RİTN nümayəndəsi UNESCAP-ın tədbirində iştirak edəcək

17-11-2008 / 09:57
Bu ilin 20-21 noyabr tarixlərində Tailandın paytaxtı Banqkoq şəhərində BMT-nin Asiya və Sakit okean üzrə iqtisadi və sosial komissiyasının (UNESCAP) İnformasiya və Kommunikasiya Texnologiyaları Komitəsinin 1-ci iclası keçiriləcək. İclasda Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin nümayəndəsi də iştirak edəcək. Tədbirdə Asiya və Sakit okean regionunda informasiya texnologiyaları sahəsinin cari vəziyyəti, tətbiqi və inkişafı barədə müzakirələr aparılacaq və məruzələr dinləniləcək. Həmçinin tərəflər regionda bu sahədə yeni layihələrin həyata keçirilməsinin mümkünlüyü barədə fikir mübadiləsi aparacaqlar.
Qeyd edək ki, iclasdan qabaq – 18-19 noyabr tarixlərində işçi qrupun ekspertlərinin iclasının keçirilməsi də nəzərdə tutulub.

ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə