

Robotlar

Süni Zəka ilə əlaqəli bir başqa mövzu da robotlardır. Sənaye sahələrində hər cür ağır işin öhdəsindən gələn robotlardan əlavə evimizdə də robotlardan istifadə edə bilərik. Knightscope K5 kimi robot təhlükəsizlik işçiləri və ya karate öyrənməyə çalışan insanabənzər ATLAS kimi modelləri artıq görmüşük. Amma hələ həyatımızı dəyişdirəcək o robot inqilabına çatmamışıq. 2015-ci ilin hansı yeni robotları təqdim edəcəyini maraqla gözləyirik.

Batareyalar

Gündəlik həyatımızın hər cür mobil cihazının ən böyük dərdi batareyalardır. Batareya olmadığı zaman yaşanan çətinliyi necə aradan qaldırmaq olar? Hal-hazırda ən populyar olan litium-ion tipli batareyalar yerini görəsən qumdan istehsal olunacaq yeni məhsullaramı, yoxsa sadəcə maraqlı vasitələrlə telefonumuza batareya yığan innovativ cihazlaramı buraxacaq?

Qatlana bilən ekranlar

Cihazlarımızın ilk baxışda ən önəmli hissəsi ekranlardır. İstər ağıllı telefon olsun, istərsə televiziya, qarşılıqlı əlaqəyə girdiyimiz əsas sahələr olan ekranlar inkişaf etməkdə davam edir. Son trend qatlana bilən ekranlardır. Ancaq hələki 1-2 nümunə istisna olmaqla, bu mövzuda həyatımızı dəyişdirəcək məhsul görmədik. Hardadır o qolumuza taxacağımız elastik ekranlı telefonlar ya saatlar?

Ev avtomatlaşdırılması

Hələ də bütün evimizə hökm edə biləcək ağıllı və uzaqdan idarə oluna bilən bir ev avtomatlaşdırma sistemi gözləyirik. Bazara baxsanız, görərsiniz ki, son bir neçə ildir, o qədər çox müxtəlif məhsul satışa çıxarılıb ki... Amma heç biri digərləri ilə danışma, anlaşma və birlikdə iş görmək sahəsində müvəffəqiyyət əldə etməyib. Böyük markalar ev avtomatlaşdırılması bazarına öz standartlarını və infrastrukturlarını gətirirlər. Amma ortaq bir standart olmadığı üçün hələ də evimizi ağıllı hala gətirə bilməyiblər. O möcüzəvi ağıllı evin həllini gözləməkdə davam edirik.

 

Sevil Rəsulzadə


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə