“Google Glass”ın satışı dayandırılır

17-01-2015 / 11:13

Google internetə qoşula bilən gözlüyü Glass-ı məhsulun daha yaxşı və uyğun qiymətli bir versiyasını çıxarana qədər fərdi istehlakçılara satmayacağını bildirib.

Satışlar 19 yanvardan etibarən dayandırılacaq. Google eynəyin şirkətlər tərəfindən istifadə edilə biləcək bir versiyasını təşkilati müştərilərinə satmağa isə davam edəcək. Şirkət gözlüyün fərdi müştərilər üçün yeni versiyanın nə vaxt satışa çıxarılacağı haqqında hələ ki bir tarix müəyyən etməyib.

“Google Glass” ictimaiyyətə təqdim olunduğunda böyük marağa səsəb olmaması ondan qaynaqlanır ki, istehsal olunduğu bu iki ildə cihazın dizaynı kifayət qədər bəyənilməyib və qiyməti yüksək olub. Məhsulun həmçinin gizli görüntüləri qeydə almaq imkan da narahatlıqla qarşılanıb.

 

                                                                                                Sevil Rəsulzadə


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə